17 Oktyabr 2026 14:07
224
SİYASƏT
A- A+
Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   


Azərbaycanın ən böyük yaşayış məskənlərindən biri olan Füzuli şəhəri və rayonunun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ermənistanın işğalçı ordusu ilə mərdliklə vuruşan füzulilər 63 nəfər şəhid vermiş, 400 nəfər əlil olmuş, 181 nəfər əsir və itkin düşmüşdür.

1386 kvadrat kilometr ərazisi, 144 min əhalisi olan Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin əsası 1827-ci ildə qoyulmuş və Qarabulaq adlandırılmışdır. 1930-cu ildə rayon təşkil olunmuş və Qaryağin, 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli adlandırılmışdır.

İşğala qədər Füzuli  rayonu ərazisində qədim tarixi   mədəni abidələr, türbələr mövcud olmuşdur.  XIII - XIV əsrlərdə bu yurdun yerli sakinləri olan azərbaycanlılar tərəfindən tikilən qədim abidələr erməni vəhşiləri tərəfindən dağıdılıb, yerlə yeksan edilmişdir.

5 yanvar 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin əmrinə əsasən Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə əks hücum əməliyyatına başladı.  Vətən müharibəsinin elə ilk günü qəhrəman əsgər və zabitlərimiz bir neçə kəndimizi işğaldan azad etdi. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələri Füzuli şəhəri də daxil olmaqla rayonun 62 kəndini işğaldan tam azad etdı.  Füzulinin işğaldan  azad edilməsi ilə düşmənin müdafiə xətti demək olar ki, tamamilə dağıdıldı. Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsində ən ağır, çətin döyüşlərdən idi.  30 il Ermənistan ordusu burada 5- 6 xətdən ibarət  güclü istehkam qurmuşdular. Hərbi ekspertlər bu müdafiə xəttlərini yarmaq üçün istənilən orduya bir neçə ay lazım ola biləcəyini vurğulayırdılar. Azərbaycanın igid oğulları bütün dünyanı heyrətə sala biləcək böyük qəhrəmanlıq nümayiş etdirərək qısa müddətdə bu müdafiə xətlərini tamamilə dağıtdılar.

2020-ci ilin noyabrınn 26-da "Füzulinin azad olunmasına görə"' medalı təsis edildi. Azərbaycan Ordusunun 25301 hərbi qulluqçusu Prezident cənab İlham Əliyevin sərəncamları ilə bu medalla təltif edilmişdir.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözü gedən Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub.

Təsdiqlənmiş Baş Plana uyğun olaraq Füzuli rayonu yenidən qurulur. Vətən müharibəsi başa çatdıqdan sonra Prezident,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə Füzuli rayonuna səfər etmişdir. Artıq Füzuli rayonunun bir qrup sakininin öz doğma evlərinə qayıtmaları təmin edilib. Onlar hər cür şəraiti olan gözəl evlərdə yaşayırlar.

 

Kamilə Əliyeva,

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17 oktyabr – Füzuli şəhəri günü: zəfərdən böyük qayıdışa uzanan tarixi yol

14:10
17 Oktyabr

Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti tamamilə dağıdıldı   

14:07
17 Oktyabr

Füzuli şəhəri yenidən qurulur və doğma sakinlərinə qovuşur

14:04
17 Oktyabr

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb  

12:38
17 Oktyabr

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

12:33
17 Oktyabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib  

12:28
17 Oktyabr

Qaradağ rayonunda Müstəqilliyin Bərpası Günü və Xankəndi şəhərində Dövlət Bayrağının ucaldılmasının ildönümü ilə əlaqədar tədbir keçirilib  

12:27
17 Oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib  

11:56
17 Oktyabr

Azərbaycan nefti 116 dollara satılır

11:29
17 Oktyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  

10:35
17 Oktyabr

Bilmək istəyirəm

10:20
17 Oktyabr

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib  

10:17
17 Oktyabr

Nə əkərsən...

10:10
17 Oktyabr

Hədəf məhsuldarlığı 50 sentnerə çatdırmaqdır

10:00
17 Oktyabr

Dövlət başçısının YAP-ın VIII qurultayındakı çıxışı yerlərdə müzakirə edilir

09:50
17 Oktyabr

ZƏFƏR gündəliyi

09:40
17 Oktyabr

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir

09:30
17 Oktyabr

Dünyəvi təhsil milli tərəqqinin və sivil gələcəyin təminatıdır

09:20
17 Oktyabr

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub

09:10
17 Oktyabr

Məzarsız atanın neftçi oğlu: "Qara qızıl"ın Vətən payı

09:00
17 Oktyabr

Xudafərin - daş tarixdən Zəfər zirvəsinə 

08:50
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!