23 May 2025 09:25
822
İDMAN
A- A+
İdman ölkəsində futbol bayramı

İdman ölkəsində futbol bayramı


Bakı minifutbol üzrə dünya çempionatını qəbul edir


İdman paytaxtına çevrilən Bakıda ən nüfuzlu beynəlxalq yarışların təşkili Azərbaycana böyük imic qazandırıb. 

"Bakı-2015" ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, XV Avropa Gənclər Olimpiya Festivalının, "Formula-1" yarışlarının, futbol üzrə Avropa çempionatının final mərhələsinin 4 qarşılaşmasının, UEFA Avropa Liqasının finalının və müxtəlif idman növləri üzrə təşkil olunan dünya və qitə birinciliklərinin Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir. Elə bunların nəticəsidir ki,  Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. 


Mükəmməl açılış mərasimi


Azərbaycan beynəlxalq miqyasda dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışı -  minifutbol üzrə dünya çempionatını qəbul edir. İyun ayının 1-dək Milli Gimnastika Arenasında keçiriləcək mundialda dünyanın ən güclü 32 komandası mübarizə aparır. 

Mundialın açılış mərasimi Dövlət himnimizin səsləndirilməsi ilə başladı. Sonra ölkəmiz haqqında musiqi və xüsusi işıq şousunun müşayiəti ilə maraqlı bir səhnəcik göstərildi. Burada ritmik və həyəcanlı musiqi vasitəsilə rəqqasların nümunəvi ifası təqdim olundu. Açılış mərasimində xüsusi olaraq Bakıya dəvət olunmuş dünya freestyle sənətinin əfsanəsi Sean Qarnier topla möhtəşəm hərəkətlər nümayiş etdirdi. Azərbaycanın Xalq artisti Aygün Kazımova və türkiyəli pop ulduzu Aleyna Tilkinin ifaları tədbirə əlavə rəng qatdı. Tədbirin sonunda turnirin rəsmi maskotu olan Maralzadə azarkeşlərə təqdim olundu.


AMF nümunə göstərir


Ümumiyyətlə, etiraf edək ki, belə nüfuzlu yarışlar üçün ən azı 3-4 il zaman verilsə də, Azərbaycanın dünya çempionatına hazırlıq üçün cəmi bir il vaxtı vardı. Mundialın keçirilməsində böyük təcrübə mövcuddur. Dünya Minifutbol Federasiyasının (WMF) hər bir sahə üzrə öz göstərişləri olur. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var. 

"Bakı-2025"də isə bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın öz üzərinə düşürdü.  Bu müddət ərzində Bakıda qarşılaşmaların keçirilməsi üçün infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, Azərbaycan Minifutbol Federasiyası (AMF)  hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırıb.

Əlbəttə ki, dünya çempionatının Bakıda keçirilməsi Azərbaycan idmanının beynəlxalq səviyyədə qazandığı növbəti uğurun bariz nümunəsidir. Ölkəmiz indiyədək idmanın müxtəlif növlərinə aid mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə evsahibliyi edib. Bu gün ən nüfuzlu idman qurumlarının böyük beynəlxalq yarışlara evsahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verməsi də təsadüfi deyil.

Bu prosesdə Azərbaycan Minifutbol Federasiyasının təqdirəlayiq fəaliyyəti xüsusi vurğulanmalıdır. Təkcə onu demək kifayət edər ki, Azərbaycan Minibutbol Federasiyasının qısa zaman kəsiyində əldə etdiyi uğur bəlkə də bu sahədə ənənəsi olan böyük dövlətlərin onilliklər ərzində qazandıqları nailiyyətlərdən, uğurlardan böyükdür.  

AMF-nin prezidenti Orxan Məmmədovun rəhbərliyi altında federasiya az vaxtda uğura aparan yolun qısa xülasəsini təqdim etdi və bir daha bəlli oldu ki, həqiqətən də, istənilən sahədə qısa zamanda uğurun qazanılması mümkündür. Yüksək təşkilatçılıq bacarığı, istedad, peşəkar yanaşma, diqqət və qayğı, ən əsası isə milli ruhun, vətənpərvərliyin ən ali dəyər kimi qəbul edildiyi yerdə zəfər qaçılmazdır.  Məhz Orxan Məmmədovun təklifi əsasında yalnız azərbaycanlılardan ibarət və milli ruha malik komanda yaradılıb və düzgün idarəetmə sayəsində qısa zamanda yüksək nəticələr əldə edilib. 


Hədəf çempionluqdur


Açılış mərasimindən sonra minifutbol üzrə milli komandamız mundialda ilk oyununu keçirdi. A qrupunda qərarlaşan futbolçularımız Bəhreyn seçməsi ilə qarşılaşdı. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində yeganə qolu Mirmehdi Rzayev vurub.

Qarşılaşmadan əvvəl milli komandamızın üzvləri Tural Nərimanov, Bəxtiyar Soltanov, Davud Karimi və Seymur Məmmədov seçmə komandada karyeralarını başa vurmaları ilə əlaqədar təntənəli şəkildə yola salındı və onlara xüsusi mükafat təqdim olundu.

Matçdan sonra komandamızın kapitanı Elvin Əlizadə bildirib ki, Bəhreynə qalib gələ bilməsək də, düşünürəm ki, onlar bizdən zəif komandadır: "Əslində, rəqib də meydanda yaxşı performans nümayiş etdirmədi. Təəssüf ki, biz də şansları dəyərləndirə bilmədik. Meydançanın yeni olması oyunumuza müəyyən təsir göstərdi. Düşünürəm ki, bu düzələcək".

E.Əlizadə dünya çempionatında uğurlu nəticə qazanacaqlarına inandığını söyləyib: "Qarşıda bizi Sloveniya və Mavritaniya ilə oyunlar gözləyir. Hər iki komandanın fiziki və taktiki hazırlığı yüksək səviyyədədir. İki çətin görüş olacaq. Lakin qrupdan çıxıb, sonda medalçılar sırasında olacağımıza inanırıq".

Komandamızın Bəhreynlə matçda yeganə qolunun müəllifi olan oyunçu Mirmehdi Rzayev görüşü dəyərləndirib: "Rəqib komandanın bəxti gətirdi. Hücum oyunu oynayırdıq. Adi bir səhvdən qol buraxdıq. Təəssüf ki, bu gün belə alındı. Azarkeşlərin önündə oynamaq çətin oldu. Amma inanıram ki, növbəti qarşılaşmalarda qələbə qazanacağıq. Komandamıza inanıram".

Göründüyü qədərilə Bakıda mundiala hazırlıq, püşkatma mərasiminin yüksək səviyyədə təşkilindən açılış mərasiminədək işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, AMF rəhbərliyi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atmaqdadır. Qalır milli komandamızın uğurla çıxış edərək ən azından mükafatçılar sırasında yer almağı.

Uğurlar, Azərbaycan!


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!