07 Aprel 2026 08:50
1142
Səhiyyə
A- A+
Sağlamlığını qorumaq hər kəsin hüququdur

Sağlamlığını qorumaq hər kəsin hüququdur


Sağlamlıq mövzusu əsrlər boyu bəşəriyyətin diqqət mərkəzində olub və bu gün də qlobal gündəmin ən vacib istiqamətlərindən biri olaraq qalır. İnsan həyatının keyfiyyətini və davamlılığını müəyyən edən əsas amillərdən olan sağlamlıq sahəsində əldə edilən uğurlar, xüsusilə son yüzillikdə böyük sıçrayışlarla müşayiət olunur. 

Tibbin sürətli inkişafı, yeni texnologiyaların tətbiqi və elmi-tədqiqatların genişlənməsi nəticəsində bir zamanlar ölümcül hesab edilən bir çox xəstəliklər artıq nəzarət altına alınıb və ya tamamilə müalicə edilə bilir. Bu irəliləyişlər sayəsində dünyada orta ömür uzunluğu əhəmiyyətli dərəcədə artıb. Məsələn, XX əsrin əvvəllərində qlobal orta ömür uzunluğu təxminən 30-35 il olduğu halda, həmin göstərici bu gün 70 ildən yuxarıdır.

Bununla belə, əldə edilən nailiyyətlərə baxmayaraq, səhiyyə sahəsində həllini gözləyən çoxsaylı problemlər qalmaqdadır. İnfeksion və qeyri-infeksion xəstəliklərin artması, iqlim dəyişikliklərinin sağlamlığa təsiri, qlobal pandemiyaların yaratdığı risklər və səhiyyə xidmətlərinə çıxışdakı bərabərsizliklər müasir dövrün əsas çağırışları sırasındadır. Bu problemlərin həlli isə qlobal əməkdaşlıq və elmi yanaşma tələb edir.

Hər il aprelin 7-də dünya ictimaiyyəti Ümumdünya Sağlamlıq Gününü qeyd edir. Bu əlamətdar gün 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılması ilə əlaqədar təsis olunub və əsas məqsədi qlobal sağlamlıq problemlərinə diqqət çəkmək, ictimai maarifləndirməni artırmaq, dövlətləri, təşkilatları, eləcə də fərdləri daha sağlam gələcək üçün birgə fəaliyyətə təşviq etməkdir. Bu gün yalnız rəmzi xarakter daşımır, həm də real dəyişikliklər üçün çağırış platforması rolunu oynayır.

Bu il Ümumdünya Sağlamlıq Günü "Sağlamlıq naminə birlikdə. Elmin yanında ol" ("Together for health. Stand with science") şüarı ilə qeyd olunur. Deviz xüsusilə son illərdə dünyada müşahidə olunan dezinformasiya, elmi biliklərə inamsızlıq və səhiyyə sahəsində yanlış məlumatların yayılması fonunda xüsusi aktuallıq kəsb edir. Kampaniyanın əsas məqsədi elmin sağlamlıq sahəsində oynadığı əvəzsiz rolu bir daha vurğulamaq, ictimaiyyəti faktlara əsaslanan qərarlar qəbul etməyə təşviq etmək, elmi əməkdaşlığın gücünü ön plana çıxarmaq, habelə insan, heyvan və ətraf mühitin sağlamlığının bir-biri ilə sıx bağlı olduğunu diqqətə çatdırmaqdır. Belə ki, heyvanlardan insanlara keçən infeksiyalar son illərdə qlobal sağlamlıq üçün ciddi təhlükə mənbəyinə çevrilib. COVID-19 pandemiyası da bu riskin nə qədər real və genişmiqyaslı ola biləcəyini açıq şəkildə göstərdi.

