09 Iyul 2024 15:21
330
DÜNYA
A- A+

Gürcüstanın Avropaya inteqrasiyası dayandırıldı - QƏRAR 

 

Avropa İttifaqı (Aİ) "Xarici agentlər haqqında" qanuna görə Gürcüstanın ittifaqa inteqrasiyası prosesini dayandırıb.

"Azərbaycan" qəzeti xəbər verir ki, bunu Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski bildirib.

O qeyd edib ki, həmçinin Gürcüstan Müdafiə Nazirliyinə 30 milyon avro ayrılması da dayandırılıb.

“Ümid edirəm ki, oktyabrda Gürcüstanda keçiriləcək seçkilərdən sonra yeni qurulan hökumət, nə olursa olsun, yenidən Avropa İttifaqına inteqrasiya istiqamətində ciddi işə başlayacaq. İndiki Gürcüstan hökumətinin niyyəti Avropa İttifaqı liderlərinə aydın deyil. “Xarici təsirin şəffaflığı haqqında” qanun geriyə doğru bir addımdır və anti-Qərb, anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir”, - deyə səfir vurğulayıb.

Report

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video