19 Aprel 2024 19:18
283
SİYASƏT
A- A+

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasimi keçirilib

 

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin hərbi liseydə ucaldılan büstləri ziyarət olunub. Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Sonra hərbi liseyin Döyüş bayrağı təntənəli surətdə meydana gətirilib.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, hərbi liseyin şəxsi heyəti, hərbi qulluqçular, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, eləcə də digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edənlər ötən müddətdə respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanmasında hərbi liseyin göstərdiyi xidmətlərdən, hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının artmasında əhəmiyyətli rol oynamasından danışıblar.

Xüsusi vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən liseyin məzunları böyük rəşadət və igidlik nümunələri göstərərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adlarına layiq görülüb, müxtəlif orden və medallarla təltif olunublar.

Sonra hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib və təntənəli marşla tribunanın önündən keçiblər.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi konsert proqramı ilə yekunlaşıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video