Statistika da göstərir ki, qlobal səhiyyə sahəsində görülən işlərə baxmayaraq, problemlər hələ də kifayət qədər ciddidir. ÜST-nin məlumatına görə, dünyada hər il təxminən 41 milyon insan qeyri-infeksion xəstəliklər - ürək-damar xəstəlikləri, xərçəng, diabet və xroniki tənəffüs xəstəlikləri səbəbindən həyatını itirir. Bu, ümumi ölüm hallarının təxminən 74 faizini təşkil edir. Eyni zamanda hər il milyonlarla insan qarşısı alına və müalicə edilə bilən xəstəliklərdən həyatını itirir ki, bu da səhiyyə xidmətlərinə çıxışın bərabər paylanmadığını göstərir.

Digər mühüm məsələ isə peyvəndləmə ilə bağlıdır. Peyvəndlər hər il 4-5 milyon insanın həyatını xilas etsə də, dünyada hələ də milyonlarla uşaq əsas peyvəndlərdən kənarda qalır. Bu isə qızılca, poliomielit və digər infeksion xəstəliklərin yenidən yayılma riskini artırır. Bu baxımdan, elmi məlumatların düzgün çatdırılması və ictimaiyyətin maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

İqlim dəyişikliyi də qlobal sağlamlıq üçün ciddi təhdidlərdən biri kimi qiymətləndirilir. Artan temperatur, hava çirkliliyi, su qıtlığı və təbii fəlakətlərin intensivləşməsi insanların sağlamlığına birbaşa təsir göstərir. ÜST-nin proqnozlarına görə, 2030-2050-ci illər arasında iqlim dəyişikliyi nəticəsində hər il əlavə olaraq təxminən 250 min insanın həyatını itirəcəyi gözlənilir. Bu, malyariya, qida çatışmazlığı, ishal və istilik stressi kimi faktorlarla əlaqələndirilir. Belə mürəkkəb və çoxşaxəli problemlərin həlli yalnız elmi yanaşma və beynəlxalq əməkdaşlıq sayəsində mümkündür. "Elmin yanında ol" çağırışı da məhz bu zərurətdən irəli gəlir. Elm yalnız laboratoriyalarda aparılan tədqiqatlardan ibarət deyil. O, gündəlik həyatımızda qəbul etdiyimiz qərarların əsasını təşkil etməlidir. Sağlam qidalanma, fiziki aktivlik, peyvəndləmə, gigiyena qaydalarına riayət və vaxtında tibbi müayinələr kimi sadə, lakin effektiv tədbirlər elmi tövsiyələrə əsaslanır və hər bir fərdin sağlamlığına müsbət təsir göstərir.

Kampaniya çərçivəsində hər kəs aktiv iştirak etməyə dəvət olunur. İnsanlar elmi nailiyyətləri qeyd etməklə, faktlara əsaslanan məlumatları paylaşmaqla, şəxsi təcrübələrini bölüşməklə və sosial şəbəkələrdə #ElmİləStand və #DünyaSəhiyyəGünü həştəqləri ilə qlobal müzakirələrə qoşulmaqla bu prosesin bir hissəsi ola bilərlər. Bu, yalnız fərdi deyil, həm də kollektiv məsuliyyətin formalaşmasına kömək edir. Xüsusilə inkişaf etməkdə olan ölkələrdə səhiyyə sistemlərinin gücləndirilməsi və xidmətlərə çıxışın artırılması qlobal sağlamlıq bərabərliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumdünya Sağlamlıq Günü yalnız bir tarix deyil, həm də qlobal həmrəylik və məsuliyyət günüdür. Bu gün bizə xatırladır ki, sağlamlıq hər bir insanın fundamental hüququdur və onun qorunması üçün hər kəs üzərinə düşən rolu yerinə yetirməlidir. Elmə əsaslanan yanaşmalar, beynəlxalq əməkdaşlıq və ictimai dəstək sayəsində daha sağlam, təhlükəsiz və dayanıqlı bir gələcək qurmaq mümkündür.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!