24 Fevral 2024 08:00
10364
SİYASƏT
A- A+
İlham Əliyevin “yaşıl dünya" missiyası

İlham Əliyevin “yaşıl dünya" missiyası

 

COP29 sammitində dünya Azərbaycanın qlobal böhranla mübarizə modelinə şahidlik edəcək

 

Azərbaycanın beynəlxalq toplantılara, forumlara, konfranslara, hətta idman yarışlarına yüksəksəviyyəli evsahibliyi dünya tərəfindən hər zaman təqdir edilib. Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, İslam Həmrəyliyi Oyunlarına, siyasi-iqtisadi beynəlxalq forumlara, konfranslara ən layiqli şəkildə evsahibliyi etməsi ilə nüfuzunu artıran Azərbaycan indi də COP29-a hazırlaşır.    
Əlbəttə ki, irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin üzərinə böyük məsuliyyət qoyur. Ancaq bu sahədəki təcrübə yetərlidir ki, növbəti beynəlxalq konfransı da ən yüksək səviyyədə keçirə bilək. 

 

Təşkilat Komitəsinin tərkibi bir qədər də genişləndirildi

 

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bu günədək ölkəmizdə bir çox tədbir keçirilsə də, COP29 bu vaxta qədər keçirilən tədbirlərlə müqayisəyə gəlmir. Çünki COP29 ərəfəsində 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı növbəti dəfə dünyanın diqqətini çəkəcək. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.
Digər tərəfdən, vaxt da o qədər çox deyil. Ona görə də Prezident İlham Əliyev dərhal bütün hazırlıq işlərinə start verməsi üçün tapşırıq verib. COP29 konfransına evsahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu missiyaya uyğun olaraq Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.
Azərbaycan Prezidentinin digər sərəncamı ilə sammitin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi də yaradılıb. Fevralın 22-də isə bu sənədə dəyişiklik edilməsi ilə bağlı yeni sərəncam imzalanıb. Sənədə əsasən, Təşkilat Komitəsinin tərkibi bir qədər də genişləndirilib.
Əlbəttə ki, COP29-la bağlı Azərbaycandan böyük gözləntilər var, həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir. Bu da Təşkilat Komitəsinin tərkibinin bir qədər də genişləndirilməsini şərtləndirib. 
Sərəncama nəzər yetirdikdə aydın şəkildə görünür ki, Təşkilat Komitəsində gender balansı tam təmin olunub ki, bu da Prezidentin qadınların cəmiyyətdəki roluna olan diqqət, etimad və hörmətinin göstəricisidir.
Ümumiyyətlə isə bu sahədə dünyada vətəndaş cəmiyyəti çox aktivdir, ona görə Təşkilat Komitəsinə vətəndaş cəmiyyətinin nümayəndələri də daxil edilib. Bu işə onlar da öz töhfələrini verəcəklər. 
COP29-da müzakirə olunacaq müasir çağırışlar, innovasiya məsələlərinin geniş müzakirə olunacağı nəzərə alınaraq, Təşkilat Komitəsində iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar. 
Göründüyü kimi, ümumən əsas ideya Təşkilat Komitəsinin maksimum inklüzivliyinin təmin edilməsidir.

 

Qlobal problemin müzakirə edildiyi mühüm platforma

 

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. 
COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir. COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında verilib. Qeyd etmək yerinə düşər ki, COP29-a evsahibliyi üçün Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində ötən il dekabrın 7-də verilmiş birgə bəyanatda elan olunub ki, Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da öz namizədliyi ilə bağlı eyni addımı atıb.

 

Azərbaycanın yeni gündəliyi "yaşıl enerji"dir

 

Qobal miqyasda cərəyan edən proseslər ətrafında fikir mübadiləsinin aparıldığı, hazırkı mürəkkəb böhranların aradan qaldırılması yollarının müzakirə edildiyi mötəbər platforma hesab edilən COP29 Azərbaycana həm də böyük dividendlər gətirəcək. 
Bu səbəbdən də hazırlıq işləri ilə bağlı ciddi göstəriş və tapşırıqlarını verən Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan bu beynəlxalq konfransı da yüksək səviyyədə keçirəcək. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, ölkəmizin gündəliyi "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda İlham Əliyevin enerji siyasətinin prioritetidir. Bakının qucaq açacağı COP29-da dünya buna bir daha şahidlik edəcək. 
Ümumiyyətlə, Azərbaycan "yaşıl enerji" iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Buna misal olaraq, Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3 min meqavat, günəş enerjisi üzrə 23 min meqavat, bioenerji potensialı 380 meqavatdır. Dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli qoyulub. Sənəddə qeyd olunmuş 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlıdır. Bu isə "yaşıl iqtisadiyyat"a keçidlə bağlı qarşıya yeni hədəflər qoyur. Bununla yanaşı, İlham Əliyev Qarabağ və Şərqi Zəngəzuru  "yaşıl enerji" zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Bir sözlə, COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biri olduğu üçün Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, "yaşıl iqtisadiyyat"ı nə dərəcədə prioritet sahə kimi gördüyünü dünyaya sübut edəcək. Bu sammit Azərbaycanın nüfuzunun daha da yüksəlməsinə mühüm təkan, ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına isə müsbət impuls verəcək.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Prezidentinin "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında" 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2023-cü il 26 may tarixli 2151 nömrəli, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2024-cü il 1 aprel tarixli 25 nömrəli və "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

00:36
24 Yanvar

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişiklik edilməsi haqqında

00:35
24 Yanvar

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan public hüquqi şəxslərin siyahısı"nda dəyişiklik edilməsi haqqında

00:35
24 Yanvar

"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında

00:34
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 iyul tarixli 270 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”nda dəyişiklik edilməsi haqqında

00:33
24 Yanvar

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi –AZPROMO tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı”nın təsdiq edilməsi haqqında

00:31
24 Yanvar

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1188-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

00:30
24 Yanvar

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli 451 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının yaradılması, Koordinasiya Şurasının iş Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:29
24 Yanvar

Avropa Liqası: “Qarabağ” doğma meydanda Rumıniya klubuna məğlub olub

23:57
23 Yanvar

Türk dövlətləri arasında əməkdaşlıq bütün sahələrdə genişlənir

23:17
23 Yanvar

Mariya Zaxarova: Hələlik Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir  

22:36
23 Yanvar

Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb  

21:37
23 Yanvar

Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib

21:28
23 Yanvar

Daha 7 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

20:59
23 Yanvar

Türkiyə və Rusiyanın XİN başçıları Suriyadakı son vəziyyəti müzakirə ediblər

20:48
23 Yanvar

AQTA sədri sahibkarların müraciətlərini dinləyib

20:46
23 Yanvar

Polis Abşeronda əməliyyat keçirib: axtarışda olan 11 nəfər saxlanılıb

20:45
23 Yanvar

Türkiyədə yanğınla bağlı son məlumat açıqlanıb

20:44
23 Yanvar

Parlamentin Elm və təhsil komitəsinin cari ilin yaz sessiyası üçün iş planı təsdiqlənib

20:43
23 Yanvar

Azərbaycan 56-cı Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

20:41
23 Yanvar

Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

20:23
23 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!