22 Oktyabr 2024 09:15
216
DÜNYA
A- A+
Trampın reytinqi yüksəlir

Trampın reytinqi yüksəlir


ABŞ-nin keçmiş prezidenti həm əsas ştatlarda, həm də milli sıralamalarda  mövqelərini gücləndirir


Kamala Harris və Donald Trampın prezident seçkilərində qalib gəlmək şansları ilə bağlı Amerikanın NBC  telekanalının sorğusunun nəticələri şərhçilər və analitiklər arasında böyük müzakirələrə səbəb olub. 

Bu da hər iki namizədin  prezident seçkilərində qalib gəlmək şanslarının bərabər olması ilə əlaqədardır. Onların hər birini respondentlərin 48 faizi dəstəkləyib. Cəmi bir ay əvvəl Harris Trampı beş bənd qabaqlayırdı. Bu müddət ərzində Trampın reytinqi 4 pillə yüksəlib, Harrisin reytinqi isə bir pillə azalıb.

Sorğunun ortaya çıxmasından bir gün sonra Harrisin seçki kampaniyası demokrat seçicilərin e-poçt ünvanlarına mesaj göndərib: "The New York Times" qəzeti  Corciya, Arizona və Şimali Karolina ştatlarında səsvermənin nəticələrini açıqlayıb. Tramp hər üç ştatda liderdir. Biz onu məğlub etməyimizə kömək üçün dərhal 25 dollar ianə verəcəyinizə ümid edirik. Xahiş edirik,  25 dollar və ya daha çox göndərin!"

Kamala Harris seçkilərdə rəsmi namizəd olduqdan sonra, avqust ayından bəri  tədricən səsvermədə liderliyi ələ alırdı. Lakin bu ay vəziyyət dəyişməyə başlayıb. Oktyabrın 20-nə olan məlumata görə, sorğuda iştirak edənlərin 49,2 faizi Harrisə,  48,3 faizi isə Trampa səs verib. Amma rəqəmlər hər gün dəyişir. Eyni zamanda ABŞ bukmeyker kontorları Trampın Harris üzərində qalibiyyəti üçün daha çox şans verir - müvafiq olaraq 53 faiz və 46 faiz. 

Son məlumatlara görə, namizədlərdən heç biri hələ ki, ciddi liderliyə nail ola bilməsə də, Kamala Harrisin rəqibi, ABŞ-nin keçmiş prezidenti Donald Trampın reytinqi durmadan artır. Respublikaçı namizəd həm əsas ştatlarda, həm də milli sıralamalarda öz mövqelərini gücləndirir. Sosioloqların fikrincə, yarışda trend dəyişib və bu tendensiya davam edərsə, eks-prezident Ağ Evə qayıda bilər.

ABŞ-də prezidentlik yarışının bitməsinə cəmi iki həftə qalıb. Artıq yarım aydan çoxdur ki, ictimai rəy sorğuları Donald Trampa dəstəyin gücləndirilməsi tendensiyasını nümayiş etdirir. 

"RealClearPolitics"in konsolidasiya edilmiş məlumatlarına görə, hələlik Kamala Harris irəlidədir. Reytinqlər aqreqatoru ona bir həftə əvvəlki 2,2 faiz bəndi ilə müqayisədə hələ də 1,3 faiz bənd üstünlüyü təmin edir.  Lakin bu, son dərəcə kövrək liderlikdir. Məsələn, əvvəlki prezidentlik yarışında Co Bayden Trampı 8,9 faiz bəndi, 2016-cı ildə keçmiş dövlət katibi Hillari Klinton isə onu 6,5 faiz bəndi qabaqlamışdı. Ancaq Klinton 3 milyon səs üstünlüyü ilə irəli keçsə də, nümayəndələrin verdiyi səslərin hesabına Trampa məğlub olub.

