04 Oktyabr 2023 16:28
455
SİYASƏT
A- A+
İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların qayıdışından danışmaması qəbuledilməzdir  

İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların qayıdışından danışmaması qəbuledilməzdir  

 

Qərbi Azərbaycan İcması Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Ermənistan mediasına verdiyi müsahibəsində yer almış qərəzli mövqeyini, xüsusilə Azərbaycanın suveren ərazilərinə “uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi” kimi düşük fikirlərini kəskin şəkildə qınayır.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir.

Açıqlamada, həmçinin deyilir: “T.Klaar və digər Avropa İttifaqı rəsmilərindən Azərbaycanın suveren əraziləri ilə bağlı gülünc, düşmən açıqlamalar verməməyi tələb edirik. Azərbaycanın suveren ərazilərinə hansısa missiyanın yerləşdirilməsi T.Klaar və ya digərlərinin səlahiyyətində və həddində deyil. İkili standartların bariz nümunəsi olan Avropa İttifaqının Azərbaycana “mühazirə oxumaq” üçün mənəvi əsası yoxdur. Qoy T.Klaar Avropa İttifaqının təsisatlarına etnik azlıqlarla problemlərin yaşandığı Avropa İttifaqı ölkələrinə və monoetnik Ermənistana uzunmüddətli çoxmillətli və ya BMT missiyasının yerləşdirilməsi barədə tövsiyələr versin.

Müsahibəsində erməni sakinlərin Qarabağa qayıtmasının, onların dini, mədəni abidələrinin mühafizəsinin vacibliyini gen-bol şəkildə vurğulayan T.Klaarın Qərbi azərbaycanlıların Ermənistana qayıdışından, Azərbaycan xalqının Ermənistandakı mədəni irsinin qorunmasından bəhs etməməsi, Xocalı cəlladlarının saxlanılmasından narahat olması riyakarlıqdır.

Xatırladaq ki, Ermənistandan qovulmuş azərbaycanlılar 30 ildən çoxdur öz vətənlərinə qayıdışı gözləyirlər. Dəfələrlə etdiyimiz müraciətlərə baxmayaraq, Avropa İttifaqı bu məsələyə dair mövqeyini ictimai şəkildə bəyan etməyib.

T.Klaar “Mənim üçün Dağlıq Qarabağ məsələsi bağlı deyil” sözləri ilə Xocalı cəlladı Serj Sarkisyanın bu günlərdə verdiyi oxşar açıqlamasını xatırladır. Avropa İttifaqı rəsmisinin diqqətinə çatdırırıq ki, özünün suverenliyini bərpa etmiş Azərbaycan üçün Qarabağ məsələsi bağlıdır və digərləri üçün bu məsələnin hələ açıq qalması yalnız onların fantaziyasının məhsuludur.

Məsələlərə etnik və dini təəssübkeşlik, azərbaycanofobiya əsasında yanaşılması Avropa İttifaqı üçün utanc olmalıdır.

Biz Avropa İttifaqından ayrı-seçkiliyə son qoymağı, insanların ləyaqətləri və hüquqları etibarilə bərabərliyi prinsipinə hörmət etməyi, Ermənistandan zorla qovulmuş azərbaycanlıların beynəlxalq mexanizm çərçivəsində, müvafiq təhlükəsizlik zəmanəti altında təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına dəstək verməyi tələb edirik”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!