07 Sentyabr 2025 08:55
3852
Təhsil
A- A+
Gələcəyin etibarlı qurucuları

Gələcəyin etibarlı qurucuları


Ürəkləri arzu dolu, tükənməz bir enerji ilə oxumaq, yaratmaq, qurmaq istəyən gəncləri görüb fərəhlənməmək mümkün deyil. Hər biri Vətənin işıqlı sabahı, nurlu gələcəyi üçün çalışmaq istədilkərini deyirlər. Gəncliyin savadlı, dünyagörüşlü, yüksəkəxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir xalqın və dövlətin uğurlu gələcəyi deməkdir. 

Bakının 279 nömrəli məktəbinin tələbə adını qazanmış məzunları redaksiyamızın qonağı oldu. Xatırladaq ki, həmin qabaqcıl məktəbin bu il 61 məzunu yüksək balla müxtəlif ali məktəblərə qəbul olaraq tələbə adını qazanıblar. Hömsöhbətimiz Cəfərli Yaqut 

İlham qızı 2008-ci ildə  Bakı şəhərində anadan olub. 279 nömrəli məktəbi müvəffəqiyyətlə başa vuraraq 636,9 balla Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya texnologiyalari ixtisasına qəbul olub. Yaqut deyir: "Kiçik yaşlarımdan bu ixtisasa həvəsim olub. İnformasiya texnologiyasının gələcəkdə daha geniş inkişaf edəcəyinə inanıram. Məqsədim gələcəkdə İT mütəxəssisi olub xalqıma xidmət etmək və xarici ölkələrdə Azərbaycan dövlətinin  adını  daha yüksəklərə qaldırmaqdır. Bunun üçün məsuliyyətlə çalışacağam. Qazandığım uğura görə məktəb direktoru Südabə Abdullayevaya, sinif rəhbərim Tamilla Vəliyevaya, üzərimdə haqqı olan bütün müəllimlərimə və mənə hər zaman dəstək olan valideynlərimə təşəkkür edirəm. Gənclərimizə göstərilən diqqətə və qayğıya, gənc nəslin  təhsilinə verdiyi önəmə görə Prezdent İlham Əliyevə ailəmiz adından minnətdarlığımı bildiririrəm".

Tələbə adını qazanmış əslən ağdamlı olan Ruslan Quliyev 2008-ci ildə  Bərdə şəhərində anadan olub. Ruslan deyir: "Təhsil həyatıma 2014-cü ildə Bakı şəhərində başlayıb. Bu il 11-ci sinifi bitirərək tələbə adını qazanmışam. Uşaqlıqdan ən böyük arzum ali məktəbə qəbul olunmaq idi. Bu il imtahanlardan 635 bal toplayaraq ADA Universitetində Maliyyə ixtisasına qəbul edilmişəm. Bu universitetə marağım 7-ci sinifdən yaranıb. Qardaşım da həmin universitetdə təhsil aldığı üçün burada ciddi  nizam-intizamdan və təhsilin səviyyəsinin yüksək olmasından xəbərim var idi. Ona görə də seçim edəndə çox fikirləşmədim, arzusunda olduğum ADA-nı seçdim. Yüksək nəticə əldə etməyim əzmkarlığım və müəllimlərimin dəstəyi nəticəsində mümkün oldu. Əldə etdiyim nəticəyə görə ailəmə və müəllimlərimə təşəkkür edirəm".

Həmsöhbətimiz Zəhra Budaqova 2008-ci il iyunun 16-da Bakıda anadan olub. Zəhra da bu il 630 bal toplayaraq tələbə adını qazanıb. O deyir: Ən böyük arzusu Azərbaycan Dövlət İqtisad Universitetində informasiya texnologiyaları ixtisasına qəbul olunmaq idi. Bu universiteti seçməyinin səbəbi dünyadakı bir çox universitetlə əlaqəsinin, ikili diplom proqramları və təhsil səviyyəsinin yüksək olması idi. Şükür, arzuma çatmışam. Bu yolda mənə yardım edən müəllimlərimə təşəkkürümü bildirirəm. Ömrüm böyu məni həyata hazırlayan müəllimlərimin əməyini unutmayacağam". 