Son vaxtlar vitse-prezidentin  populyarlığı da əhəmiyyətli dəyişikliklərə məruz qalır. NBC-nin son sorğusu seçicilər arasında ona olan rəğbətin azaldığını göstərib. Bir neçə həftə ərzində Harrisin populyarlığı 48 faizdən 43 faizə düşüb. Donald Trampa dəstək təxminən 46 faiz  təşkil edir.

Əsas ştatlar uğrunda mübarizəyə gəlincə, orada Donald Trampın orta hesabla 1 faizlik üstünlüyü var.

İndi prezidentlik yarışında, əslində, üç ştat uğrunda qızğın mübarizə gedir, bunlardan ikisi ənənəvi olaraq demokratlara səs verən  Viskonsin və Miçiqandır. Harrisin onları qazanma ehtimalı hələ də yüksəkdir, lakin gözlənilən qədər deyil - müvafiq olaraq 51 faiz və 53 faiz.

"FiveThirtyEight" hesablamalarına görə, hər iki namizədin qalib gəlmək şanslarının təxminən bərabər olduğu Pensilvaniyada ən şiddətli mübarizə gözlənilir. "RealClearPolitics"in məlumatına əsasən, Donald Trampın orada 0,7 faiz bəndi  üstünlüyü var.  Belə bir cüzi üstünlük də Donald Trampın qələbəsinə qoyulan mərclərin artmasına səbəb olub. Bukmeyker kontorları onları orta hesabla 57,8 faiz,  Harris üçün isə 40,9 faiz qiymətləndirir.

Yəqin ki, hazırkı göstəricilərə bu ştatlarda vəziyyətin dəyişməsi də təsir edir. Məsələn, Pensilvaniyada qeydiyyatdan keçmiş demokratların sayı son iki il ərzində 10,3 faiz azalıb ki, bu da partiyada məyusluq yaradır və onun tərəfdarları arasında laqeydliyə dəlalət edir. 

ABŞ-nin həftəlik "Newsweek" jurnalı xəbər verir ki, təkcə 2023-cü ildə qeydiyyatdan keçmiş 36 mindən çox demokrat Respublikaçılar Partiyasına keçib. Bu il isə daha 61 mindən çox demokrat eyni addımı atıb.

Ölkədəki mövcud  qəliz seçki sisteminə əsasən həlledici olan ümummilli səslərin çoxluğu deyil, maksimum seçici sayına malik ştatlarda qələbədir. Bu, həmişə xüsusi intriqa yaradır. Təxminən on ştata "tərəddüd edən" ştatlar deyilir. Orada demokrat və ya respublikaçı partiyalar üçün açıq-aşkar üstünlük yoxdur. Digər ştatlarda partiya elektoratı onilliklər əvvəl formalaşıb, ona görə də orada həmişə partiyalardan birinin elan edilmiş namizədi qalib gəlir.

Milli sorğular namizədin ölkə üzrə populyarlığının  göstəricisi olsa da, onlar heç  də həmişə seçkinin nəticəsini dəqiq proqnozlaşdırmırlar. Bunun səbəbi Birləşmiş Ştatlarda Seçici Kollegiya sistemindən istifadə edilməsidir  və burada hər bir ştatdan öz əhalisinə təxminən uyğun gələn səslərin sayının alınmasıdır. Ümumilikdə Seçici Kollegiyasının 538 üzvü, yəni nümayəndə var və namizədin qalib gəlməsi üçün 270 nümayəndənin səsi lazımdır.

Nümayəndələr 2024-cü  il dekabrın 17-də səs verəcəklər. Daha sonra onların səsləri ABŞ Konqresində yoxlanılacaq və sayılacaq. Bu prosedur yanvarın 6-da baş tutacaq. Səslərin hesablanması başa çatdıqdan sonra seçkilərin nəticələrinin yekun təsdiqi olacaq.

 Yeni prezidentin rəsmi inauqurasiyası 2025-ci il yanvarın 20-də Vaşinqtonda keçiriləcək.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!