20 Oktyabr 2024 16:20
833
CƏMİYYƏT
A- A+
Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa və Ağdama səfər edib

Gürcüstan azərbaycanlılarının ikinci qrupu Şuşa və Ağdama səfər edib

Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfərinin növbəti ünvanı Şuşa və Ağdam olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ikinci qrupun səfəri ötən gün Xankəndi şəhərindən başlanıb. Bu gün səhər saatlarında isə qonaqlar üçün Şuşa şəhərində gəzinti təşkil edilib. Onlar Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, 30 illik işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da diqqətdə saxlanılır.

Qonaqlar, həmçinin Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Yuxarı Gövhər Ağa məscidi və İsa bulağı ilə tanış olublar. Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Günün ikinci yarısında qonaqlar Ağdam rayonunda olublar. Şəhər mərkəzində yerləşən Cümə məscidi ilə tanış olan qonaqlara məlumat verilib ki, 1868-1870-ci illərdə inşa edilmiş məscid də 30 illik erməni işğalı dövründə digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb və erməni vandalları Ağdam Cümə məscidində mal-qara saxlayıblar. Şəhər işğaldan azad edildikdən sonra məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub. Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Məlumat verilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən biri olub. Lakin işğal zamanı Ağdam yerlə-yeksan edilərək xarabalığa çevrilib. İşğaldan azad edildikdən sonra Ağdamda geniş tikinti-quruculuq işlərinə start verilib. Hazırda şəhər mərkəzi ilə yanaşı, ətraf bir neçə kənddə də tikinti işlərinin aparıldığı və yaxın zamanlarda əhalinin Ağdama qayıdışının təmin olunacağı bildirilib.

Qeyd edək ki, sözügedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla altıgünlük nəzərdə tutulub və ikinci qrupun səfəri bu gün başa çatıb. Onlar öncə Xankəndi şəhərində, sonra isə Şuşa və Ağdamda olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib YENİLƏNƏCƏK

11:26
21 Oktyabr

Türkiyə mediası FETÖ terror təşkilatı başçısının ölüm xəbərini yayıb

11:03
21 Oktyabr

Britaniya öz səmasını qoruya bilməyəcək

10:42
21 Oktyabr

Pentaqonun rəhbəri Kiyevə elan olunmamış səfər edib

10:42
21 Oktyabr

Türkiyənin xüsusi xidmət orqanları təhlükəli terrorçuları məhv edib

10:39
21 Oktyabr

Energetika naziri Çində səfərdədir

10:39
21 Oktyabr

Helikopter radio qülləsinə çırpıldı  

10:37
21 Oktyabr

Azərbaycanlı hakim UEFA-dan yeni təyinat alıb

10:31
21 Oktyabr

Argentinada güclü zəlzələ baş verib

10:27
21 Oktyabr

Yeni prezident səlahiyyətlərinin icrasına başladı

10:25
21 Oktyabr

Pərviz Şahbazov Çində keçiriləcək 3-cü Kəmər və Yol Enerji Nazirləri Konfransında iştirak edəcək

10:17
21 Oktyabr

Dünya birjalarında neft bahalaşıb

10:16
21 Oktyabr

Parlamentlərarası İttifaqın sessiyasında erməni tərəfinin həqiqətdən uzaq fikirləri ifşa edilib

09:28
21 Oktyabr

Sandu Moldovada keçirilən prezident seçkilərində liderdir

00:27
21 Oktyabr

Misli Premyer Liqası: “Sabah” və “Zirə” heç-heçə edib, “Turan Tovuz” qalib gəlib

22:31
20 Oktyabr

Azərbaycanın boks millisi Avropa çempionatını 4 medalla başa vurub

21:29
20 Oktyabr

Bakı Avropa Liseyinin “Yaşıl dalğa” hərəkatının VI aksiyası COP29-a həsr olunub

21:07
20 Oktyabr

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında gümüş medal qazanıb

20:37
20 Oktyabr

Gürcü ekspert: Qərb dövlətlərində Gürcüstanın daxili işlərinə maraq həddindən artıq çoxdur

20:24
20 Oktyabr

Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazanıb

18:33
20 Oktyabr

“Azərişıq” ASC-dən genişmiqyaslı ağacəkmə aksiyası

17:47
20 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!