Tələbə adı almağın sevincini yaşayan gənclərdən biri də Fərid Qarayevdir. Fərid deyir ki, Gürcüstanın Borçalı mahalından olsa da, Baki şəhərində anadan olub: "2014-cü ildə 279 nömrəli məktəbdə təhsil almağa başlamışam və 2025-ci ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. Keçirilən buraxılış imtahanında 291,3, blok imtahanında isə 638,6 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Data analitikası ixtisasına qəbul olunmuşam. Seçdiyim ixtisas gələcəyin ən vacib sahələrindən biridir. Məqsədim qazandığım bilik və bacarığımı dövlətimizin inkişafına yönəltmək Azərbaycanın güclənməsinə öz payımı verməkdir. Qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin məzmunlu çıxışı, qətiyyəti biz gənclər üçün örnəkdir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə hər birimizdə qürur yaratdı. Qalib ölkənin vətəndaşı kimi gələcəyimizi daha xoşbəxt görürük. Bu, biz gənclərin üzərinə böyük məsuliyyət qoyur. Bu məsuliyyəti dərk edərək hərə öz sahəsində çalışmalı, öyrənməli və ölkəmizin inkişafına töhfə verməlidir. Bu gün qazandığım uğura görə mənə dəstək olanlara təşəkkürümü bildirirəm".

Digər həmsöhbətimiz Ləman İbrahimova 2008-ci ildə Şəki şəhərində anadan olub. Ləman söhbətə uşaqlıq illərindən başlayır: "Kiçik yaşlarımdan həmyaşıdlarımdan fərqli olaraq mən kitab oxuyurdum. Ən böyük əyləncəni kitabda tapırdım. İllər keçdikcə təhsilə marağım daha da artdı. Məktəb illərində həmişə çalışmışam ki, dərslərimə məsuliyyətli olum. Xüsusən də iqtisadiyyat və maliyyə sahəsinə olan marağım məni daha çox çalışdırırdı. İmtahana hazırlaşarkən bir məqsədim var idi. ADA Universitetində Maliyyə ixtisasına qəbul olmaq. Arzuma çatmaq üçün iki il səylə çalışdım. Nəticədə Dövlət İmtahan Mərkəzinin ikinci qrup üzrə keçirdiyi qəbul imtahanında 638 bal toplayaraq arzuladığım ixtisasa - ADA Universitetinin Maliyyə ixtisasına daxil oldum.

Həyatımın ilk ən böyük uğurunu yaşadığım üçün çox xoşbəxtəm. Gələcəkdə daha çox öyrənmək, inkişaf etmək və ölkəmizin iqtisadi inkişafına öz töhfəmi vermək arzusu ilə yaşayıram. Sonda bir gənc tələbə kimi mənə və yaşıdlarıma keyfiyyətli təhsil almaq üçün hər cür şərait yaradan dövlətimizə, müəllimlərimə və dəstəyini əsirgəməyən hər kəsə səmimi təşəkkürümü bildirirəm".

590 balla Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olan Aliyə Kərəmli də 279 nömrəli məktəbin məzunlarındandır. Aliyə deyir: "Politologiya ixtisasını seçməyim təsadüfi deyil. Çünki bu ixtisas cəmiyyətin siyasi, hüquqi və sosial proseslərini dərindən öyrənmək, dövlət idarəçiliyi sahəsində biliklərə yiyələnmək üçün mühüm imkanlar açır. Mənə görə politologiya yalnız nəzəri biliklər toplamaq deyil, həm də analitik düşünməyi, düzgün qərar verməyi və vətənin inkişafı naminə məsuliyyət daşımağı öyrədir. Bu uğurun qazanılmasında məktəbimizin rəhbəri Südabə müəllimənin və müəllim heyətinin zəhməti əvəzsizdir. Qarşıdakı məqsədim isə biliklərimi artıraraq savadlı, vətəninə bağlı və xeyirli bir vətəndaş kimi dövlətimə xidmət etməkdir".


Elşən QƏNİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı–Ağstafa xəttində əlavə qatarlar hərəkətə çıxacaq

13:23
07 Oktyabr

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil  

13:20
07 Oktyabr

Vergi daxilolmaları 13,6 milyard manatı keçdi

13:02
07 Oktyabr

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

12:36
07 Oktyabr

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır  

12:22
07 Oktyabr

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

12:21
07 Oktyabr

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır  

12:00
07 Oktyabr

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir  

11:59
07 Oktyabr

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

11:58
07 Oktyabr

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib  

11:57
07 Oktyabr

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir  

11:57
07 Oktyabr

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir  

11:53
07 Oktyabr

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir  

11:52
07 Oktyabr

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir  

11:51
07 Oktyabr

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır  

11:51
07 Oktyabr

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

11:50
07 Oktyabr

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir

11:34
07 Oktyabr

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub  

11:33
07 Oktyabr

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

11:31
07 Oktyabr

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb  

11:13
07 Oktyabr

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb  

11:11
07 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!