13 Sentyabr 2024 09:10
981
Mədəniyyət
A- A+
İnqilabın "dəmir əsgəri"

İnqilabın "dəmir əsgəri"

 

O, öz dövrünün, mühitinin, aid olduğu quruluşun kifayət qədər soyuqbaşlı, yüksək dərrakəli adamlarından biri kimi tanınırdı. Sovetlər zamanında bizlərə "dəmir Feliks" epiteti ilə təqdim olunurdu. Sakit və təkəbbürlü, iradəli, qətiyyətli, güclü, qüvvətli ruha, hissiyyata malik insan kimi... Amma zaman hər şeyi yerbəyer edir, deyirlər. Milyonlarla insanın həyatına son qoyan, sərt repressiya maşınını qurub-yaratmış bu adam sonralar ona ən çox yaraşan ləqəbinə qayıdır. Görkəmli tarixçilər, tədqiqatçılar bu məşhur insanı "qanlı Feliks" kimi təqdim edirlər. 
Rus filosofu Nikolay Berdyayev F.E.Dzerjinski haqqında yazırdı ki, o, bir fanatik idi. İlk baxışdan maraqsız adam təəssüratı yaradırdı. Bu insanda vahimə yaradan nə isə var idi. Keçmişdə katolik-rahib olmaq istəyirdi, amma çox təəssüf ki, özünün fanatik inancını kommunizmə tətbiq etdi. Çıxışlarında insanlara olan şübhəli, inamsız münasibətini açıq şəkildə ifadə edirdi. Deyirdi: "Biz indi terrorla bağlı bütün tədbirləri görməliyik, ona bütün gücümüzü səfərbər etməliyik. Elə düşünməyin ki, mən inqilabi ədalət formalarını axtarıram, mən inqilabi zorakılığın təşkilini tələb edirəm". Bu idi onun qarşıya qoyduğu məqsəd.
Kommunizmin hökm sürdüyü əksər bölgələrdə Dzerjinski bir etalona çevrilmişdi. Kəşfiyyatçının, xidməti əməkdaşın ümumi təyinatı "çekist" idi. Bu termin rəsmi olaraq istifadə edilir və bunu peşəkarlar şərəf bilirdilər. Əksər insanların otaqlarında  Dzerjinskinin portretləri asılır, hamı onun kimi ağıllı, tədbirli, çevik olmağa çalışırdı. Etiraf edək ki, F.Dzerjinski çoxları tərəfindən rəğbətlə qarşılanan özünün böyük məktəbini yarada bilmişdi.

 

"Feliks" xoşbəxt deməkdir

 

Yuriy Korolkovun onun haqqında yazdığı avtobioqrafik roman elə bu cür də adlanır. Dünyaya gələndə valideynləri Feliks adını ona belə bir arzu ilə qoymuşdular. Xoşbəxt olmasını istəmişdilər.  
O, 1877-ci ildə Vilno vilayətində (Belarusun Minsk bölgəsi) Dzerjinovo malikanəsində polyak mənşəli gimnaziya müəllimi Edmund-Rufin İosifoviçin ailəsində doğulmuşdu. Atası müəyyən müddət Taqanroqdakı gimnaziyada işləmişdi. Feliksin anası Helena Dzerjinskaya isə professor İqnati Yanuşevskinin qızı idi. 
Ailələrində Felikslə birgə 9 uşaq böyüyürdü. Ataları gözlənilmədən vərəmdən vəfat edir və ailənin yükü anaları ilə böyük övladların üzərinə düşür. Anası yeddi yaşında Feliksi Vilnüs şəhərindəki İmperator gimnaziyasına qoyur. O, pis oxuyan, intizamsız şagirdlərdən sayılırdı. Müəllimləri ilə tez-tez mübahisələr edərdi. Rus dilini bilmədiyinə görə birinci sinifdə iki il ardıcıl oxumalı olmuşdu. Amma dini dərslərə marağı böyük idi. Ən yaxşı qiyməti bu dərslərdən alardı. Gələcək arzusu kilsə xadimi olmaq idi. Amma həyat taleyini tamam başqa səmtə istiqamətləndirdi. Uşaqkən din xadimi olub insanların mənəvi dünyasına xidmət etmək istəyən biri bolşevik ideologiyası ilə sərt bir insana çevrildi. 

