06 Oktyabr 2026 08:40
206
İQTİSADİYYAT
A- A+
Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir


Gəncə şəhərində əhalinin rahatlığının və yaşayış şəraitinin yaxşılaşdırılması, məhəllə, park və istirahət guşələrinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində başlanan abadlıq və quruculuq işləri uğurla davam etdirilir. 

Hazırda şəhər inşaat meydançasını xatırladır. Hara baxsan görülən tikinti-abadlıq işlərinin şahidi olarsan. Park və xiyabanlar, fəvvarə və meydançalar, eləcə də insanların istirahət etdikləri  əyləncə mərkəzlərində geniş quruculuq işləri gedir. 

Görülən işlərlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, şəhid atası Elşən Məmmədov və digər məsul şəxslər şəhərin bir sıra ərazilərində görülən işlərlə yerində tanış olmuşlar. Baxış zamanı icra başçısı görülən işlərin icra vəziyyəti ilə maraqlanmış, aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Şəhər rəhbəri, xüsusilə məhəllələrdə sakinlərlə görüşərək onların təkliflərini dinləmiş, görülən abadlıq işləri ilə bağlı fikirlərini öyrənmişdir. Sakinlər yaradılan şəraitdən razılıqlarını ifadə etmiş, məhəllələrin abadlaşdırılmasının əhalinin həyatına  müsbət təsir göstərdiyini bildirmişlər.

İlk olaraq Mahrasa bağı yaşayış massivində görülən işlərə baxış keçirilmişdir. Burada yerləşən 12 çoxmənzilli yaşayış binasını əhatə edən 4 həyətdə genişmiqyaslı abadlıq işləri görülmüşdür. Belə ki, çoxmənzilli yaşayış binalarının fasadları təmir olunmuş, giriş qəfəslərində qapı və pəncərələr yenilənmişdir. Ərazidə uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün yeni oyun meydançaları yaradılmış, idman qurğuları, eləcə də sakinlərin istirahəti üçün söhbətgahlar və yeni oturacaqlar quraşdırılmışdır.

Ərazidə işıqlandırma sistemi də yenilənmişdir. Yaşıllıq zolaqlarında yeni suvarma sistemi yaradılmış, eyni zamanda ərazidə yerləşən mərasim evləri qismən təmir edilmiş, şəhid bulağı yenidən qurulmuşdur.

Şəhər rəhbəri Mahrasa bağı yaşayış massivində sakinlərlə görüşərək, məhəllədə yaradılan şərait və görülən abadlıq işləri barədə fikirlərini dinləmişdir. Sakinlərin irəli sürdükləri təkliflər qeydiyyata alınmış və onların həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.

Sonra Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən çoxmənzilli yaşayış binalarının həyətlərinə baxış keçirilmişdir. Şəhər rəhbərinə məlumat verilmişdir ki, ərazidə yararsız vəziyyətdə olan mərasim evi sökülmüş, onun yerində futbol və basketbol meydançalarının salınması, uşaq və idman meydançalarının yaradılması, həmçinin sakinlərin istirahəti üçün müvafiq guşənin təşkili nəzərdə tutulmuşdur. Bununla yanaşı, ərazidə söhbətgahların quraşdırılması, yaşayış binalarının fasadlarının təmiri, giriş qəfəslərində qapı və pəncərələrin yenilənməsi istiqamətində işlərə başlanılmışdır. 

Gəncənin Bayraq meydanında da geniş abadlıq işləri aparılıb. Ərazidə yerüstü qranit döşəmə yenilənmiş, bayraq dirəyinin ətrafında yerləşən iki məlumat lövhəsi, həmçinin himn və gerb elementləri bərpa olunmuşdur. Burada suvarma və işıqlandırma sistemləri də yenilənmişdir.

İcra başçısına məlumat verilmişdir ki, işıqlandırma sistemləri Gəncəçay Park-Bulvar Kompleksinin ərazisində də yenilənmişdir. Həmçinin burada velosiped zolağının asfalt örtüyü təzələnmiş və müvafiq rənglə boyanmışdır. Yaxın vaxtlarda bulvar ərazisində yerləşən fəvvarələrin təmirinin də həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, şəhərin sahil parkında abadlıq işləri yekunlaşmaq üzrədir. Burada tamet döşəmənin salınması başa çatdırılmış, yeni oturacaqlar və zibil qabları quraşdırılmışdır. Parkın işıqlandırma və suvarma sistemləri tamamilə yenidən qurulmuşdur. Park ərazisində yerləşən Abbas Səhhətin və polkovnik Leonidin məzarüstü abidələrinin ətrafında da abadlıq işləri aparılmışdır. Hazırda parkda velosiped zolağının salınması, yaşıllaşdırma və dekorativ tərtibat işləri davam etdirilir.

Göründüyü kimi, respublikamızda ikinci ən böyük şəhər olan Gəncə başdan-başa yenilənir. Başlanan bu işlər isə söz yox ki, istər şəhər sakinlərində, istərsə də qədim Nizami yurduna gələn qonaqlarda xoş əhvali-ruhiyyə yaradacaq.  


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

10:05
06 Oktyabr

İspaniyanın Baş naziri növbədənkənar seçkilər elan edib

09:45
06 Oktyabr

Brifinqdə Ermənistanın işğalı dövründə Azərbaycanın suveren ərazilərinə vurulmuş ekoloji zərər barədə məlumat verilib

09:40
06 Oktyabr

Yeni layihələr, tərəfdaşlıqlar və əsas məqamlar

09:35
06 Oktyabr

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılış mərasimi keçirilib

09:30
06 Oktyabr

Azərbaycan kinosunun ilk qadın rejissoru

09:25
06 Oktyabr

Səhnənin görünməyən istedadlı sənətkarlarından biri

09:20
06 Oktyabr

Ədalət hissi

09:15
06 Oktyabr

Bu il Goranboyda pambıq bol olacaq

09:10
06 Oktyabr

Naftalanda ağsaqqallarla görüş olub

09:05
06 Oktyabr

Qusarda aqrar sahənin inkişafına dair tədbirlər keçirilir

09:00
06 Oktyabr

Şirvanda yeniyetmə voleybolçularla görüş

08:55
06 Oktyabr

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

08:45
06 Oktyabr

Gəncədə aparılan yenidənqurma işləri şəhərin simasını dəyişir

08:40
06 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

08:35
06 Oktyabr

ZƏFƏR gündəliyi

08:30
06 Oktyabr

Dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısı

08:25
06 Oktyabr

Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasının premyerası keçirilib

08:20
06 Oktyabr

Hər rəqəmin arxasındakı bir insan, bir ailə, bir ümid

08:15
06 Oktyabr

Müstəqil siyasət və sarsılmaz iradə

08:10
06 Oktyabr

Yeni mərhələnin siyasi xəritəsi: Azərbaycanın gücü və strateji hədəfləri

08:00
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!