02 Aprel 2024 18:23
397
DÜNYA
A- A+

İstanbuldakı yanğında ölənlərin sayı 27 nəfərə çatıb YENİLƏNİB

 

İstanbulun Beşiktaş rayonunda 16 mərtəbəli binanın zirzəmi qatında səbəbi hələlik bilinməyən yanğın nəticəsində ölənlərin sayı 27-yə yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İstanbul valiliyi açıqlayıb.

Yanğında ağır yaralanan bir nəfərin müalicəsi davam etdirilir.

Ədliyyə naziri Yılmaz Tunc hadisədə təqsirli bilinən beş nəfərin saxlanılması ilə bağlı qərar qəbul edildiyini, İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başlandığını bildirib.

 

17:42

İstanbulun Beşiktaş rayonunda 16 mərtəbəli binanın zirzəmi qatında baş verən yanğında ölənlərin sayı 25-ə yüksəlib.

Bu barədə məlumatı İstanbul valiliyi açıqlayıb.

Bildirilib ki, yanğında yaralanan üç nəfərin müalicəsi davam edir. Onların vəziyyəti ağırdır.

Hadisədə təqsirli bilinən beş nəfərin saxlanılması ilə bağlı qərar qəbul edilib. İstintaq aparılır.

 

17:25

İstanbulun Beşiktaş rayonunda baş verən yanğın nəticəsində yaralanan daha üç nəfər həyatını itirib. Bununla da ölənlərin sayı 15-ə yüksəlib. Yeddisi ağır olmaqla, səkkiz yaralıya xəstəxanada tibbi yardım davam etdirilir.

Bu barədə məlumat İstanbul valiliyi tərəfindən yayılıb.

Prezident Rəcəb Tayyib Ərdoğan daxili işlər naziri Ali Yerlikayadan hadisə ilə bağlı məlumat alıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

 

16:46

İstanbulun Beşiktaş rayonunda baş verən yanğında ölənlərin sayı 12-yə yüksəlib. Yaralı olaraq xəstəxanaya çatdırılan 11 nəfərdən yeddisinin vəziyyəti ağırdır.

Bunları hadisə ilə bağlı açıqlamasında İstanbul valisi Davut Gül deyib.

Bildirilib ki, yanğından təsirlənənlər 16 mərtəbəli binanın zirzəmi qatında yerləşən əyləncə mərkəzinin yenidən qurulmasını aparan işçilərdir.

Başda İstanbul prokuroru olmaqla, bütün aidiyyəti qurumların əməkdaşları hadisə yerinə gəlib. Yanğının başvermə səbəbləri hələ ki, bəlli deyil. Araşdırma aparılır.

 

16:10

İstanbulun Beşiktaş rayonunda yerləşən 16 mərtəbəli binanın birinci qatında baş verən güclü yanğın nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.

Ilkin məlumata əsasən yanğında, həmçinin 7-si ağır olmaqla, 13 nəfər yaralanıb. İstanbul Valiliyi hadisə ilə bağlı istintaq başladıldığını açıqlayıb.

Yanğının binanın alt qatında aparılan inşaat işləri ilə əlaqəli olduğu ehtimal edilir. Zirzəmidə insanların olduğu bildirilir. Onların təxliyəsi istiqamətində işlər aparılır.

Bölgəyə 31 yanğınsöndürən maşını cəlb olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video