01 May 2024 08:00
10093
SİYASƏT
A- A+
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası

İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası

 

Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır

 

"Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir". 
2019-cu il mayın 2-də Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda  Prezident İlham Əliyevin bəyan etdiyi kimi, milli kimliyində fərqli inanclara, müxtəlif dəyərlərə anlayışla yanaşmaq, onlarla ehtiramla davranmaq, dözümlü olmaq kimi unikal xüsusiyyətlər daşıyan Azərbaycan xalqı dünyaya tolerantlıq nümunəsi təqdim edir. Tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşağı olan Azərbaycan bu gün Şərqlə Qərb arasında mədəni körpü rolu oynayır. Etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində mühüm nailiyyətlər əldə edən ölkəmizin dünyada qlobal dialoqların baş tutduğu ünvan kimi özünəməxsus və təkrarsız ad-san qazanması da təsadüfi deyil. 
Azərbaycanda mədəniyyətlərarası dialoqun və əməkdaşlığın təşviqinə yönələn çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizdə mədəni müxtəlifliyə göstərilən diqqət və dəstəyin bariz göstəricisidir.
Mayın 1-dən 3-dək ölkəmizdə keçiriləcək "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 
Beynəlxalq forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək. Yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün ölkəmizdə bir araya gəlirlər. 

 

İlham Əliyevin təşəbbüsü ilə 

 

2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransda İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Prezident İlham Əliyev tərəfindən "Bakı Prosesi" təşəbbüsü irəli sürülüb. Konfransda "Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi" qəbul edilib.
"Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. 
"Bakı Prosesi"nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə 2011-ci ildə, daha sonra 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və "Bakı Prosesi" mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib. 
Prezident İlham Əliyev 2011-ci ildə ilk dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında tədbirin qlobal məram və məqsədlərini bu sözlərlə açıqlamışdı: "Biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər". 

 

Tarixi, coğrafi, mədəni əsaslar

 

Təsadüfi deyil ki, Azərbaycan bu cür mərama xidmət edən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi məkana çevrilib. Çünki tarixən müxtəlif dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar. Bunu ölkəmizdə mövcud olan müxtəlif inanclara məxsus tarixi, dini abidələr də əyani göstərir. Tarixdə ilk din olan Zərdüştlüyün qədim atəşpərəstlik məbədi Bakıda, Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi Şəki yaxınlığında və müsəlman aləminin ən qədim ibadətgahlarından biri olan, 743-cü ildə tikilmiş məscid Şamaxıda yerləşir.  Bunlar isə Azərbaycanın bütün dinlərin, inancların qovuşduğu məkan olmasına əyani nümunədir.
Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasət nəticəsində hazırda Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət mövcuddur və heç bir milli, dini ayrı-seçkiliyə yol verilmir. İslam ölkəsi Azərbaycanda bu gün məscidlərlə yanaşı, kilsələrin, sinaqoqların fəaliyyət göstərməsi də buna əyani nümunədir. Hazırda dünyanın əksər ölkələrində tüğyan edən dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin, ksenofobiyanın, islamofobiyanın fonunda Azərbaycanda var olan tolerantlıq unikallığı ilə diqqət çəkir və təqdir olunur. 
Məhz ölkəmizin sivilizasiyalararsı dialoqların keçirildiyi baş ünvana çevrilməsi də burada var olan tarixi, coğrafi, mədəni əsaslara dayanır.  
Azərbaycan islam dövlətləri və təşkilatları ilə də mədəniyyət sahəsində sıx əməkdaşlıq həyata keçirir. Ölkəmizin milli mədəniyyətində islam dəyərlərinin əhəmiyyətli yer tutması, Azərbaycan mədəniyyətinin formalaşmasında və inkişafında bu dəyərlərin əvəzsiz rol oynaması, xalqımızın islam sivilizasiyasına böyük töhfələr, yüksək mədəniyyət nümunələri bəxş etməsi nəzərə alınaraq Bakı şəhəri 2009-cu il üçün "islam Mədəniyyətinin Paytaxtı" elan olunub. İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransı Bakıda keçirilib.

 

Yeni ideyalar və yanaşmalar

 

"Bu qəbildən olan forumlar mədəniyyətlərarası dialoq mövzusuna diqqəti cəlb edir, yeni ideyalar və yanaşmalar ortaya qoyulur. Müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda mühüm qərar qəbul edənlər üçün bu, düzgün qərarların verilməsi məqsədilə yaxşı və müsbət platformadır", -  deyə  V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda  Prezident İlham Əliyev söylədi ki, bu baxımdan Azərbaycan həm daxildə, həm də xaricdə qarşılıqlı anlaşma və əməkdaşlığa söykənən siyasət yürüdür, körpülər qurur. 
Göründüyü kimi,  Azərbaycan bu gün qlobalmiqyaslı məsələlərin həllində fəal rol oynayır. Ölkəmiz beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir, sivilizasiyalararası dialoqların həyata keçirilməsi üçün mühüm təşəbbüslər irəli sürür, dünyanı  narahat edən problemlərdən birgə çıxış yollarının aranması üçün uğurlu platformalar təqdim edir.
Mayın 1-dən 3-dək davam edəcək "Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da mədəniyyətlərarası və dinlərarası qlobal dialoqlara Azərbaycanın növbəti töhfəsi olacaq. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

11:10
05 Noyabr

Çempionlar Liqası: “Real Madrid” “Milan”ı, “Liverpul” “Bayer”i qəbul edəcək  

10:29
05 Noyabr

DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib

10:28
05 Noyabr

Prezident İlham Əliyev: Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır  

10:27
05 Noyabr

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına  

10:24
05 Noyabr

Şəkidə oğurluq edən maskalı şəxslər tutulub

09:57
05 Noyabr

Bakıda Dünya dini liderlərinin III Sammiti keçirilir YENİLƏNİB  

09:56
05 Noyabr

Orta Dəhlizlə yükdaşımaların həcmi 2030-cu ilə qədər 10 milyon tona çatacaq  

09:51
05 Noyabr

ABŞ-da seçki məntəqələri əməkdaşları təhdidlərlə üzləşiblər

09:33
05 Noyabr

Almaniya Ukraynaya əlavə 200 milyon avro yardım ayıracaq  

09:31
05 Noyabr

İqlim dəyişikliyi sağlamlığımızı da təhdid edir

09:00
05 Noyabr

Tramp, yoxsa Harris?!

08:55
05 Noyabr

Döyüş meydanında sona çatan 30 illik ömür yolu

08:50
05 Noyabr

Vüsala yetməyən ömür

08:45
05 Noyabr

"Biz çox şadıq ki, COP29 Azərbaycanda keçirilir"

08:40
05 Noyabr

“Yaşıl paytaxt”ın yeni abadlıq ünvanı

08:35
05 Noyabr

Prezident islahatlarının daha bir uğurlu nümunəsi

08:30
05 Noyabr

Heydər MƏMMƏDOV: "Ali hüquq təhsili alan gənclərin əksəriyyəti prokurorluq əməkdaşı olmaq istəyir"

08:25
05 Noyabr

"Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar" və "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət"mövzularında tədbirlər keçirilib

08:20
05 Noyabr

Düşmən bütün cəbhələrdə itkilər verərək geri çəkilib

08:15
05 Noyabr

Əsrlərə bərabər 44 gündə yazılan möhtəşəm Zəfər

08:10
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!