02 Fevral 2025 08:35
423
SİYASƏT
A- A+
Heç bir qüvvə Ermənistanı "dəmir yumruğ"un zərbəsindən qoruya bilməyəcək

Heç bir qüvvə Ermənistanı "dəmir yumruğ"un zərbəsindən qoruya bilməyəcək


İkinci Qarabağ müharibəsində kapitulyasiya aktına imza atan, antiterror tədbirləri zamanı ağ bayraq qaldıraraq xilası üçün yalvaran Ermənistan uğradıldığı biabırçı məğlubiyyətlərdən dərs almaq istəmir. 

İrəvanın Azərbaycanla yeni müharibəyə iştahlanmasının səbəbi isə Qərb havadarlarının göstərdiyi siyasi, hərbi dəstəkdir. Cənubi Qafqazda geopolitik maraqları olan müstəmləkəçi Fransanın başçılığı ilə Ermənistan sürətlə silahlandırılır. Bu silahlar isə onlara ya tamamilə pulsuz şəkildə, ya da kredit formasında verilir ki, həmin kreditlər də bir müddətdən sonra silinir. 

İrəvanın hazırda nümayiş etdirdiyi destruktiv davranışların arxasında da bu səbəblər yatır. Bölgədə dayanıqlı sülh üçün Azərbaycana qarşı ərazi iddiaları əks olunan konstitusiyasını dəyişmək, ATƏT-in tarixə qovuşmuş Minsk qrupunun de-yure ləğvi üçün ölkəmizlə birgə müraciət etmək əvəzinə Ermənistan silahlanmağa üstünlük verir.  Avropa İttifaqının (Aİ) qondarma müşahidə missiyasının müddətinin daha iki il uzadılması, hərbiləşdirilməsi də  bu çirkin niyyətə xidmət edir. Burada məqsəd Ermənistandan plasdarm kimi istifadə etməklə bölgədə Aİ-nin hərbi amil olaraq mövcudluğuna şərait yaratmaq, bölgədə yeni münaqişə ocağını alovlandırmaqdır. Ancaq Azərbaycan bu missiyanın varlığına heç bir lüzum olmadığını qətiyyətlə bildirib.

Ötən il aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünün hərbi komponentlər ehtiva etməsi də Cənubi Qafqazla bağlı müharibə planlarının cızıldığını ortaya qoyur.  


Silahlar Ermənistana hədiyyə olunub 


"Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir". Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev Ermənistanın sürətlə silahlandırılması məsələsinin ümumilikdə bölgəni təhlükəyə sürüklədiyini söylədi. 

Yeri gəlmişkən vurğulayaq ki, Ermənistanın pulsuz şəkildə silahlandırılması hələ Vətən müharibəsinə qədərki dövr ərzində də həyata keçirilib. Ölkəsinin uzun illər Azərbaycanla münaqişə fonunda xarici qüvvələr tərəfindən pulsuz silahlandırılmasını mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan da açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, Ermənistanın silah arsenalının əhəmiyyətli hissəsi əvvəllər heç bir ödəniş edilmədən, faktiki olaraq hədiyyə kimi əldə olunub.

Elə bu hərbi dəstəyə görə də Ermənistan onilliklər boyu sülh danışıqlarından yayınıb, torpaqlarımızın işğalını davam etdirib. Ancaq nə arxalandığı Qərb, nə aldığı silahlar, nə də qurduğu sədlər Ermənistanı "dəmir yumruğ"un qəzəbindən qoruya bilmədi. Biabırçı məğlubiyyətə uğrayan Ermənistan ordusu on bir mindən çox fərarisi olan utancverici ad qazandı. Həmçinin işğalçıya və təcavüzkara dəstək verən ölkələr Ermənistanı meydanda tək qoydular, ona heç bir kömək edə bilmədilər.  

Ermənistan yenidən Azərbaycanla müharibəyə başlasa, eyni ssenari təkrar olunacaq, işğalçı və təcavüzkar  ölkə məğlubiyyət anında arxalandığı güclərin heç birini yanında görməyəcək. Çünki Azərbaycan buna qətiyyən imkan verməyəcək.


Azərbaycan gedən proseslərə müşahidəçi qalmayacaq


Yuxarıda sözügedən müsahibəsində dövlətimizin başçısı İlham Əliyev məhz bu məqama xüsusi vurğu etmişdi:  "Eyni zamanda bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq Azərbaycan bu imkanları verməyəcək".

Faşizm siyasəti üzərində qurulmuş qondarma dövlət Ermənistan hazırda  revanşizm eyforiyasından çıxa bilmir və Azərbaycanla silahlanma yarışı aparır. Yəni sözün əsl mənasında hazırda Ermənistan odla oynamaqla məşğuldur. Azərbaycan isə İrəvanın təhlükəli addımlarına sadəcə müşahidəçi qalmayacaq. 

2020-ci ildə müasir döyüş üsulu ilə düşməni döyüş meydanında darmadağın edərək adını dünya hərb tarixinə yazdıran Azərbaycan Ordusu ötən dövrdə daha da inkişaf edərək gücünə güc qatıb və milli maraqlarımızı təhdid edən istənilən gücləri məhv etməyə qadirdir. Buna görə də Ermənistan silahlanmanı  dərhal dayandırmalıdır. Yoxsa sonra hər şey gec olacaq...


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm

14:13
09 Mart

Sabahın hava proqnozu açıqlanıb

12:32
09 Mart

Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB

12:29
09 Mart

İsmayıllı rayonunda zəlzələ olub

08:54
09 Mart

Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir

08:18
09 Mart

QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib

08:16
09 Mart

Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib

21:57
08 Mart

Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib

21:16
08 Mart

Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb

18:47
08 Mart

Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib

16:45
08 Mart

Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib

16:41
08 Mart

Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb  

15:47
08 Mart

Dünya Kuboku: Azərbaycan gimnastı qızıl medal qazanıb

15:28
08 Mart

Milli Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyəti Brüsseldə işgüzar səfərdədir

14:56
08 Mart

Azərbaycan Slovakiyanın qaz təchizatı ilə bağlı müzakirələrdə iştirak edib  

14:33
08 Mart

Nazir müavini Firudin Qurbanov Ağalıda tədris prosesi ilə tanış olub

13:58
08 Mart

Sabah ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək  

13:12
08 Mart

Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub

12:23
08 Mart

Rusiya Ukraynaya kütləvi hava hücumu edib, çoxlu sayda ölənlər var  

12:09
08 Mart

Azərbaycan nümayəndə heyətinin Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edib  

11:59
08 Mart

Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb 

11:26
08 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!