07 Sentyabr 2023 10:10
410
İQTİSADİYYAT
A- A+
İnnovativ məhsulların istehsalında yüksək artım qeydə alınıb

İnnovativ məhsulların istehsalında yüksək artım qeydə alınıb

 

Dünya yeni bir sənaye inqilabı dövrünü yaşayır. Hədəf az vəsait xərcləməklə daha çox keyfiyyətli məhsul istehsal etmək, qlobal bazarda layiqli yer tutmaqdır. Çünki hamı qiyməti aşağı, keyfiyyəti yüksək olan məhsul almağa üstünlük verir. Bu üzdən beynəlxalq iqtisadiyyatda rəqabət daha da artıb. 
Qlobal  sənayedə həm də yeni bir tendensiya müşahidə olunur. Artıq dünya bazarında təkcə nəhəng şirkətlər əsas oyunçu deyil. Kiçik və orta şirkətlər də müasir texnologiyalardan istifadə edərək yüksəkkeyfiyyətli məhsul istehsal etməklə bazarda nəhəng şirkətlərlə rəqabət apara bilirlər.
İndi ötən əsrdən fərqli olaraq inkişaf edən ölkələr yüksək texnologiyaları daha asan yolla əldə edə bilir. Çünki belə texnoloji avadanlıqları istehsal edən şirkətlər üçün məhdudiyyətlər yoxdur. Odur ki, inkişaf edən  və inkişaf etməyə  can atan ölkələr bu texnologiyalardan istifadə edərək dünya bazarına keyfiyyətli və ucuz məhsul çıxarırlar. Və üstəlik, bu zaman yerli xammaldan istifadə edirlər ki, bu da məhsulun maya dəyərini ucuzlaşdırır. Ucuz məhsul isə rəqabətə daha davamlı olur. 
Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas məqsədlərindən biri də inkişaf etmiş sənaye ölkəsi olmaqdır. Ötən illər ərzində  bu istiqamətdə çox iş görülsə də, proses davam edir. Bu prosesin hədəfi isə qeyri-neft-qaz sektorunda yüksək texnologiyalardan istifadə etməklə qeyri-neft-qaz sənayesini inkişaf etdirməkdir. Ötən illər ərzində bu sahədə görülən işlər sayəsində qeyri-neft-qaz sektorunda, o cümlədən qeyri-neft-qaz sənayesində məhsul istehsalı ildən-ilə artır. 
Bu, ölkəmizə həm də qeyri-neft-qaz məhsullarının ixracını artırmağa imkan verir. Dövlət Statistika Komitəsinin verdiyi məlumatda bildirilir ki, cari ilin yanvar-iyun aylarında ölkə üzrə qeyri-neft-qaz məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 20,6, real ifadədə 16,9 faiz artaraq 1 milyard 773,3 milyon dollar olmuşdur. Yanvar-iyul aylarında isə neft-qaz sektorunda məhsul istehsalı 2,4 faiz azalsa da, qeyri-neft-qaz sektorunda 6,5 faiz artmışdır. Statistik rəqəmlər göstərir ki, sənayedə özəl sektor daha fəaldır. Belə ki, hesabat dövründə sənayedə qeyri-dövlət sektorunun payı 85,4 faiz olmuşdur. 
Hesabat dövründə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 milyard 225,1 milyon manatlıq məhsul istehsal olunmuşdur. Kimya sənayesi məhsullarından polietilen istehsalı 44,5, etilen istehsalı 42, propen (propilen) istehsalı 36,3, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 36,7, plastmas çubuqlar, millər və protillərinin istehsalı 14,8 faiz, rezin və plastik kütlə məmulatlarından plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 2,2 dəfə artmışdır.
Hazırda tikinti materiallarının istehsalı sahəsi ölkə üçün xüsusi əhəmiyyət daşıyır. İşğaldan azad edilən ərazilərdə nəhəng tikinti layihələri icra olunduğundan inşaat materiallarına olan tələbat kəskin şəkildə artıb. Cari ilin yanvar-iyul aylarında bu sahədə 592,9 milyon manatlıq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,1 faiz çox məhsul istehsal olunmuşdur. Bu dövr ərzində tikinti gipsinin istehsalı 2 dəfə, əhəng istehsalı 40,4, tikinti şüşələrinin istehsalı  22,7, beton istehsalı 14,6 faiz artmışdır.
Sənayedə ən yüksək artım kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində qeydə alınmışdır. Cari ilin yanvar-iyul aylarında bu sahə üzrə 130,9 milyon manatlıq məhsul istehsal olunmuşdur. Ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsullarının istehsalı 2, stolüstü kompüterlərin istehsalı 3,5, ölçmə cihazların istehsalı 2,2 dəfə artmışdır.
Azərbaycanda qeyri-neft-qaz sənayesinin inkişafı icra edilən islahatlar hələ başa çatmayıb. Hədəfdə sənayenin yeni sahələrinin yaradılmasıdır.

Rüstəm KAMAL,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

21:39
06 İyun

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib  

20:16
06 İyun

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir  

19:28
06 İyun

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı  

18:47
06 İyun

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb  

17:25
06 İyun

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir  

17:13
06 İyun

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir  

16:27
06 İyun

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir  

16:10
06 İyun

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək  

15:19
06 İyun

Azərbaycanın beynəlxalq imicinə zərər vurmaq mümkün deyil

15:14
06 İyun

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

15:09
06 İyun

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib  

14:58
06 İyun

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS  

14:46
06 İyun

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

14:09
06 İyun

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib  

13:46
06 İyun

PUA hücumu nəticəsində Livan generalı ölüb

13:29
06 İyun

Sabahın hava proqnozu açıqlanıb

13:06
06 İyun

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir 

12:43
06 İyun

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

12:18
06 İyun

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

12:06
06 İyun

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

11:17
06 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!