18 İyun 2025 08:50
2932
Səhiyyə
A- A+
İsti havalar qida zəhərlənməsi riskini artırır

İsti havalar qida zəhərlənməsi riskini artırır


Yay aylarında temperaturun yüksəlməsi nəticəsində qidalarda bakteriyaların sürətlə çoxalması üçün əlverişli şərait yaranır. Ona görə bu mövsümdə qida qəbuluna, saxlanma qaydasına və istifadə üsullarına diqqət yetirmək lazımdır. Əks halda məhsullar yararsız hala düşür, mikrobioloji çirklənmə nəticəsində qida zəhərlənmələri baş verir.

Qida məhsullarının düzgün mühafizə edilmədən soyuducudan kənar saxlanılması, meyvə-tərəvəzin yuyulmadan istehlak edilməsi qida zəhərlənməsinə səbəb olan əsas amillərdəndir. Tez xarab olan və yararlılıq müddəti az olan qida məhsullarına daha diqqətlə yanaşmaq lazımdır.


Qidaları 2 saatdan artıq otaq temperaturunda saxlamaq olmaz


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə,  isti havalarda riskli qidaların saxlanılmasına xüsusi diqqət yetirilməlidir: "İstər ev şəraitində, istərsə də restoran, kafe və market kimi ictimai-iaşə obyektlərində toyuq, balıq, ət və ət məhsulları, süd və süd məhsullarının saxlanma dərəcələri olduqca önəmlidir. Ümumi qida məhsullarının daşınmasında, saxlanmasında, emalında, soyudulmasında, bişirilməsində və yaxud təqdimatında  buraxılan kobud səhvlər istehlakçıların zəhərlənməsinə səbəb ola bilər. Alış-veriş edərkən də diqqətli olmaq lazımdır. Şirə salmamış, rəngini, qoxusunu dəyişməmiş ət, qarnı şişməmiş balıq almaq olmaz. Təzə balığın pulları dartdıqda çıxmamalıdır. Soyuducuda, buzun üstündə, suyun içində olan balıq məhsullarını almaq tövsiyə olunur. Açıq havada və Günəş şüaları altında olan ət məhsulları almaq məsləhət görülmür. Bəzi insanlar deyirlər ki, yayda balıq yemək olmaz. Dəniz məhsullarının mövsümi yoxdur. Əgər qida zəncirində qırılma baş verməyibsə, düzgün şərtlər altında saxlanılmış balıqları ilboyu yemək olar. Təbii ki, kürü qoyma vaxtları istisna olunmaqla".

Qida mütəxəssisi bildirib ki, riskli qidalar mikrobioloji çirklənməyə meyilli olduğu üçün onları 2 saatdan artıq otaq temperaturunda saxlamaq olmaz. Ona görə də kəsim yerlərində ət kəsildikdən sonra birbaşa soyuducuya qoyulmalı, istehlakçıya soyuducu şəraitində təqdim olunmalıdır. Zəhərlənməyə səbəb ola biləcək qidaları soyuducularda müsbət 4-5 dərəcəyədək maksimum 72 saat müddətində saxlamaq olar. Ondan sonra bu qidalar mikrobioloji çirklənməyə məruz qalır, yeyilməsi təhlükəli hesab olunur. Əgər ərzaqlar daha uzun müddət mühafizə olunacaqsa, dərin dondurucuda mənfi 18 dərəcədə saxlanılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, istər dərin dondurucuda, istərsə də soyuducuda fərqli növ ət məhsulları, yəni toyuq, balıq və qırmızı ət bir-biri ilə təmas etməməlidir. Belə ki, çarpaz çirklənmə nəticəsində zəhərlənmə baş verə bilər. Dondurucuya qoyulacaq ət və ət məhsullarının bir neçə dəfəlik istifadə üçün paketlənməsi tövsiyə olunur. Bu bakteriya artımının qarşısını alır.

"Qida zəhərlənmələrinin artması istehlakçıların səhlənkarlığı ucbatından da baş verir. Hər meyvə və tərəvəz öz mövsümündə yeyilməlidir. Məsələn, avqustun sonu, sentyabrın əvvəli yetişən qarpızı iyunun əvvəli yeməyə ehtiyac yoxdur. Yay həm də istirahət mövsümüdür. Dənizə gedərkən çox vaxt qidalar avtomobilin yük yerinə yerləşdirilir. İstidə, tıxacda saatlarla qalan riskli qidalar bioloji çirklənmə nəticəsində zəhərlənməyə səbəb olur. İsti havalarda konservləşdirilmiş, mayonezli, souslu və kremli məhsulların istifadəsi minimuma endirilməlidir. Mayonezi zeytun yağı ilə əvəz etmək olar. Bu fəsildə toyuqlu dönərləri yemək isə ümumiyyətlə, tövsiyə olunmur. Diqqət etsək, görərik ki, yayda zəhərlənmələrin çoxu məhz dönərdən olur", - deyə  mütəxəssis bildirib. 