 

Gizli iş

 

1894-cü ildə gimnaziyada oxuyarkən sosial-demokratların müstəqil inkişaf dərnəyinə qoşulur. 1895-ci ildə Litva sosial-demokratiyasının inqilabi qanadına daxil olur. Marksizm təlimini dərindən mənimsəyir. 1896-cı ildə gimnaziyadan yarımçıq çıxır və peşəkar inqilabçı kimi fəaliyyətə başlayır. 
1906-cı ildə Feliksi sosial-demokratların Stokholmda keçirilən birləşdirici qurultayına nümayəndə göndərirlər. Burada ilk dəfə V.İ.Leninlə görüşür. Polşa və Litva sosial-demokratiyasının nümayəndəsi sifətilə RSDFP MK-nın tərkibinə daxil olur. Avqust-oktyabr aylarında Peterburqda işləyir. İlin sonunda Varşavada həbs olunur. F.Dzerjinskinin tərcümeyi-halı həbslər, sürgünlər və qaçışlarla doludur. O, şəxsi işində Oktyabr inqilabından əvvəl fəaliyyətinə görə repressiyaya məruz qalıb-qalmaması sualını belə cavablandırmışdı: "1897, 1900, 1905-ci illərdə həbs olunmuşam; 1906, 1908 və 1912-ci il, cəmi 11 ilimi həbsxanada keçirmişəm, o cümlədən ağır iş (8 üstəgəl 3), üç dəfə sürgün olunmuşam və həmişə də qaçmışam".

 

FK-nın rəhbəri

 

1917-ci ilin fevral inqilabı Dzerjinskinin karyerasında sıçrayışa səbəb olur. O, MK-nın tərkibinə seçilir. Oktyabr inqilabında Hərbi-İnqilab Komitəsinin üzvü kimi iştirak edir və bu inqilabın əsas təşkilatçılarından olur. Hərbi-İnqilab Komitəsi buraxıldıqdan sonra isə 1919-cu ilin dekabrında yaradılan, əks-inqilabla mübarizə orqanı olan Ümumittifaq Fovqəladə Komissiyasını (FK) təşkil etməyi ona tapşırırlar. Feliks Dzerjinskini həmin orqanın sədri təyin edirlər.
Beləliklə, F.Dzerjinski "proletariatın diktaturası" adlandırılan ÇK-nı qurur və qeyri-məhdud səlahiyyətlərə malik olur. Dzerjinski çıxışlarında deyirdi: "ÇK-nın edam hüququ son dərəcə vacibdir... ÇK məhkəmə deyil, ÇK inqilabı müdafiə etməli və qılıncı təsadüfən günahsızların başına düşsə belə düşməni məhv etməlidir". Təşkilatın tərkibinə 23 çekist daxil idi. Bu qurum tezliklə böyük bir coğrafiyada insanların qorxulu yuxusuna çevrilir. Əks-inqilaba qarşı mübarizə adı altında milyonlarla adamı məhv edir. 
"Dəmir Feliks"in inqilabi fəaliyyətini müasir cəmiyyət birmənalı qiymətləndirmir - bəziləri onu qəhrəman və "burjuaziyanın tufanı" hesab edir, digərləri isə onu bəşəriyyətə nifrət edən amansız cəllad kimi xatırlayır. 
Bir faktı da qeyd edək ki, "cəza aparatı"nın başında duran Dzerjinski nəinki "ağ terror"a qarşı döyüşçü, həm də sovetlər respublikasının dağıntılardan "xilaskarı" olur. Onun ÇK-nın başındakı fəaliyyəti sayəsində 2 mindən çox körpü, təxminən 2,5 min parovoz və 10 min kilometr dəmir yolu bərpa edilir. 1922-ci ildən etibarən F.Dzerjinski ÇK-ya rəhbərlik etməklə yanaşı, NKVD yanında Siyasi İdarənin də başçısı olur. Sonralar tarixə NEP kimi düşəcək yeni iqtisadi siyasətin hazırlanmasında, icrasında fəallıq göstərir. Dzerjinskinin təşəbbüsü ilə ölkəyə investisiya cəlbi üçün səhmdar cəmiyyətləri və sahibkarlıq müəssisələri yaradılır. 
1924-cü ildən isə ölkənin xalq təsərrüfatı ona tapşırılır. Müəyyən dövrdən sonra ölkə rəhbərliyinin inqilabın əsas məqsədlərini rədd edərək diktatura qurmağa başlaması F.Dzerjinskini narahat etməyə başlayır. İçində böyük bir narahatlıq yaranır. Əzab çəkirdi. Amma daha geriyə yol görünmürdü. Stalin diktaturası repressiya maşınından güc alırdı. Cəmi bir neçə ildən sonra 30-cu illərdə bu repressiya maşını daha dəhşətli şəkildə işləməyə başladı. Xalqın ən dəyərli insanlarının, ziyalılarının, cəmiyyətin nüfuzlu simalarının ömrünə nöqtələr qoyuldu. İnqilabın "dəmir əsgəri" içində təlatümlər olsa da, Leninin və daha sonra Stalinin iradəsinin ən enerjili bir icraçısına çevrilir.
F.Dzerjinski 1926-cı ilin 20 iyul günü MK-nın plenumu zamanı ürəktutmasından dünyasını dəyişir. Onun ölümündə həmin iclasda SSRİ-nin iqtisadi vəziyyətinə dair etdiyi ikisaatlıq məruzənin də müəyyən rolu vardı. Mərkəzi Komitənin iqtisadi məsələlər üzrə plenar iclasında Dzerjinski bəyan edir: "Əgər bizim bütün aparatımıza, bütün idarəetmə sistemimizə, eşidilməmiş bürokratiyamıza, hər cür təsdiqlə misli görünməmiş təlaşımıza baxsanız, mən bütün bunlardan inanılmaz dərəcədə dəhşətə gəlirəm...İstefamı qəbul edin... belə işləmək olmaz!" Bu emosional, duyğusal çıxışı onun ürəyinin dayanmasına gətirib çıxarır və Dzerjinski həmin gün də vəfat edir. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb  

