22 Sentyabr 2024 08:05
1144
CƏMİYYƏT
A- A+
"İlham Əliyev bizə qələbənin ardınca suverenlik qürurunu da bəxş etdi"

"İlham Əliyev bizə qələbənin ardınca suverenlik qürurunu da bəxş etdi"


Xocalı ikiqat bayram sevinci yaşadı


Xocalı sevinc içindədir...

Xocalı bayram edir...

Xocalılılar gülür, fərəhlənirlər... 

Bir-birilərini təbrik edirlər... 

Bu qədim yurdda yalnız insanlar sevinmir...

Sanki göydə günəş, yerdə oyanan torpaq, şəhərin daşı, divarı, 32 ildən sonra yurda qayıdan insanlara qucaq açan yollar, qürurla dalğalanan Zəfər bayrağımız da sevinir... 

Bura gələn insanları isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ucaltdığı Zəfər bayrağını salamlayıb, "Xoş gəldiniz" deyir... 

Sanki daha qürurla, daha əzəmətlə dalğalanan müqəddəs bayrağımız dil açıb ona baxıb sinəsi fərəhlə döyünən insanlara "Mən buradayam", "Mən Xocalıdayam", "Mən suveren Azərbaycanın hər yerindəyəm" deyir...


Xocalıda möhtəşəm təntənə 


Şəhər üçrəngli Zəfər bayrağımızla bayramsayağı bəzədilib. Hər qarışı şəhidlərin qanı ilə müqəddəsləşən Xocalı ələmdən nəşəyə keçib. Xocalı da, xocalılılar da bayram edirlər. 

2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə torpaqlarımızda erməni separatizminə son qoyulduqdan sonra Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də imzaladığı sərəncamla onlara azadlığın təntənə gününü - Xocalı Şəhər Gününü hədiyyə etdi. Bir gün sonra isə sentyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandığının bir ili tamam olan gün "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam imzaladı. Bu iki sərəncam xocalılılar üçün ikiqat bayrama çevrildi. 

Ümumiyyətlə, Xocalı azad edildikdən sonra çox qısa zamanda şəhər böyük tikinti meydanına, qaynar həyatın ünvanına çevrilib. Prezident İlham Əliyevin göstərişi ilə yenidən qurulan şəhərdə qısa müddətdə böyük abadlıq, quruculuq işləri görülür. İndidən şəhər gözəlliyi ilə adamı heyran edir. Reallıqdan çox gözəl tabloya bənzəyir. 

Öyrənirik ki, şəhərin quruculuğu mərhələli şəkildə aparılır. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. 18 hektar ərazini əhatə edən ikinci hissədə fin tipli 92 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. 44 ailənin, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib və bərpa işləri tamamlandıqca köç edən şəhər sakinlərinin sayı da artır. Bütün kommunikasiya xətləri yerin altına salınıb. Demək olar ki, şəhər üzrə bu işlərin böyük hissəsi icra edilib.

Burada əyilib bu müqəddəs torpağı öpən, sevincdən ağlayan, əllərini Tanrıya açıb dua edən, "selfi" çəkib Xocalının gözəlliklərini sosial şəbəkələrdə paylaşmağa tələsən insanlara rast gəlmək olar.

Bayram edən Xocalıda şəhərə gələn qonaqları gözəlliyi ilə "mat" qoyan, hər cür müasir tələblərə cavab verən orta məktəb binasını və uşaq bağçasını bu şəhərin simvollarından hesab etmək olar. Məktəbin qarşısındakı parkda və yaxınlıqdakı sənətkarlar məhəlləsində də qələbəlikdir.

Xocalı dərdli, əyilmiş qamətini düzəldib. Bu bayram günü illərdir gözləri qan ağlayan xocalılılar sevinmək, şənlənmək, doğma yurdun yeni büsatını görmək, bu xoşbəxt anları birgə yaşamaq üçün buraya üz tutublar. Xocalılılar artıq "qəm libası"nı çıxarıb, xoşbəxt həyatlarına dönüblər... 

Gül-çiçəyə qərq olmuş parkları, geniş yaraşıqlı küçələri, durna qatarı kimi sıralanmış müasir binaları, bir-birindən gözəl evləri görüb qürur hissi keçiririk.


Prezidentin sərəncamı xocalılılara verilən yüksək dəyərdir


Bu il mayın 28-də ilk 20 şəhid ailəsi Xocalıya qayıdıb. Həmin gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva bir qərinədən sonra Xocalıya dönən sakinlərlə görüşüb onlara öz xeyir-dualarını verdilər...

Şəhərdə bayramdır. Şəhər sakini Ceyran Əzizova sevincini bizimlə bölüşür: 

"Bu gün tarixi bir gündür. 2023-cü il sentyabrında keçirilən antiteror tədbirləri ilə ölkəmiz əsl suverenliyinə qovuşdu. Xocalı dünyada bəşər tarixinin ən böyük faciəsi ilə tanınsa da, Xocalının azad olması ilə Azərbaycan suverenliyini tam bərpa etdi. Şanlı zəfərimizin böyük memarı İlham Əliyevin bu böyük qələbənin ildönümündə "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam verməsini Xocalıya və xocalılılara verilən yüksək dəyər kimi qiymətləndiririk. Prezident İlham Əliyev bizə qələbənin ardınca suverenlik qürurunu da yaşatdı. Ölkəmiz 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etsə də, əsl müstəqilliyinə və suverenliyə 2023-cü il sentyabrın 20-də qovuşdu. Bu gün bütün xalqımızın ən böyük bayramıdır".

Digər həmsöhbətimiz Şahin Əzimov isə deyir: 

"Xocalıdan çıxanda 17 yaşım var idi. Dəhşətli hadisələrə şahidlik etmişəm. Ölümün, zülmün ağrılarını çəkmişəm.. Elə zənn edirdim ki, belə faciəni yaşayan insan heç vaxt sevinə, gülə bilməz... Xocalıya ilk qayıdanlardanam. Hər gün evimdən çıxanda gözüm müqəddəs Azərbaycan bayrağını gəzir. Müzəffər Ali Baş Komandanın ucaltdığı o bayraq bizim qürurumuz, sevincimiz, fərəhimizdir. 

Xoş gün, fərəh və qüdrət bizlər üçün dərdi əvəz edən ən gözəl dərmandır. İlham Əliyev Xocalını azad etməklə dərdimizə dərman verdi. "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam verməklə ömrümüzə ömür caladı... Hər il 26 fevralı göz yaşı içində qeyd edən xocalılıların indi sevinc, fərəh, 20 sentyabr günü də oldu. Sevinirəm. Dövlətimin qüdrəti ilə qürur duyuram..."

Xocalıda bayramdır. Göydə günəş gülümsəyir, yerdə isə üzündən sevinc tökülən insanlar...

Xocalı indi düşmənə gözdağıdır. 


Elşən QƏNİYEV,

"Azərbaycan"


Bakı-Xocalı-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!