17 May 2025 09:10
3089
Səhiyyə
A- A+
Gizli təhlükə - qlüten

Gizli təhlükə - qlüten


Son dövrlər qlütensiz qidalar ifadəsini tez-tez eşidirik. Market rəflərində "qlütensiz" nişanı ilə satılan məhsulların sayı günbəgün artır. Bəziləri onu "gizli düşmən" adlandırır, digərləri isə gündəlik qida rasionunun ayrılmaz tərkib hissəsi kimi görürlər. Bəs qlüten nədir?

Qlüten buğda, arpa və çovdar kimi taxıllarda, həmçinin un, buğda nişastası, bulqur, çörək və makaron məmulatlarında olan, qidalara elastiklik verən təbii proteindir. Ona yalnız taxıl bitkilərinin tərkibində deyil, eyni zamanda bir çox ət əvəzediciləri, kartof qızartması, işlənmiş ətlər, bulyon və souslarda, pivə və digər alkoqollu içkilərdə,  habelə dərman və bitki əlavələri kimi qeyri-ərzaq məhsullarında rast gəlmək mümkündür.

Bu zülal normativ qaydalara uyğun qəbul edildikdə zərərli deyil. Əksinə, sağlam insanlar üçün zülal, lif və bir sıra vacib vitamin və minerallarla zəngin qlüten ehtiva edən məhsullar faydalıdır. Qlüten müəyyən taxılların tərkibindəki lif və protein qarışığı sayəsində faydalı bakteriyalar üçün qida mənbəyinə çevrilir. Bu da bağırsaq florası və qida intoleransı məsələlərində balansı qorumağa yardım edir.

Ehtiyac olmadan qlütensiz pəhrizə keçmək bəzi qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Tədqiqatlar nəticəsində müəyyən olunub ki, uzun müddət tam taxıllı qidaların istehlakının azaldılması ürək-damar xəstəliklərinin yaranması riskini artırır. Bəzi insanlar arıqlamaq məqsədilə qlütensiz pəhrizlərə üstünlük verirlər. Qlüten istehlakını azaldan bu insanlar özlərini daha enerjili hiss etdiklərini və arıqladıqlarını söyləsələr də, bu, qlütendən tamamilə imtina ilə deyil, daha nizamlı və sağlam pəhrizlə əlaqəlidir.

Qlüten bir çox insan üçün təhlükəsiz olsa da, bəzi şəxslərdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə çölyak xəstəliyi, qlüten allergiyası və həssaslığı olan şəxslər üçün bu zülalın istifadəsi orqanizmdə mənfi reaksiyalara yol açır.

Çölyak xəstəliyi zamanı bədən qlüteni yad maddə kimi qəbul edir və bağırsaq toxumasına hücum etməyə başlayır. Nəticədə nazik bağırsaqda zədələnmə, qida maddələrinin mənimsənilməsində çətinlik və iltihab meydana gəlir. Bu da qlütenin həzm sisteminə təsiri baxımından ciddi bir təhlükə yaradır. Çölyak xəstələri üçün qlütensiz qidalanma yeganə müalicə yoludur. Əks halda qarın ağrısı, ishal, çəki itkisi və dəmir çatışmazlığı müşahidə olunur. Bu vəziyyət bağırsaq florasını pozaraq digər xəstəliklərə zəmin yaradır. Çölyakdan əziyyət çəkən insanlarda protein qəbulu xroniki halsızlıq və depressiya kimi psixoloji nəticələrə də səbəb ola bilər. Mütəxəssislər qlütensiz pəhrizlə onların həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yüksəldiyini bildirirlər.

Çölyak xəstəliyinin simptomları uşaqlarda və böyüklərdə fərqli ola bilər. Belə ki, xəstəlik yetkinlərdə ishal, yorğunluq, çəki itirmək, şişkinlik, qarın ağrısı, bulantı və qusma, qəbizlik kimi əlamətlərlə özünü büruzə verir. Çölyak xəstəliyi olan yetkinlərin əksəriyyətində həzm sistemi ilə əlaqəli olmayan əlamətlər də müşahidə edilir. Məsələn, dəmir çatışmazlığından qaynaqlanan anemiya, sümük sıxlığının itirilməsi və ya sümük yumşalması, dəri döküntüsü, ağız yaraları, baş ağrısı və yorğunluq və oynaq ağrısı. Uşaqlarda isə xəstəlik qusma, xroniki ishal və qəbizlik kimi əlamətlərlə birlikdə inkişaf yetərsizliyi, diş minasının zədələnməsi, çəki itirmək, anemiya, qısa boy və gecikmiş yetkinlik kimi simptomlarla özünü büruzə verir.

Çöylak xəstəliyi olmayan, lakin qlütenə qarşı həssas olan, onu qəbul etdikdə müxtəlif mədə-bağırsaq problemləri və baş ağrıları yaşayan insanlar da var. Qlüten həssaslığının simptomları şəxsdən asılı olaraq, fərqli şəkildə özünü göstərə bilər. Xəstəliyin əlamətləri hiss edildiyi təqdirdə yalnız dəqiq diaqnoz qoyulduqdan sonra qlütensiz qidalanma tətbiq etmək lazımdır.

Bütün bu məlumatlar fonunda belə nəticəyə gəlmək olar ki, qlüten insana nə dostdur, nə də düşmən. Onun təsiri insanın orqanizminə və fərdi sağlamlıq vəziyyətinə görə dəyişir. Buna görə də qlüteni gündəlik qida rasionundan tamamilə çıxarmadan öncə mütəxəssislə məsləhətləşmək vacibdir. Belə yanaşma həm qidalanmanın balanslı olmasını təmin edər, həm də orqanizm üçün vacib qida maddələrinin çatışmazlığının qarşısını alar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

23:54
16 Avqust

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

23:23
16 Avqust

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

21:39
16 Avqust

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

20:59
16 Avqust

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

20:13
16 Avqust

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

19:43
16 Avqust

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

18:09
16 Avqust

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

15:29
16 Avqust

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

15:17
16 Avqust

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

14:31
16 Avqust

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

14:27
16 Avqust

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

13:29
16 Avqust

Həftənin ilk iş günündə hava necə olacaq?

13:07
16 Avqust

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

12:23
16 Avqust

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

11:17
16 Avqust

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

10:59
16 Avqust

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

09:07
16 Avqust

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!