05 Oktyabr 2024 09:00
1971
Mədəniyyət
A- A+
Həzin, gülümsər, şıltaq dalğalar

Həzin, gülümsər, şıltaq dalğalar


Dənizin bir-birinin ardınca düzülüb sahilə doğru can atan dalğalarını hansımız görməmişik ki! Bir-birinin arxasınca düşüb yorulanacan sahilə qovan dalğaların yaratdığı gözəl, bənzərsiz mənzərədən hansımız zövq almamışıq ki! 

Hələ bu dalğaların ətrafa səs salan, könülləri oxşayan ritmik şırıltısını, asta-asta qəlbə sığal-tumar çəkən sirli-sehrli pıçıltısını demirik. Kim bilir, bəlkə də elə insanları dənizə çəkib aparan, ona sevgini artıran bu şıltaq dalğaların sirli-sehirli şırıltısıdır, ətrafa sakit-sakit yayılan pıçıltısıdır.

Nə vaxt Xəzərin sahilinə gediriksə, dəniz bizi eyni mənzərəsi, ətrafa yayılan şırıltısı, sakit pıçıltısı ilə şahə qalxan dalğaları ilə qarşılayır. Bir yerdə dayanmayan dalğalar neçə əsrlərdir sahilə can atsa da, arzusuna, istəyinə çata bilmir. Sevgilisinə həsrət qalmış aşiqlər kimi boynu bükük qalıb geri çəkilir. Ha özünə güc versə də, sahilə qalaqladığı qumun üstündən aşıb dənizdən çıxa bilmir. Yorğunluğu alandan  sonra yenidən özündə güc toplayıb hücuma keçir. Sahilə sevgidən doğan bu cəhdlər ara vermir, bu cəhdlər bitib tükənmir. Beləcə, arzusuna çatmaq üçün illər, əsrlərdir dalğalar mübarizəsindən qalmır. Gördüyümüz bu mənzərə eyni olsa da, darıxdırıcı, cansıxıcı deyil, maraqlıdır, mənalıdır.   

Dalğalar ya bilərəkdən, ya da bilməyərəkdən dənizin bəzi sərvətlərini - dənəvər qumlarını, irili-xırdalı balıqqulaqlarını da, yosunlarını da qabağına qatıb sahilə çıxarır. Sahilboyu addımladıqca bu səhnə görənləri heyran edir. Qara qumun üstünə səpələnmiş ağ rəngli balıqqulağılar gözəl, bənzərsiz bir mənzərə yaradır. Bəzən bu mənzərəni uzun müddət seyr edə bilmirik. Bir də görürsən ki, budur, coşub-daşan dalğalar az vaxt ərzində balıqqulaqlarını təzədən yığıb dənizin içərilərinə aparır. Çox keçmir ki, onları yenidən sahilə sərir. Beləcə, dalğalar yorulmaq bilmədən ətrafa səs sala-sala gurlayırlar.

Bəzən yaradıcı adamlar dalğaları dənizin gülən çöhrəsinə də bənzədirlər. Doğrudan da, sanki dəniz dalğaları ilə günəşin, ayın, yerin-göyün, insanların üzünə gülümsəyir, ürəyini açıb təbəssümünü göstərir. Bu gülüş, bu təbəssüm dənizə çox yaxşı yaraşır. Sanki dəniz də elə insanlar kimidir. Bəzən təbəssümü, gülüşü ilə yanaşı, qəzəbini də, əsəbini də bütün aləmə nümayiş etdirir. Dəniz coşub-daşan kimi üzündən təbəssümü ilə bərabər həzini də yoxa çıxır. Onların yerini kükrəyən, şahə qalxan dalğalar tutur. Amma bir şey yaxşıdır ki, dənizin qəzəbi, əsəbi çox da uzun çəkmir. Bir də görürsən ki, budur, kükrəyən, şahə qalxan dalğalar sakitləşdi. Sakitləşən dənizin üzünə yenidən təbəssüm qondu, həzin dalğaları ilə gülümsəməyə başladı. 

Cəlbediciliyinə görə dənizi təkcə böyüklər deyil, uşaqlar da sevirlər. Onun sahilə sərdiyi balıqqulaqları ilə, dənəvər qumları ilə "ev"lər tikirlər. Bunu görən dalğa sanki uşaqlarla oynayırmış kimi, gücünü bir az artırıb şıltaqcasına sahilə tələsib onların qum "ev"ini suya qərq edir. Dalğanın bu hərəkəti uşaqları əsəbiləşdirib özündən çıxarsa da, gileylənmirlər. Çünki dalğa gülümsünə-gülümsünə sahildən geri çəkilir. 

Bir payız günündə görüşünə getdiyimiz dəniz çox sakit idi, xırda dalğalarını üzünə sərib həzin-həzin sığallayırdı. Uşaqlar da dalğaların sahilə çıxardığı dənəvər qumlardan, irili-xırdalı balıqqulaqlarından "ev" tikirdilər. Deyəsən, dəniz həmin gün şıltaqlığını unutmuşdu. Daha əvvəlki günlərdəki kimi uşaqların tikdikləri "ev"ləri suya qərq etmirdi. Uşaqlar da bundan həvəsə gəlib dənizin qırağında yeni "saraylar" ucaldırdılar. Dənizsə aramla hey dalğalandıqca dalğalanırdı...


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!