Hidayət Heydərov: Növbəti Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm
“Olimpiya çempionu olmaq möhtəşəm hissdir. Görüşdən sonra şokda olduğum üçün sevinə bilmədim”.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov Heydər Əliyev Beynəlxalq Aeroportunda özü üçün təşkil olunan qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
73 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: “Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Azərbaycan Cüdo Federasiyasına və məni dəstəkləyən xalqıma minnətdaram. Parisdə möhtəşəm şərait yaradılmışdı. Şükür ki, Vətənimə qələbə ilə döndüm”.
O, ikinci dəfə Olimpiya çempionu olmaq istədiyini söyləyib: “Qarşıda bir sıra turnirlər, eləcə də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları var. Məqsədim bu yarışda da qızıl medal qazanmaqdır. Əgər iştirak edəcəyin yarışda özünəinam varsa, uğur da səninlə olacaq”.
Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan H.Heydərov birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabaya qalib gələrək Olimpiya çempionu adını qazanıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Şuşa və Laçın məktəbliləri arasında futbol matçı keçirilib
04 Avqust
"Paris-2024": Azərbaycan atleti finala vəsiqə qazanıb
04 Avqust
Diaspor Gənclərinin V Yay Düşərgəsində “Laçınlılar Laçında” mövzusunda panel təşkil olunub...
04 Avqust
Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
04 Avqust
Britaniya XİN ölkə vətəndaşlarını Livanı tərk etməyə çağırıb
04 Avqust
Azərbaycan boksçusu Paris Olimpiadasının finalına vəsiqə qazanıb
04 Avqust
Zelim Kotsoyev: Duyğularımı sözlə ifadə etmək çətindir
04 Avqust
Yığmanın baş məşqçisi: Olimpiya çempionu olmaq qürurverici hissdir
04 Avqust
Azərbaycan gimnastı: Olimpiya Oyunlarında ən yaxşı 16 gimnast arasında olmaq fantastik hissdir...
04 Avqust
Hidayət Heydərov: Növbəti Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm
04 Avqust
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Heydər Əliyev ideyalarını yaşadan Azərbaycan04 Avqust 2024
![](/uploads/img/posts/2024/08/04/Clip_4jpg-1722724459.jpg)
Qarabağ zəfərinin müəllifi Müzəffər Ali Baş Komandan və Azərbaycan Ordusudur 01 Avqust 2024
![](/uploads/img/posts/2024/08/01/1699436438_703da9107213c2d8e7ab64e040ee7c1bjpg-1722458765.jpg)
Qarşılıqlı maraqlara xidmət edən xarici siyasət28 Iyul 2024
![](/uploads/img/posts/2024/07/28/1-1jpg-1722126245.jpg)
Zəfər parkı qəhrəmanlıq simvoludur26 Iyul 2024
![](/uploads/img/posts/2024/07/26/1-12-1jpg-1721943661.jpg)
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!