22 Avqust 2024 22:02
95
İQTİSADİYYAT
A- A+

Azərbaycanın xarici dövlət zəmanətli borcunun 7 milyard manatdan çoxu “Cənub Qaz Dəhlizi” üzrədir

 

Cari il 1 iyul tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 11 milyard 407,1 milyon manat və ya 2024-cü il üzrə proqnozlaşdırılan ÜDM-in 9,4 faizini təşkil edib.

AZƏRTAC Maliyyə Nazirliyinin açıqladığı “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”inə istinadən xəbər verir ki, dövlət zəmanətinin 9 milyard 599,2 milyon manatı (5 milyard 646,6 milyon dollar) və ya 84,2 faizi xarici kreditlərin, 1 milyard 807,9 milyon manatı və ya 15,8 faizi isə daxili kreditlərin payına düşür.

Xarici dövlət zəmanətli borcun 4 milyard 329,7 milyon dollarını və ya 76,7 faizini (7 milyard 360,5 milyon manatı) “Cənub Qaz Dəhlizi” QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanəti təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video