26 Sentyabr 2026 13:29
56
İQTİSADİYYAT
A- A+
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu baş tutub

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu baş tutub

Azərbaycan Dövlət Neft Fondu və aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan Dialoq süni intellekt və rəqəmsal infrastruktur, enerji infrastrukturu, həmçinin strateji nəqliyyat və logistika dəhlizləri üzrə investisiya imkanlarının müzakirəsinə həsr olunub.

Dialoqda Azərbaycanın yüksəksəviyyəli dövlət rəsmiləri ilə yanaşı, beynəlxalq investisiya institutlarının, infrastruktur şirkətlərinin və qlobal biznes qurumlarının rəhbər şəxsləri iştirak ediblər.

Dialoqun “Süni intellekt və rəqəmsal infrastruktur” mövzusunda ilk panel sessiyasına “BlackRock”un baş direktoru, maliyyə və strateji investorlar qrupunun qlobal rəhbəri Çarlz Hatami moderatorluq edib. Sessiyada Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Temasek Global Investments” şirkətinin prezidenti və Avropa, Yaxın Şərq və Afrika regionu (EMEA) üzrə rəhbəri Nagi Hamiyeh, eləcə də “Coravel, ACS” şirkətinin baş icraçı direktoru Hovard Bovil çıxış ediblər. Müzakirələr zamanı süni intellekt texnologiyalarının tətbiqi, məlumatların emalı və saxlanması imkanlarının genişləndirilməsi, rəqəmsal bağlantının gücləndirilməsi və rəqəmsallaşma prosesləri, eləcə də bu sahələr üzrə investisiya imkanları nəzərdən keçirilib. Eyni zamanda, rəqəmsal infrastrukturun inkişafında dövlət və özəl sektor arasında əməkdaşlığın əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

“Enerji infrastrukturu” mövzusunda ikinci panel sessiyasına “Global Infrastructure Partners”in (GIP) tərəfdaşı və kapitalın cəlb edilməsi qrupunun qlobal rəhbəri Erik Varvel moderatorluq edib. Paneldə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Vision Invest” şirkətinin prezidenti və baş icraçı direktoru Ömər N. Əl-Midani, həmçinin “Skyborn Renewables” şirkətinin baş icraçı direktoru Patrik Lammers çıxış ediblər. Panel çərçivəsində enerji infrastrukturunun inkişafı, bu sahədə dəyişən investisiya prioritetləri, enerji təhlükəsizliyi və bərpaolunan enerjinin artan rolu müzakirə olunub. Eyni zamanda, enerji layihələrinə institusional investisiyaların cəlb edilməsi imkanları, eləcə də dayanıqlı və etibarlı enerji infrastrukturunun inkişafında dövlət və özəl sektorun birgə iştirakının genişləndirilməsi perspektivləri müzakirə olunub.

Dialoq “Strateji nəqliyyat və logistika dəhlizləri” mövzusunda panel sessiyası ilə yekunlaşıb. GIP şirkətinin baş direktoru və aparat rəhbəri Mustafa Riffatın moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, “NEQSOL Holding”in baş icraçı direktoru Kirill Rubinski, “Eldridge Industries” şirkətinin sədri və baş icraçı direktoru Todd Boehli və Qatvik hava limanının maliyyə direktoru Cim Batler çıxış ediblər. Sonuncu paneldə nəqliyyat və logistika infrastrukturuna investisiyaların genişləndirilməsi, regional bağlantıların gücləndirilməsi və strateji nəqliyyat dəhlizlərinin inkişaf perspektivləri nəzərdən keçirilib. Azərbaycanın regional bazarları birləşdirən nəqliyyat marşrutlarında rolu və ölkənin bu istiqamətdə təqdim etdiyi imkanlar da müzakirələrin əsas mövzuları sırasında olub.

Dialoq çərçivəsində keçirilən üç panel sessiyası müasir iqtisadiyyatın əsasını təşkil edən infrastrukturun inkişafında uzunmüddətli institusional kapitalın və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətini ön plana çıxarıb.

Azərbaycanın dövlət rəsmiləri ilə beynəlxalq investisiya institutlarının, infrastruktur şirkətlərinin və qlobal biznesin rəhbər nümayəndələrini bir araya gətirən tədbir investisiya prioritetləri, bazardakı yeni tendensiyalar və infrastrukturun inkişaf perspektivləri üzrə fikir və təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.

Aparılan müzakirələr Azərbaycanın infrastruktur sahəsində prioritetlərini qlobal investisiya prosesləri ilə əlaqəli şəkildə nəzərdən keçirməyə, eyni zamanda, ölkənin regional bağlantıların və nəqliyyat əlaqələrinin gücləndirilməsində rolunu diqqətə çatdırmağa imkan verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Anım Günü xalqımızın milli birliyini və şəhidlərimizin əbədi qəhrəmanlığını yaşadan müqəddəs tarixdir

17:29
26 Sentyabr

Bakıdan dünyaya açılan imkanlar

16:18
26 Sentyabr

27 Sentyabr - Tarixin Şərəf sınagı

15:18
26 Sentyabr

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

14:05
26 Sentyabr

Energetika naziri Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın enerji infrastrukturu üzrə prioritetlərindən danışıb

13:53
26 Sentyabr

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub – panel sessiya

13:51
26 Sentyabr

Milli Məclisin komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yayıb

13:50
26 Sentyabr

Anar Əliyev: Əmək müqavilələrinin sayı 44,6 faiz artıb

13:49
26 Sentyabr

Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub

13:46
26 Sentyabr

Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib

13:44
26 Sentyabr

Nazirlik: Otman Bozdağ palçıq vulkanı ərazisində geoloji dəyişikliklərlə bağlı qiymətləndirmə aparılır

13:42
26 Sentyabr

Nazir: Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması üçün yalnız yeni texnologiyalar kifayət etmir

13:38
26 Sentyabr

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu baş tutub

13:29
26 Sentyabr

Etimadın real kapitala çevrildiyi məkan: Bakı investorları bir araya gətirib

13:22
26 Sentyabr

Anna Soave: Dayanıqlı turizm üçün yerli icmaların və tarixi məkanların qorunması vacibdir

13:19
26 Sentyabr

Seçki Komitəsinin üzvü: Hakimliyə namizədlər üçün növbəti test imtahanı gələn il aprelin 11-də keçiriləcək

13:03
26 Sentyabr

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb

12:48
26 Sentyabr

Sevil Yəhyayeva: İnvestor Azərbaycana yalnız daxili bazar kimi baxmamalıdır

12:43
26 Sentyabr

Emin Ağalarov: “Sea Breeze” beynəlxalq investisiya xəritəsində mühüm mövqeyə sahib ola bilər

12:39
26 Sentyabr

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib YENİLƏNİB

12:39
26 Sentyabr

“Invicta”nın pilotu Formula 2 Azərbaycan Qran-Prisinin qalibi olub

12:23
26 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!