11 Avqust 2025 13:45
649
İQTİSADİYYAT
A- A+
İstehlak qiymətləri indeksi açıqlanıb

İstehlak qiymətləri indeksi açıqlanıb


2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrünə nisbətən 105 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,2 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8 faiz olub.

Bu ilin iyul ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6 faiz təşkil edib.

Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, günəbaxan və qarğıdalı yağlarının, limonun, albalının, gilasın, əriyin, göyərtinin, şokolad məmulatlarının, ucuzlaşma isə yumurtanın, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, ağ kələmin, xiyarın, pomidorun, şirin bibərin, badımcanın, lobyanın, süfrə çuğundurunun, yerkökünün, soğanın, kartofun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib.

2025-ci ilin iyul ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,6 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından bahalaşma yuyucu və təmizləyici vasitələrin, şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə parketin, ortopedik döşəklərin və yazı kağızlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2025-ci ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 107,3 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin, istirahət turlarının, mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ali təhsil haqqında dövlət sənədlərinin verilməsi qaydası təsdiqlənib  

17:52
08 Yanvar

Rayonlarda yanvarın 9-u gündüzdən 10-u axşamadək hava yağıntılı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ  

17:51
08 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

17:51
08 Yanvar

Tikintilərin Dövlət reyestri ilə bağlı qaydalarda dəyişiklik olunub  

17:50
08 Yanvar

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib  

17:31
08 Yanvar

Qazaxıstan taxılının Azərbaycana daşınma həcmi üç dəfə artıb  

17:03
08 Yanvar

Ombudsman uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi  

16:53
08 Yanvar

Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dünyanın supergücləri tərəfindən də qəbul edilir

16:45
08 Yanvar

“Azerbaijan Open” beynəlxalq turnirinin ilk qalibi: “Şahdağ”ın xizək yolları çox gözəldir 

16:44
08 Yanvar

Mütəxəssis-ekspert: Hazırda yayılan infeksiya mövsümi qripdir

16:31
08 Yanvar

Ekspert : Prezident İlham Əliyevin təşəbbüsü Türk dünyasının inkişaf trayektoriyasını müəyyənləşdirir

16:23
08 Yanvar

Ötən il gecikdirilmiş 840 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub  

16:16
08 Yanvar

İsrail: Livanın “Hizbullah”ı tərk-silah etmək səyləri yetərli deyil  

16:13
08 Yanvar

Viktor Orban: Ukraynanın tələb etdiyi 800 milyard dollar Macarıstan üçün ağır nəticələr doğura bilər  

16:09
08 Yanvar

Türk ekspert: Türk dövlətləri arasında təhlükəsizlik koordinasiyası mövcud inteqrasiyanın məntiqi davamıdır  

16:01
08 Yanvar

Şalva Papuaşvili: Gürcüstanın 1,12 milyon vətəndaşı Konstitusiyaya zid fəaliyyət göstərən siyasi partiyaların ləğvini tələb edir  

15:57
08 Yanvar

Azərbaycan-ABŞ əlaqələri ikitərəfli faydalı xarakter daşıyacaq 

15:54
08 Yanvar

AMEA Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə hazırlaşır  

15:47
08 Yanvar

Nikol Paşinyan: II Qaregini istefa verməyə məcbur edəcəyik  

15:35
08 Yanvar

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq genişləndiriləcək  

15:18
08 Yanvar

Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib YENİLƏNİB-3 

15:17
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!