10:42
24 Aprel

Hərbi vəzifəlilərin təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir  

10:42
24 Aprel

Ötən gün vətəndaşların bank kartlarından 20 min 332 manat oğurlanıb  

10:41
24 Aprel

Kiyev raketlərlə vurulub, ölənlər və xəsarət alanlar var

10:40
24 Aprel

Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb  

10:39
24 Aprel

Ceyms Şarp: Azərbaycanın Trans-Xəzər bağlantısındakı rolu regionun inkişafında mühüm istiqamətverici amildir  

10:38
24 Aprel

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

09:48
24 Aprel

Azərbaycan-Çin strateji tərəfdaşlıq münasibətləri müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli faktordur  

09:34
24 Aprel

“Azərbaycan və Çin əməkdaşlığında yeni mərhələ başlayır”  

09:27
24 Aprel

Roma Papasının dəfni özünün sevimli kilsəsində keçiriləcək

09:20
24 Aprel

Yaz allergiyaları

09:15
24 Aprel

AZAL Qurban bayramı münasibətilə özəl uçuşların sayını artırır

09:10
24 Aprel

Cıdır düzündə dalğalanan Zəfər bayrağı

09:05
24 Aprel

Uşaq evinin nağıl dünyası

09:00
24 Aprel

Tariximizi dünyaya tanıdan alim

08:55
24 Aprel

Bu günün hədəfi sabahın "yaşıl işığ"ıdır

08:50
24 Aprel

"Azərbaycan Çinlə əksər sahələrdə sıx əlaqələrə malikdir"

08:45
24 Aprel

Erməni kilsəsi başqa xalqlara qarşı daim nifrət və dözümsüzlük formalaşdırmağa çalışıb

08:40
24 Aprel

Avropa İttifaqının məkrli "missiyası"

08:35
24 Aprel

Azərbaycan Qərbin ikili standartları ilə üzləşən ölkələrdəndir

08:30
24 Aprel

Paşinyan çətin sınaq qarşısındadır

08:25
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!