22 Avqust 2024 19:53
104
İQTİSADİYYAT
A- A+

Horadiz-Ağbənd dəmir yolundakı 771 metrlik körpünün dəmir-beton işləri tamamlanıb

 

Horadiz-Ağbənd dəmir yolu xəttinin 106-cı kilometrində inşa edilən tunelin uzunluğu 1071 metr təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı “Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov bildirib.

Onun sözlərinə görə, inşa edilən tunelin qabariti gələcəkdə dəmir yolu xəttinin elektrikləşdirilməsi üçün də imkan verir.

“Tunelin tikintisi Avstriya üsulu ilə yerinə yetirilir. Bu üsulda tunelin ətrafında yerləşən qaya qruntunun yükgötürmə qabiliyyətindən asılı olaraq tunelin konstruksiyasına dəyişikliklər olunur, bu da tikinti xərclərinin optimallaşdırılmasına səbəb olur. Qazma işləri qazma-partlatma üsulu ilə aparılır. Tuneldə qazma işləri həm giriş, həm də çıxış tərəfdən aparılır”, - deyə o qeyd edib.

Horadiz-Ağbənd dəmir yolu xəttinin 79-cu km-də yerləşən körpünün uzunluğu 771 metr olduğunu deyən şöbə müdiri onun 23 aşırımdan ibarət olduğunu əlavə edib: “Körpünün dayaqlarının diametri 1200 mm olan monolit dəmir-beton qazma-doldurma svayların üzərində layihələndirilib. Sözügedən körpünün tikintisinin səbəbi dəmir yolunun bu hissədə Xudafərin su anbarına yaxın yerləşməsidir. Körpünün dəmir-beton işləri tamamlanıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video