İşğaldan azad edilmiş ərazilərimizdə baş vermiş mina hadisələri nəticəsində zərərçəkənlərə dair məlumat açıqlanıb
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində baş vermiş mina hadisələri nəticəsində minadan zərərçəkənlər və aşkarlanmış partlayıcı sursatlara dair məlumat açıqlanıb.
AZƏRTAC xəbər verir ki, 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 48-i mülki, 13-ü hərbçi olmaqla 61-i həlak olub. Həmçinin mina partlayışları nəticəsində ümumilikdə 253 nəfər xəsarət alıb. Onlardan 101-i mülki şəxs, 152-si isə hərbçidir.
2020-ci il noyabrın 10-dan 2021-ci il dekabrın 14-dək Ermənistanın mina terroru nəticəsində cəmi 197 nəfər xəsarət alıb. Onlardan 29-u mülki şəxs, 7-si hərbçi olmaqla, 36 nəfər həyatını itirib. Bu tarixlərdə mina terroru nəticəsində 52-si mülki şəxs, 109-u hərbçi olmaqla 161 nəfər yaralanıb.
2022-ci il dekabrın 15-dən fevralın 4-dək minalardan yeddi nəfər zərər çəkib. Onlardan 4-ü mülki vətəndaş, 2-si hərbçi olmaqla 6 nəfər yaralanıb, 1 mülki şəxs isə ölüb.
2022-ci il fevralın 5-dən aprelin 6-dək mina terroru nəticəsində 5-i mülki şəxs, 1-i hərbçi olmaqla altı nəfər yaralanıb.
2022-ci il aprelin 7-dən mayın 18-dək ümumilikdə 12 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan yeddisi mülki vətəndaş, üçü hərbçi olmaqla, 10 nəfər yaralanıb. İki mülki şəxs isə həlak olub.
2022-ci il mayın 19-dan avqustun 18-dək 11 nəfər minadan zərər çəkib. Onlardan səkkizi mülki vətəndaş, 2-si hərbçi olmaqla 10 nəfər yaralanıb, bir hərbçi ölüb.
2022-ci il avqustun 19-da sentyabrın 23-dək 22 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 2-si mülki vətəndaş, 18 nəfəri hərbçi olmaqla 20 nəfər yaralanıb, iki hərbçi həyatını itirib.
2022-ci il sentyabrın 24-dən oktyabrın 3-dək beş mülki vətəndaş mina partlayışlarından zərər çəkib. Onlardan 3-ü yaralanıb, 2-si isə həlak olub.
2022-ci il oktyabrın 4-dən noyabrın 10-dək 11 nəfər mina partlayışlarından zərər çəkib. Onlardan 1 nəfər ölüb, digərləri isə xəsarət alıb.
2022-ci il noyabrın 11-dən 2023-cü il yanvarın 1-dək doqquz nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 4-ü mülki, 4-ü isə hərbçi olmaqla səkkiz nəfər yaralanıb, bir hərbçi həyatını itirib.
2023-cü il yanvarın 7-dən martın 14-dək 5 nəfər mina partlayışından xəsarət alıb. Onlardan biri mülki, ikisi hərbçi olmaqla üç nəfər yaralanıb. Bir hərbçi, 1 mülki vətəndaş həlak olub.
2023-cü il martın 15-dən iyunun 12-dək 16 nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan 6-sı mülki, 3-ü hərbçi olmaqla doqquz nəfər yaralanıb. Bir hərbçi, altı mülki vətəndaş ölüb.
2023-cü il iyunun 13-dən avqustun 23-dək iki nəfər mina partlayışlarından xəsarət alıb. Onlardan bir nəfər mülki vətəndaş, 1 nəfər hərbçi yaralanıb.
2023-cü il avqustun 24-dən sentyabrın 11-dək üç nəfər mina partlayışları nəticəsində yaralanıb. Onlardan iki mülki vətəndaş, bir hərbçi həyatını itirib.
Bu il sentyabrın 12-dən 19-dək səkkiz nəfər mina partlayışlarından zərər çəkib. Onlardan 2 hərbçi yaralanıb. Altı mülki vətəndaş vəfat edib.
Qeyd edək ki, bu il sentyabrın 18-dək 970 milyon 551 min 604 kvadratmetr (97 055.2 hektar) ərazi mina və digər partlayıcı qurğulardan təmizlənib.
Xatırladaq ki, bu müddətdə ümumilikdə 94 min 244 ədəd mina və digər partlayıcılar aşkarlanıb. Onlardan 29 min 617-si piyada əleyhinə, 17 min 48-i tank əleyhinə mina, 47 min 579-u partlamamış hərbi sursatdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi şəhərinin Azərbaycan enerji sisteminə qoşulması təmin edilib
24 Sentyabr
Qarabağ bölgəsində silah-sursatın müsadirəsi davam edir
24 Sentyabr
İran ilə Rusiya arasında Rəşt-Astara dəmir yolu xəttinin tamamlanmasına sərmayə yatırılması üçün müq...
24 Sentyabr
TƏBİB: Qənirə Paşayevaya naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub
24 Sentyabr
Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter aşkar edilib
24 Sentyabr
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hospitalı ziyarət edib
24 Sentyabr
Papa Fransisk Ukraynaya silah yardımının dayandırılmasından məyusluğunu ifadə edib
24 Sentyabr
Xocavəndin Yuxarı Veysəlli kəndi istiqamətində silah-sursat müsadirə edilib VİDEO
24 Sentyabr
DİN: Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin Qarabağ bölgəsindən çıxışı təmin ediləcək...
24 Sentyabr
Sabah Bakıda və bölgələrdə yağış yağacaq
24 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!