18 Sentyabr 2026 09:40
154
İQTİSADİYYAT
A- A+
Gədəbəydə dövlət proqramının icrası diqqət mərkəzindədir

Gədəbəydə dövlət proqramının icrası diqqət mərkəzindədir


Prezident İlham Əliyevin 2016-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr Gədəbəydə uğurla icra edilir. Dövlət proqramında nəzərdə tutulmuş kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair rayonda iş planı təsdiq edilmiş, onun icrası istiqamətində işlərə başlanılmışdır.

Əvvəla onu qeyd edək ki, rayonda 14941 hektar əkinəyararlı torpaq sahəsi vardır. Bu torpaqların  98 faizində becərmə işləri dəmyə şəraitində aparıldığı üçün məhsuldarlıq suvarılan sahələri ilə müqayisədə aşağı səviyyədə olur. Belə ki, dəmyə şəraitində becərilmiş kartof sahələrində məhsuldarlıq orta hesabla 135 sentner olduğu halda, suvarılan torpaqlarda orta məhsuldarlıq 450 sentner təşkil edir. Respublikada ən çox kartof əkininin Gədəbəy rayonunda aparıldığını və əkin sahələrinin 50 faizə yaxın hissəsinin suvarmaya cəlb edildiyini nəzərə alsaq görərik ki, rayonda bu istiqamətdə xeyli iş görülməlidir. Bunu nəzərə alan rayon rəhbərliyi dövlət proqramı ilə bağlı qəbul etdiyi tədbirlər planında bütün bunları nəzərə almış və icrası istiqamətində işlərə başlamışdır. Elə bu məqsədlə  ilkin mərhələdə Höyər çayı üzərində 2,8 min, Əyrivənd çayı üzərində 1,7 min, Şəmkirçay çayı üzərində 1,3, Kiçik Qaramurad çayı üzərində 1,1, Axınca çayı üzərində 0,6 min kubmetr həcmində sututarların yaradılmasını məqsədəuyğun hesab etmişdir.

2030-cu ilədək rayonda bağçılığın inkişaf etdirilməsi də nəzərdə tutulmuşdur. Mövcud bağların artırılması məqsədilə geniş proqram tərtib edilmişdir. Xüsusilə intensiv bağçılığın inkişaf etdirilməsi məqsədilə 6,3 hektarda qoz bağının salınması üçün 200 min manat investisiya qoyulması, ümumilikdə 20 hektar bağda müasir suvarma sisteminin yaradılması qərara alınmışdır. Əldə olunacaq qozun ləpə formasına salınması və ondan qənnadı məmulatlarının emalında istifadə edilməsi və rayonda emal müəssisəsinin yaradılması üçün tədbirlər görülməsi planlaşdırılmışdır.

Bağçılığın inkişaf etdirilməsi məqsədilə əlavə 4 hektar gilas bağının salınması da nəzərdə tutulmuşdur. 

Məlum olduğu kimi, Gədəbəy rayonu heyvandarlığın inkişafında çox əlverişli mühitə malikdir. Ölkənin ərzaq təminatında vacib sahə olan heyvandarlığın sürətli inkişafına nail olmaq üçün bir sıra işlərin görülməsi də nəzərdə tutulmuşdur. Qərara alınmışdır ki, rayona 50 baş törədici, 800 baş damazlıq xırdabuynuzlu heyvan gətirilsin. Bundan başqa, 30 baş  iribuynuzlu cins düyənin gətirilməsi də planlaşdırılmışdır ki, bununla da rayonda olan yerli cinslərlə yanaşı, daha məhsuldar heyvanların artımı təmin ediləcək.

