02 Dekabr 2023 10:10
411
İDMAN
A- A+
Güləşçilərimiz əzmkarlıq göstərirlər 

Güləşçilərimiz əzmkarlıq göstərirlər 

 

Dünya çempionatının lideri Azərbaycandır

 

Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı davam edir. Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən, 18 ölkənin təmsil olunduğu yarışın ikinci günündə Azərbaycan idmançıları daha 2 qızıl və 1 gümüş medal qazanaraq dövlət bayrağımızı ucaldıb, himnimizi səsləndiriblər. 
Güləşçilərimiz Orxan Abbasov (79 kiloqram çəki dərəcəsi) və Ruzanna Məmmədova (59 kiloqram) rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ceyhun Allahverdiyev (61 kiloqram) isə həlledici görüşdə türkiyəli Ahmet Dumana məğlub olaraq gümüş medalın sahibi olub.
Turnirin ilk günündə Əli Rəhimzadə (65 kiloqram), üçqat dünya çempionu Hacı Əliyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram) və İbrahim Yusubov (92 kiloqram) qızıl medal qazanıblar. Elnurə Məmmədova (52 kiloqram) ikinci, Nərgiz Səmədova (50 kiloqram) isə üçüncü yerləri tutublar. Bununla da Azərbaycan təmsilçiləri medalların sayını 9-a çatdıraraq komanda hesabında birinci pillədə qərarlaşıblar.
"Ölkəmizdə belə mötəbər yarışın keçirilməsi qürurvericidir. Daxilimdə bir inam var idi ki, bu yarışda ölkəmizi layiqincə təmsil edəcəyəm. Məqsədim qızıl medal almaq idi və belə də oldu. Monqolustanlı rəqibim böyük əzmkarlıq göstərsə də, təşəbbüsü əldən verməyərək qalib gəldim. Ümid edirəm ki, komandamız bu uğurun davamını gətirəcək". Bunu dünya çempionatında qızıl medala layiq görülən azərbaycanlı idmançı Əli Rəhimzadə deyib. O bildirib ki, Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında dövlət bayrağımızı zirvədə görmək çox şərəfli hissdir: "Bu qələbəmi Vətən uğrunda canından keçmiş şəhidlərimizə həsr edirəm".
Dünən Azərbaycanın daha yeddi güləşçisi - 5 kişi və 2 qadın idmançımız dünya çempionatında medallar uğrunda mübarizəyə qoşulublar. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (55 kq), Ziya Babaşov (63 kq), Ülvi Qənizadə (72 kq), Azad Əliyev (82 kq) və Murad Əhmədiyev (97 kq) etimadı doğrultmağa çalışıblar. Qadınlardan isə Jalə Əliyeva (57 kq) ilə Birgül Soltanova (62 kq) qüvvələrini sınayıblar. 
Ziya Babaşov rusiyalı rəqibinə qalib gələrək qızıl medal qazanıb. 
Ülvi Qənizadə əlcəzairli Merabet Abdelmalekini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Murad Əhmədiyev final görüşündə italiyalı rəqibini məğlubiyyətə uğradaraq birinci yerin sahibi olub.
Fərid Sadıqlı və Azad Əliyev  isə bürünc medal uğrunda görüşlərdə rəqiblərindən üstün olaraq üçüncü yerləri tutublar.
Qadın güləşçilərdən Jalə Əliyeva  birinci, Birgül Soltanova üçüncü yerlərə sahib olublar.
Bununla da yığma komandanın dünya çempionatında qazandığı medalların sayı 18-ə çatıb. 
Xatırladaq ki, mötəbər yarışın açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycanda güləşin qədim ənənələrə malik olduğunu bildirib. Onun dediyi kimi, "Bütün bunların hamısı cənab Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nümunəsidir".
Öz növbəsində, Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede Bakıdakı təşkilatçılığı yüksək qiymətləndirdiyini söyləyib. Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Abbas Xəlilov qonaqları bu turnirdə görməkdən məmnun olduğunu bildirib: "Cənab Prezident İlham Əliyevin başçılığı altında ölkəmizdə bir çox beynəlxalq yarışlar təşkil olunur. Azərbaycanda keçirilən bu dünya çempionatının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi bizim üçün xüsusi məna kəsb edir. Bu gün idman özündə sülhü, dostluğu əks etdirir. Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq İdman Şurasına yarışı bizə həvalə etdiyi üçün minnətdarlığımızı bildiririk".
Dünya çempionatında 18 ölkədən müxtəlif çəki dərəcələrində 176-sı kişi, 46-sı qadın olmaqla, ümumilikdə 222 idmançı mübarizə aparır. 
"İdmanla dostluq" devizi altında keçirilən yarış dekabrın 3-də başa çatacaq.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Neftçi" yeni baş məşqçisinin gəlişindən nə qazandı?

11:34
22 Oktyabr

Mahir Emreli: "Vurduğum qol mənə böyük motivasiya verdi"

11:34
22 Oktyabr

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib YENİLƏNİB

11:30
22 Oktyabr

Səfirlik nümayəndəsi: Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh nəticəsində yeni nəqliyyat dəhlizləri yarana bilər  

11:29
22 Oktyabr

Azərbaycanla Belçika arasında minatəmizləmə ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib

11:26
22 Oktyabr

FHN: Bakı şəhəri və Abşeron rayonunda su basmış ərazilərdən 31 vətəndaş təxliyə edilib 

11:24
22 Oktyabr

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

11:22
22 Oktyabr

Britaniyanın Lordlar palatasının üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

11:21
22 Oktyabr

Azərbaycan neftinin qiyməti artıb

11:19
22 Oktyabr

Azərbaycan parlamentində 19 məsələnin müzakirəsinə başlanılıb

11:16
22 Oktyabr

Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb

11:15
22 Oktyabr

Mask aksiya iştiraçkısına 1 milyon dollarlıq çek verdi

10:59
22 Oktyabr

Venesuelada keçmiş sənaye naziri həbs edilib

10:51
22 Oktyabr

"Ayaks" bu hücumçunu Bakıya gətirmir - AÇIQLANDI

10:44
22 Oktyabr

“Crew Dragon”-un Yerə qayıdışı yenidən təxirə salınıb

10:42
22 Oktyabr

Mask ABŞ-nin gələcəyi ilə bağlı proqnoz verdi

10:35
22 Oktyabr

Pekində Çin şirkətləri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

10:32
22 Oktyabr

Ölkə ərazisində müşahidə olunan faktiki hava

10:31
22 Oktyabr

Ağ Evdən açıqlama: BRİKS bizim üçün təhlükə deyil

10:14
22 Oktyabr

FHN: Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, 8 vətəndaş təxliyə edilib

10:07
22 Oktyabr

DİN: Hava şəraiti ilə əlaqədar xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb  

09:49
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!