İƏT-in Baş katibi üzv dövlətləri iqtisadiyyatın mühüm sahələrinə daha çox sərmayə qoymağa çağırıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elektron ticarət potensialının təkmilləşdirilməsi” mövzusunda 39-cu Nazirlər Toplantısının rəsmi açılış mərasimində çıxış edən təşkilatın Baş katibi Hissein Brahim Taha üzv dövlətləri iqtisadiyyatın mühüm sahələrinə daha çox sərmayə qoymağa çağırıb.
AZƏRTAC İƏT-in Baş Katibliyinə istinadla xəbər verir ki, Hissein Brahim Taha COMCEC-in sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşkilatın müxtəlif iqtisadi proqram və layihələrinin həyata keçirilməsinə davamlı dəstəyini vurğulayıb.
Baş katib İƏT və onun təsisatlarının son bir ildə iqtisadi sahədə fəaliyyətini vurğulayaraq, iqtisadiyyatın mühüm sahələrində, xüsusən ərzaq və kənd təsərrüfatı sektorunda təşkilat daxilində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. O, İƏT-ə üzv dövlətlərdə yerli istehsal potensialının inkişafına kömək etmək üçün daha davamlı qida sistemləri, bilik və ən yaxşı təcrübələri bölüşməyə, müvafiq olaraq, həmin ölkələrin inkişaf problemlərinin həlli istiqamətində daha çox əməkdaşlığa, harmonizasiyaya və səylərin sinerjiləşdirilməsinə çağırıb.
COMCEC-in 39-cu sessiyasında İƏT-ə üzv dövlətlərin ticarət və iqtisadiyyata məsul nazirləri, həmçinin İƏT-in təsisatları və beynəlxalq təşkilatlar iştirak ediblər. Tədbirdə COMCEC çərçivəsində ticarət və investisiya, kənd təsərrüfatı, turizm və maliyyə inkişafı, yoxsulluğun azaldılması və digər sahələrdə müxtəlif layihələrin icrası vəziyyəti nəzərdən keçirilib.
COMCEC hər il İƏT-in iqtisadi və ticari inkişaf sahələrində fəaliyyətlərini nəzərdən keçirmək üçün toplanır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb
27 Iyul
Gənc əsgərlərin hazırlığı daim diqqət mərkəzindədir
27 Iyul
Dünya səyyahları Füzulidə minaların zərərsizləşdirilməsini izləyiblər
27 Iyul
Paris-2024: Azərbaycan cüdoçusu mübarizəni dayandırıb
27 Iyul
Sabahın hava proqnozu
27 Iyul
Türkiyə nəşri: Azərbaycan musiqi festivalı ilə dünyanı heyran edir
27 Iyul
İqtisadiyyat naziri Yevlax Pilot Aqroparkındakı müəssisələrin fəaliyyəti ilə tanış olub
27 Iyul
Faktiki hava: Bəzi çaylardan sel keçib
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!