06 Noyabr 2024 20:31
205
SİYASƏT
A- A+
İordaniya mətbuatı: Azərbaycan ekoloji tərəqqiyə nail olmaq üçün davamlı sülh və təhlükəsizliyə şərait yaratmağa çalışır

İordaniya mətbuatı: Azərbaycan ekoloji tərəqqiyə nail olmaq üçün davamlı sülh və təhlükəsizliyə şərait yaratmağa çalışır

İordaniya “Petra” Dövlət İnformasiya Agentliyi (ərəb və ingilis dillərində), “Jordan News” (ingilis dilində) və “Ammon News” informasiya saytlarında (ingilis dilində) “Bakının COP29 konfransına ev sahibliyi etməsi daha yaşıl gələcəyə doğru bir addımdır” sərlövhəli məqalələr dərc edilib.

Azərbaycanın İordaniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə paytaxt Bakının noyabrın 11-dən 22-dək COP29-a ev sahibliyi edəcəyindən, ilin ən böyük beynəlxalq toplantısı olacaq COP29-un minlərlə eksperti, jurnalisti, iqlim fəalını, biznes liderini və QHT nümayəndəsini bir araya gətirəcəyindən, Avropa İttifaqının və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmiləri ilə iqlim problemlərinə qlobal əməkdaşlıq reaksiyalarını təşviq edən müzakirələr aparılacağından bəhs olunub.

Məqalədə, həmçinin Prezident İlham Əliyevin COP29-un iqlim böhranının praktik həlli yollarını asanlaşdırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığı gücləndirəcəyinə ümidvar olduğu vurğulanıb.

Həmin əlamətdar hadisənin qlobal ictimaiyyətin iqlim dəyişikliyi ilə mübarizə səylərini gücləndirdiyi bir vaxta təsadüf etdiyi, konfransda innovativ təmiz enerji həllərinin nümayiş olunacağı, COP29-a ev sahibliyi etməyin Azərbaycanın beynəlxalq imicini artırdığı, eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz regionunda sülhə və sabitliyə sadiqliyi vurğulanıb, ekoloji tərəqqiyə nail olmaq üçün daha geniş missiyanın bir hissəsi kimi davamlı sülh və təhlükəsizliyə şərait yaratmaq səyləri qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Aleksandr Nevski ordeni ilə təltif edilib

22:46
06 Noyabr

Mingəçevir Sənaye Parkında istehsal olunan məhsulun 85 faizdən çox hissəsi ixrac edilib

22:40
06 Noyabr

YAP İdarə Heyətinin iclasında bir sıra qərarlar qəbul olunub

20:37
06 Noyabr

Trampın inaqurasiya mərasimi gələn il yanvarın 20-nə planlaşdırılıb

20:35
06 Noyabr

Sabah “28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayacaq

20:33
06 Noyabr

İordaniya mətbuatı: Azərbaycan ekoloji tərəqqiyə nail olmaq üçün davamlı sülh və təhlükəsizliyə şərait yaratmağa çalışır

20:31
06 Noyabr

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

20:30
06 Noyabr

Şəhidlərin tələbə övladları Milli Məclisdə olublar

20:13
06 Noyabr

Azərbaycandan xarici bazarlara xurma ixracı 16,7 faiz artıb

18:53
06 Noyabr

Polşada 10 mindən çox ABŞ hərbçisi var

18:43
06 Noyabr

İnstaqram yeni funksiyasını təqdim edib

18:31
06 Noyabr

Milli Məclisin sədri Qlobal Tolerantlıq və Sülh Şurasının sədri ilə görüşüb  

18:22
06 Noyabr

Dünyanın ilk taxta peyki artıq kosmosdadır

18:18
06 Noyabr

“Toyota” ilk hava taksisini nümayiş etdirib

18:17
06 Noyabr

Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb  

18:06
06 Noyabr

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

18:04
06 Noyabr

Pərviz Şahbazov Romada AEBA-nın baş direktoru və qazax həmkarı ilə görüşüb

17:57
06 Noyabr

Dini Liderlərin Qlobal Bakı Sammitinin iştirakçılarına Azərbaycanda dövlət-din münasibətləri barədə məlumat verilib  

17:55
06 Noyabr

Bu gündən COP29 iştirakçıları üçün metrodan istifadə ödənişsizdir  

17:54
06 Noyabr

Mormon kilsəsinin və Stirlinq Fondunun rəsmiləri Dövlət Komitəsində olublar  

17:52
06 Noyabr

Cəbrayıl şəhər və Cocuq Mərcanlı məktəbləri Zəfər Günü bayram tədbirini birlikdə qeyd ediblər  

17:51
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!