Ən təhlükəli hal orqanizmin susuzlaşmasıdır


Qida zəhərlənməsinin ilkin əlamətlərinin halsızlıq, ürəkbulanma, qusma, ishal, təzyiqin düşməsi, nəbzin zəifləməsi, soyuq tər, dəri rənginin ağarması, qarında yaranan köp və tutmaşəkilli ağrılar olduğunu bildirən həkim-toksikoloq Aynur Məmmədova deyir ki, simptomlar, adətən,  qida qəbulundan 1-2, bəzən 6-8 saat sonra özünü büruzə verir. Qida zəhərlənmələri mədə-bağırsaq sistemində, qaraciyər, mədəaltı vəzidə xroniki xəstəliyi olanlar, uşaqlar, yaşlılar və hamilələr üçün daha risklidir.

"Sanitar-gigiyena qaydalarına riayət etməmək qida zəhərlənmələrinin əsas səbəblərindəndir. Meyvə-tərəvəzi yaxşı yetişdirmək, yabanı ot və böcəklərdən qorumaq üçün müxtəlif peptisid və toksik maddələrdən istifadə edilir. Bu qida məhsulları yaxşı yuyulmadıqda allergiya və zəhərlənmələr qaçılmaz olur. Meyvə-tərəvəz zəhərlənmələrində ən ağırı, əksər hallarda ölümlə nəticələnəni meşədən, çöldən yığılan göbələklərdir. Marketlərdə, bazarlarda satılan şampinyonlar bioloji çirklənməyə məruz qalmadığı müddətcə zəhərli olmur", - deyə həkim-toksikoloq bildirir.

Aynur Məmmədova qeyd edir ki, qida zəhərlənmələri zamanı ilk yardım olaraq mədə-bağırsaq yuyulmalı, daha sonra xəstəyə aktivləşdirilmiş kömür verilməlidir. Hər 10 kq çəkiyə bir tablet kömürü əzib gündə 3 dəfə su ilə qəbul etmək lazımdır. Zəhərlənmə zamanı ən təhlükəli hal orqanizmin susuzlaşmasıdır. Uşaqlarda su itkisi daha sürətli gedir. Buna görə də qida zəhərlənməsi müşahidə olunan xəstələrə bol su içirilməlidir. Qusma halları gün ərzində 2-3 dəfədən çox olarsa, xəstəxanaya müraciət edilməlidir. Zəhərlənmənin birinci günü xəstəyə hər hansı qida vermək tövsiyə edilmir. Bu həzm sisteminin daha tez bərpasına kömək edəcək. Növbəti günlərdə isə xüsusi pəhriz təyin olunur.  Sadə sanitar-gigiyena qaydalarına əməl etməklə, təmizliyi qorumaqla, müəyyən məqamlara diqqət etməklə hər mövsüm qida zəhərlənmələrindən yayınmaq mümkündür.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:44
15 Aprel

"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:43
15 Aprel

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında

00:41
15 Aprel

“Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə haqqın məbləği”nin təsdiq edilməsi haqqında

00:40
15 Aprel

Tramp İranla danışıqların bu həftə bərpa oluna biləcəyini açıqlayıb

21:11
14 Aprel

Mərkəzi Komandanlıq: İlk 24 saat ərzində heç bir gəmi ABŞ blokadasını keçə bilməyib

20:26
14 Aprel

BVF: İran müharibəsi Britaniya iqtisadiyyatına ən ağır zərbəni vuracaq

20:06
14 Aprel

BVF: İranla müharibə həll olunsa belə, avrozona iqtisadi artım tempinin azalması ilə qarşılaşacaq  

19:58
14 Aprel

Misir Azərbaycanla enerji sahəsində genişmiqyaslı əməkdaşlıqda maraqlıdır

19:41
14 Aprel

Səfir Lu Mey: Azərbaycanda Çin dilinə maraq artıb

19:39
14 Aprel

Mil-Muğan düzündə nadir təbiət hadisəsi - İmişlidə qoşa göyqurşağı göründü FOTO

19:36
14 Aprel

2025-ci ildə sığorta şirkətlərinin investisiya portfeli 6 faiz azalıb

19:23
14 Aprel

Transxəzər Marşrutunda Konteyner Daşımaları 34% Artıb

19:15
14 Aprel

ICAO-nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb

19:08
14 Aprel

Azərbaycan qlobal forum tərəfindən məxfilik və konfidensiallıq üzrə yüksək qiymətləndirildi

19:03
14 Aprel

TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  

19:01
14 Aprel

BMT: İlin əvvəlindən Sudanda 700-ə yaxın mülki şəxs öldürülüb

18:56
14 Aprel

Azərbaycanda süni intellekt ekosistemini genişləndirəcək “Datarace.ai” platforması istifadəyə verilir  

18:53
14 Aprel

Bakı və Abşeronun su-tullantı sistemləri təkmilləşdirilir: Pirşağı hövzəsində yeni kanalizasiya kollektoru tikilir  

18:44
14 Aprel

Bədən bəzi hərəkətləri “unutmur”

18:32
14 Aprel

Ağdamın Quzanlı qəsəbəsində vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib  

18:31
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!