13 May 2025 09:20
2448
Səhiyyə
A- A+
Günəşin hədiyyəsi D vitamini çatışmazlığı sağlamlıq üçün təhlükəlidir

Günəşin hədiyyəsi D vitamini çatışmazlığı sağlamlıq üçün təhlükəlidir


İnsan sağlamlığı üçün həyati əhəmiyyət kəsb edən D vitamininin əsas mənbələrindən biri Günəş işığıdır. Yaz-yay aylarında Günəş şüalarının daha güclü və uzunmüddətli olması bu vitaminin sintezini artırmaq üçün əlverişli şərait yaradır. 

Qış aylarında pnevmoniya və qrip kimi xəstəliklərin artması D vitamini çatışmazlığı ilə əlaqələndirilir. Statistik məlumatlara görə, dünyada, təxminən 1 milyard insan "Günəş vitamini" çatışmazlığından əziyyət çəkir. Amerikalı mütəxəssislərin tədqiqatına görə, orqanizmdə D vitamini normal səviyyədə olan insanların ölüm riski bu vitamin çatışmazlığı olanlara nisbətən 57 faiz aşağıdır.

D vitamini bədəndə əzələ və sümük sağlamlığından immunitet və sinir sisteminin düzgün işləməsinə qədər bir çox mühüm funksiyaya malikdir. Onun əskikliyi immuniteti zəiflədir, sümük və əzələlərdə ciddi fəsadlar yaradır, orqanizmin müxtəlif xəstəliklərə qarşı davamlılığını azaldır, bədən ağrıları, sümük quruluşunda pozulmalar, əzələ zəifliyi, saç tökülməsi və depressiyaya, insanın özünü davamlı yorğun, halsız, yuxusuz hiss etməsinə səbəb olur.

Yaş, cins, coğrafiya, müşayiət olunan xəstəliklər, hamiləlik vəziyyəti və hətta dəri rəngi gündəlik "Günəş vitamini" ehtiyacını təyin edən amillərdir. Məsələn, melanin piqmenti UV şüalarını udaraq vitaminin sintezini azaldır. Buna görə də tünd dərili insanlarda D vitamini istehsalı daha az olur. Artıq çəkili insanların çoxunda da bu vitaminin çatışmazlığı müşahidə olunur. Bədəndəki yağ D vitaminini saxlayır və onun dövriyyəyə buraxılmasını çətinləşdirir. Yaşlılarda D vitamini çatışmazlığının ən mühüm səbəbi isə illər ötdükcə vitaminin sintez etmə qabiliyyətinin azalmasıdır.

D vitamininin ən təbii və güclü mənbəyi Günəşdir. Günəşin köməyi ilə orqanizmdə istehsal edilən təbii D vitamini sulfatlıdır. Ona görə də o həm suda, həm də yağda həll olunmaq qabiliyyətinə malikdir. Nəticədə bədənin hər hüceyrəsinə, hər toxumasına və orqanına asanlıqla daxil ola bilir. Süni D vitamini isə sulfatsızdır. Buna görə də ilk seçim Günəşdən alınan təbii D vitaminidir.

"Günəş vannası" qəbul edərkən dəri kremsiz olmalıdır. Açıq rəngli dərili insanlar gündə 15-20 dəqiqə, tünd rəngli dəriyə sahib olanlar isə 30-45 dəqiqə günəşlənə bilərlər. Günəş altında daha çox qalanda qoruyucu kremlərdən istifadə edilməlidir. Ancaq yay aylarında tədarük edilən D vitamini orqanizmin il boyu ehtiyacını ödəmir. Soyuq aylarda qida əlavələri qəbul edilməlidir. D vitamininin yüksək dozada qəbulu toksik təsir göstərə bilər. Bu zaman qanda kalsium səviyyəsi yüksəlir, kilo itkisi, nizamsız ürək döyüntüsü, sümük sınıqları riskinin artması, damarlarda və toxumalarda kalsiumlaşma, ürək və böyrəklərin zədələnməsi kimi hallar müşahidə edilir.  Buna görə də D vitamini yalnız həkim tövsiyəsi ilə qəbul edilməlidir.

Gündəlik ehtiyacın yalnız 20 faizini qarşılasa da, qida rasionuna D vitamini ilə zəngin qidalar əlavə etmək olduqca vacibdir. Balıq yağı, qızılbalıq, skumbriya, siyənək, tuna, mal qaraciyəri, süd, pendir, yağ, qaymaq, yumurta sarısı, göbələk, yulaf, kakao, cəfəri və gicitkən kimi qidalar bu vitaminlə zəngindir. 85 qram qızılbalıq gündəlik tələbatın 90 faizinə qədər D vitamini təmin edə bilər. Yumurta nisbətən az D vitamini ehtiva etsə də, əlçatan və sərfəli mənbə kimi ön plana çıxır. Azad dolaşan toyuqların yumurtaları daha çox Günəş şüası aldıqları üçün, onların sarısında D vitamini səviyyəsi daha yüksək olur.

Veqan və vegetarianlar üçün ən yaxşı alternativ qida isə göbələkdir. Göbələklər ultrabənövşəyi şüaya məruz qaldıqda D2 vitamini istehsal edə bilirlər. Onlar kiçik Günəş batareyaları kimi işıq enerjisini vitaminə çevirirlər. Yarım porsiyon göbələk 9,2 mikroqram D vitamini təmin edir.

Düzgün yuxu rejimi D vitaminindən daha çox faydalanmağa kömək edir. Araşdırmalar göstərir ki, gündə 5 saatdan az yatan insanlarda D vitamini az olur. İstifadə etdiyimiz bəzi dərmanlar bu vitaminin miqdarını azalda bilir. Xüsusilə, epilepsiya, göbələk infeksiyası, AİDS dərmanları istifadə edənlər D vitamini səviyyəsini nəzarətdə saxlamalıdırlar. Bütün bunları nəzərə alaraq mütəxəssislər ildə iki dəfə orqanizmdə D vitamini səviyyəsini yoxlatdırmağı tövsiyə edirlər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!