2030-cu ilədək balıqçılığın inkişafı da diqqət mərkəzində olacaqdır. Dövlət proqramına əsasən, rayonda fəaliyyət göstərən 6 kiçik balıqçılıq təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Hazırda burada fəaliyyət göstərən "Aurum Fish" MMC balıqçılıq təsərrüfatının genişləndirilməsi üçün tədbirlər müəyyənləşdirilmişdir. Təsərrüfatda məhsul istehsalını artırmaq, əhalinin balıq məhsullarına olan tələbatını ödəmək üçün yenidənqurma işlərinə başlanması qərara alınmışdır. Belə ki, burada olan 12 torpaq hovuzunun beton hovuzla əvəz olunması, eləcə də yeni hovuzların tikilməsi nəzərdə tutulmuşdur. Təsərrüfatda balıqyetişdirmə yerlərinin qurulması, müasir avadanlıqlarla təchiz edilməsi məqsədilə 550 min manat investisiya qoyulması qərara alınmışdır. Bu məqsədlə Türkiyə Respublikasından 1 milyon ədəd qızıl xallı balıq, 1,5 milyon ədəd isə qara xallı balıq kürüsü gətiriləcəkdir.

Rayonda yeni iş yerlərinin açılması və çoxsaylı tədbirlərin həyata keçirilməsi üçün bir sıra işlər də görüləcəkdir. Belə ki, rayonda istehsal olunan meyvənin qurudulması üçün yeni müəssisənin yaradılması nəzərdə tutulmuşdur. Yeni yaradılacaq meyvəqurutma müəssisəsində 50 nəfərin daimi, 100 nəfərin isə mövsümi işlə təmin edilməsi üçün şərait yaradılacaqdır. 

Məlum olduğu kimi, Gədəbəy rayonu tarixən arıçılıq üzrə inkişaf etmiş bölgələrimizdən olub. Hər il rayon sakinləri istehsal etdikləri bal məhsulları ilə çoxlu qazanc əldə edirlər. Bunu nəzərə alan rayon rəhbərliyi dövlət proqramı ilə bağlı iş planında bunu da nəzərə almışdır. Qərara alınmışdır ki, ən məhsuldar arıların rayona gətirilməsi təmin edilsin. Bunun üçün 350 arı ailəsinin alınmasına 105 min, avadanlıq və inventarların gətirilməsinə 45 min manat investisiya qoyulması nəzərdə tutulmuşdur. 

                        

Sabir ƏLİYEV,

"Azərbaycan"      

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 121 dollara satılır

10:23
18 Sentyabr

Tariximizlə müasirliyin musiqi vəhdəti

10:10
18 Sentyabr

Saqqallı yetimlər

10:00
18 Sentyabr

2026-2030-cu illər üçün dövlət proqramı ilə əlaqədar Salyanda tədbir keçirilib

09:50
18 Sentyabr

Yeni hədəflər müzakirə olunub

09:45
18 Sentyabr

Gədəbəydə dövlət proqramının icrası diqqət mərkəzindədir

09:40
18 Sentyabr

Azərbaycan və BƏƏ muzeyləri arasında əməkdaşlıq genişləndirilir

09:30
18 Sentyabr

Qan yaddaşımızın Quba ünvanı

09:20
18 Sentyabr

ABŞ Pezeşkian və Əraqçinin BMT Baş Assambleyasında iştirakı üçün vizalarını təsdiqləyib  

09:11
18 Sentyabr

"Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər"

09:10
18 Sentyabr

Neft-kimya sənayemizin böyük dayağı

09:00
18 Sentyabr

Sınaqlardan qalib çıxan kəmər

08:50
18 Sentyabr

İldə 200 milyon kilovat-saatlıq günəş işığı

08:40
18 Sentyabr

Azərbaycan-Çili münasibətləri geniş perspektivlərə malikdir

08:30
18 Sentyabr

Diplomatların Qarabağa səfəri erməni revanşizminə sərt şillədir

08:20
18 Sentyabr

Qafqaz Albaniyası irsi Azərbaycan xalqının mənəvi sərvətidir

08:10
18 Sentyabr

Milli Məclisin komitə iclaslarında

08:00
18 Sentyabr

F.F.Mustafayevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:47
18 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:46
18 Sentyabr

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 379-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:45
18 Sentyabr

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 29 yanvar tarixli 54 nömrəli Qərarının ləğv edilməsi barədə 

01:44
18 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!