18 Sentyabr 2026 09:10
408
CƏMİYYƏT
A- A+
"Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər"

"Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər"


Sentyabrın 17-də Bakıda Mədəniyyət Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Tarixi-dini abidələrin qorunması: Çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib. 

AZƏRTAC xəbər verir ki, konfransda dini-mədəni irs nümunələrinin mühafizəsi və restavrasiyasında müasir yanaşmalar, onların qorunmasında dini icmaların rolu, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa olunan dini-memarlıq abidələrinin şəhərsalma mühitində əhəmiyyəti müzakirə olunub. 

Tədbirin rəsmi açılış mərasimindən əvvəl videoçarx nümayiş olunub. 

Rəsmi açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, mədəniyyət naziri Adil Kərimli, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və digər şəxslər çıxış ediblər. Tədbir çərçivəsində "Mədəni-dini irsin qorunması: Hüquq, təcrübə və imkanlar" və "Tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində tarixi-dini məkanların əhəmiyyəti" mövzularında panel sessiyaları təşkil edilib.

"Mədəni-dini irsin qorunması: hüquq, təcrübə və imkanlar" adlı birinci panelə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov moderatorluq edib.

Paneldə mədəniyyət nazirinin müavini Səadət Yusifova, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Qərbi Azərbaycan tarixi" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun çıxışları dinlənilib.

Məruzələrdə tarixi-dini abidələrin mühafizəsi sahəsində mövcud təcrübə, qarşıda duran çağırışlar və yeni imkanlar, Qərbi Azərbaycanda və işğaldan azad edilmiş ərazilərimizdə erməni vandalizmi nəticəsində dağıdılmış ibadətgahlar, mədəni irs nümunələrimiz barədə statistik göstəricilər diqqətə çatdırılıb, bu istiqamətdə dövlət qurumları, elmi müəssisələr arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Yekun panel sessiyasında tolerantlıq və multikulturalizm ənənələrinin təşviqində dini-mədəni irs nümunələrinin rolu müzakirə edilib. Panel müzakirəsində mədəni irs örnəklərinin qorunması, daş kitabələrin oxunması, tədqiqi və gələcək nəsillərə çatdırılması ilə bağlı təkliflər səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

21:36
12 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

19:59
12 Oktyabr

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

19:54
12 Oktyabr

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

19:01
12 Oktyabr

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib 

18:47
12 Oktyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

18:33
12 Oktyabr

Doqquz ayda 620 dövlət standartı qəbul edilib  

18:13
12 Oktyabr

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

17:51
12 Oktyabr

İspaniya Azərbaycanın Avropa siyasətində mühüm yerlərdən birini tutur  

17:39
12 Oktyabr

İshaq HERSOQ: “Seçkilər ölkədə bölünməyə və anarxiyaya səbəb olmamalıdır”  

17:23
12 Oktyabr

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

17:15
12 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:14
12 Oktyabr

Kaliforniyada təhlükəli qızdırmaya rekord yoluxma faktı qeydə alınıb

17:08
12 Oktyabr

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib  

17:07
12 Oktyabr

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı  

17:06
12 Oktyabr

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb  

17:05
12 Oktyabr

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər  

17:04
12 Oktyabr

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur  

17:03
12 Oktyabr

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək  

17:02
12 Oktyabr

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib  

17:01
12 Oktyabr

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir  

16:59
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!