28 Fevral 2023 01:11
904
İDMAN
A- A+
"Görünməz" derbi

"Görünməz" derbi

 

Matçın gərgin mübarizə şəraitində keçəcəyi gözlənilən idi. Qarşılaşmanın təhlilinə keçməzdən öncə qeyd edək ki, hava şəraitinin dumanlı olması nəinki hər iki komandaya problem yaratdı, eyni zamanda ekranlar qarşısında matçı izləyənlərin də əsəbləri ilə oynadı. 
Dumanlı görüntülərdən matçı daha dəqiq təhlil etmək mümkün olmasa da, ən azından komandaların oyun planları üzrə fikirlərimizi diqqətinizə çatdırmaq istərdik. 
Dünənki matçda ilk dəqiqələrdən "Qarabağ" oyunu meydançanın rəqibə aid hissəsinə yıxmaqla erkən qola ümid edirdi. "Neftçi" isə meydan sahiblərinin hücumları zamanı itirilən topu tez bir zamanda uzun ötürmələrlə cinahlara yayaraq Saldanyana imkan yaratmağa çalışırdı. Belə epizodlardan birində "Neftçi"li Kilan Lebon hesabı açdı.
Buraxılan qoldan sonra hücumların daha çox cinahlardan qurulmasına önəm verən Qurban Qurbanovun komandasının oyun planı istədiyi kimi alınmadı. Daha çox ehtiyat oyunçulara üstünlük verən ağdamlılar qurulan hücumlarda topun sürətini artıra bilmədilər. "Neftçi"nin tətbiq etdiyi təzyiq "Qarabağ"ın meydançada 2-ci və 3-cü zonadakı oyunçuları arasında əlaqəni kəsdi. Nəticədə hücumda yer alan futbolçular məcbur olaraq həm müdafiə olunmada, həm də topu alaraq hücumların qurulmasında səy göstərdiklərinə görə meydançanın rəqibə aid hissəsində çoxala bilmədilər. Diqqətçəkən məqamlardan biri ondan ibarət idi ki, "Neftçi" top rəqibdə olarkən meydançada düzülüşdə xətlər arasında boş zonalar buraxırdı. 
Fasilədən sonra "Qarabağ"da əsas fiqurlar- Zubir, Veşoviç və Almeyda meydana daxil olduqdan sonra ağdamlılar daha fərqli oyun nümayiş etdirdilər. Xüsusilə 55-ci dəqiqədən etibarən qurulan hücumlardan sonra geri qayıdan topların hamısına "Qarabağ" futbolçuları yiyələndilər. Bir sözlə, Ağdam komandası meydançanın bütün zonalarında sona qədər mübarizə apardı. 
"Neftçi"nin mərkəz müdafiəçilərinin ağır qalması, mövqe sığortalarında zonalara düzgün düşə bilməmələri qonaqların qapısı qarşısında təhlükəli epizodlarla yadda qaldı. Xüsusilə "Qarabağ"ın cinahdan sürətli ötürmələri "Neftçi"yə çətin anlar yaşatdı. Belə epizodlardan birində "ağ-qaralar" qapılarında qol gördülər. Höccət Haqverdi avtoqolla yadda qaldı.
Görüşün qalan dəqiqələrində hər iki komanda meydançanın bütün zonalarında sona qədər mübarizə apardı. Qarşılıqlı yaradılan bütün imkanlara baxmayaraq, görüşdə başqa qol olmadı-1:1.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!