19 Iyul 2024 02:41
365
Mədəniyyət
A- A+

İlqar FƏHMİ: "Vaqif Poeziya Günləri əlamətdar hadisələri özündə birləşdirir"

 

"Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin imzaladığı sərəncamlardan biri də Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında olub. Beləliklə, mədəniyyət paytaxtımız Şuşa şəhərində "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsi ənənəsi bərpa edilib. Ötən 4 ildə qala-şəhərimizdə təşkil olunan bu və digər tədbirlər çox möhtəşəm keçirilib. Builki Vaqif Poeziya Günləri də olduqca zəngin, çoxşaxəli formada təşkil olunub".

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhmi söyləyib.

"Bu il artıq bərpadan sonra dördüncü dəfədir ki, ölkəmizdə Vaqif Poeziya Günləri keçirilir. Builki tədbir Azərbaycan Yazıçılar Birliyinin yaranmasının 90 illik yubileyi ilə üst-üstə düşür. Bundan əlavə, 2024-cü il üçün Şuşa "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunub. Bu səbəbdən Azərbaycan xalqının klassik İslam mədəniyyətinə, elminə, ədəbiyyatına verdiyi böyük töhfələri əks etdirən ədəbi-bədii kompozisiyalar da tədbir çərçivəsində təqdim olunacaq. Həmçinin bu il dahi şairimiz Məhəmməd Füzulinin 530 illiyi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunur. Belə bir yaddaqalan tarixi hadisələrin fonunda keçirilən Vaqif Poeziya Günləri olduqca əlamətdardır", - deyə AYB-nin katibi bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video