06 İyun 2026 14:58
896
Məktublar
A- A+
Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib  

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib  


İyunun 5-də Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli arasında görüş keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Türkmənistan arasında mədəni-humanitar əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər mədəniyyətin iki qardaş xalq arasında tarixən formalaşmış dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.

Söhbət zamanı mədəniyyət müəssisələri, muzeylər, kitabxanalar, yaradıcı kollektivlər və ixtisaslaşmış təhsil ocaqları arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüşdə Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin iki ölkə xalqları arasında mədəni yaxınlaşmanın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib. Qeyd olunub ki, tədbirlər proqramına Azərbaycan kinematoqrafiyasına həsr olunmuş film nümayişləri, ölkəmizin zəngin ədəbi və bədii irsini əks etdirən mühazirələr, eləcə də müxtəlif sərgilər daxildir.

Tərəflər, həmçinin hər iki ölkənin zəngin tarixi-mədəni irsinin təbliğinə xidmət edən birgə layihələrin, sərgilərin və digər mədəni təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Sənət adamları və yaradıcı ziyalılar arasında əlaqələrin daha da intensivləşdirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.

Görüş zamanı beynəlxalq təşkilatlar və mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı, həmçinin Türkmənistan-Azərbaycan mədəni-humanitar tərəfdaşlığının dərinləşdirilməsinə xidmət edən yeni əməkdaşlıq formatları ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tərəflər ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə edərək, xalqların rifahı naminə konstruktiv dialoqun davam etdiriləcəyinə əminliklərini bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb

15:27
27 İyun

Hörmüz boğazında neft tankeri zədələnib

15:09
27 İyun

Hava şəraitinə görə Bakı–Naxçıvan aviareysləri ləğv edilib

14:27
27 İyun

Dünya çempionatı: İngiltərə, Portuqaliya və Argentina meydana çıxır

13:37
27 İyun

Sabah yağıntılı və küləkli hava şəraiti davam edəcək

13:16
27 İyun

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub  

12:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər  

11:56
27 İyun

Gürcüstan DTX rəisi Ermənistana rəsmi səfər edib

11:37
27 İyun

DİN son sutka ərzində keçirilən əməliyyatların nəticələrini açıqlayıb  

11:36
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər

11:26
27 İyun

Aktauda yeni konteyner habı Xəzər üzərindən Çin-Avropa marşrutunu gücəndirəcək

11:19
27 İyun

Konqoda Ebola virusuna yoluxma sayı 1203-ə çatıb

11:03
27 İyun

Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər

11:02
27 İyun

BMT: Sudan yeni humanitar fəlakətin astanasındadır

10:59
27 İyun

SEPAH regiondakı ABŞ hədəflərinə zərbələr endirib

10:57
27 İyun

Hava şəraiti qeyri-sabit keçir: ən çox yağıntı Sarıbaşa düşüb – Faktiki hava

10:39
27 İyun

Misir ilk dəfə futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb  

10:39
27 İyun

Dünya çempionatı: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada başa vurub

10:17
27 İyun

Gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq

10:09
27 İyun

DÇ-2026: İspaniya qrup lideri kimi pley-offa yüksəlib

10:01
27 İyun

Kabo-Verde dünya çempionatında tarix yazıb

09:34
27 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!