26 Oktyabr 2023 09:35
484
İQTİSADİYYAT
A- A+
İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı böyükdür

İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı böyükdür

 

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın faydalı qazıntılarla zəngin olan ərazilərindəndir. Hələ 1990-cı illərdə Ermənistanın işğalına məruz qalanadək həmin yerlərdə sənaye əhəmiyyətli yataqlar, çoxsaylı filiz və qeyri-filiz mineral xammal ehtiyatı müəyyən edilmişdi. Qarabağ bölgəsi və ətraf rayonlarda 167 faydalı qazıntı yatağı kəşf olunaraq ehtiyatları hesablanmışdı. O da istisna edilmirdi ki, kəşf olunan, ehtiyatları təsdiqlənən faydalı qazıntı yataqları hələ son deyil.
Ermənistanın işğalına qədər Qarabağ və Şərqi Zəngəzurun bütün əraziləri özünəməxsus florası və faunası ilə heyranedici, yeraltı və yerüstü sərvətləri ilə heyrətamiz idi. Erməni təcavüzkarlarının əsarətinə düşənədək - 1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları belə idi:  130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10 927 min kubmetr mişar daşı, 1 312 min kubmetr gil, 2 540 min kubmetr qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 kubmetr/gün mineral su, 12 428 min kubmetr tikinti daşı, 1 901 min kubmetr üzlük daşı və 4 473 min kubmetr sement xammalı. Kəlbəcərlə eyni taleyi yaşamış Zəngilanda isə 1993-cü ilədək tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları -  6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3  üzlük daşı,  1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün  yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı var idi. 1990-ci illərdə ermənilərin ələ keçirdikləri Qubadlı, Laçın və digər əraziləmiz də təbii sərvətləri ilə olduqca zəngindi. 
Erməni işğalçıları həmin faydalı yataqları uzun illər intensiv istismar etdilər. Qəsbkarlar tərəfindən on illər ərzində təbii sərvətlərimiz vəhşicəsinə talanaraq daşınıb aparıldı. Təəssüf ki, Azərbaycanın təbii sərvətlərini istismar etməkdə erməni işğalçılarına onların qapı açdıqları bəzi xarici şirkətlər və investorlar yaxından kömək etdilər.
2020-ci ildə Vətən müharibəsi Azərbaycanın Zəfəri ilə başa çatdı. Böyük qələbədən sonra otuz ilə yaxın işğalda qalmış ərazilərimizdəki və yenidən dövlətimizin nəzarəti altına qaytarılan yataqlarda monitorinqlərin həyata keçirilməsinə başlanıldi. 
Ermənistanın otuz il ərzində Azərbaycan dövlətinə və xalqına vurduğu maddi və mənəvi ziyan saya-hesaba gəlməz dərəcədə böyükdür. Erməni işağlının başa çatdığı vaxtdan keçən müddət ərzində buna daha da əmin oluruq. 
Təsəlli verən, sevindirən odur ki, Qarabağ və Şərqi Zəngəzur torpaqları artıq azaddır. Və indi həmin ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində misilsiz işlər həyata keçirilir. Erməni vandallarının vəhşi əməllərindən qurtulmuş təbiət də rahat nəfəs alır.
Təcavüzkar ermənilər işğal müddətində Qarabağ və Şərqi Zəngəzurun qədim meşələrinə, saf su hövzələrinə belə qənim kəsilmişdilər. Nadir ağacları kəsib aparırdılar. İndi həmin yerlərdə yeni meşə zolaqları salınır.
Oktyabrın 24-də Laçın şəhərində keçirilən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirinin müavini, İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov İdarələrarası Mərkəzin işi ilə bağlı, eləcə də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Şərqi Zəngəzurda həyata keçirilən layihələr, Laçın şəhərinə əhalinin köçürülməsi və işlə təmin olunması ilə bağlı görülən işlər, hazırda icrası davam edən və planlaşdırılan genişmiqyaslı infrastruktur layihələrinin icra vəziyyəti barədə ətraflı məlumat verdi. İşçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Laçın rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin yenidən bərpası istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Bildirildi ki, işğal dövrünə qədər rayon ərazisində qeydə alınmış 40 filiz və qeyri-filiz faydalı qazıntı yatağından 36-nın monitorinq və təftişə cəlb edilərək ehtiyatları yenidən qiymətləndirilib.
İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı, fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə Laçın rayonu ərazisinə 5 şahin quşu və 4 baş Şərqi Qafqaz turu, eləcə də Həkəriçay hövzəsinə 33 500 forel və çəkicinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb. Laçın rayonunda 3600 ədəd müxtəlif cinsli ağac tingi əkilib və 100 kiloqram palıd toxumu səpilib. İşğaldan azad edilmiş ərazilərdə ümumilikdə 160 hektar sahədə 124 mindən çox ağac tingi əkilib, 3000 kiloqram palıd və Şərq çinarı toxumu səpilib, salınmış yaşıllıqların suvarılması məqsədilə damcılı suvarma sistemi quraşdırılıb. Həmçinin "Böyük Qayıdış I Dövlət Proqramı"nda 2024-2026-cı illərdə Laçın rayonunda 195,0 hektar meşə fondu sahəsində meşəbərpa tədbirləri planlaşdırılır.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması ilə yanaşı, Laçın Dövlət Təbiət Yasaqlığının və Qaragöl Dövlət Təbiət Qoruğunun bərpası tədbirləri nəzərdə tutulur.
Qeyd edək ki, Qarabağın, Şərqi Zəngəzurun təbii gözəlliklərinin özünə qaytarılması həmin ərazilərdə turizmin inkişafına da yol açacaq. 
İşğaldan azad olunmuş rayonların faydalı qazıntılarının, eləcə də turizm sahəsinin inkişafının Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayacağı şübhəsizdir. Bölgədə yeni iş yerlərinin açılması, yeni müəssisələrdə çeşidli sənaye məhsulları istehsalına başlanılması ölkəmizin ixrac imkanlarının daha da genişlənməsinə şərait yaradacaq.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb

23:57
06 Aprel

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir

20:45
06 Aprel

Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq

19:33
06 Aprel

Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub

18:23
06 Aprel

Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb

18:03
06 Aprel

Avropa Azərbaycan Mərkəzi mina xəbərdarlığı günü ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

17:53
06 Aprel

Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb

17:53
06 Aprel

Gimnaziada: Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb  

17:06
06 Aprel

Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın sosial sahədəki nailiyyətlərindən danışılıb  

16:31
06 Aprel

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

16:10
06 Aprel

Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb

16:08
06 Aprel

Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb

16:05
06 Aprel

Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb

15:52
06 Aprel

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ

15:51
06 Aprel

Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb

15:50
06 Aprel

“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır

15:46
06 Aprel

Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb

15:32
06 Aprel

Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq  

15:27
06 Aprel

Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

15:19
06 Aprel

Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər  

15:18
06 Aprel

Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq

14:03
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!