20 Noyabr 2022 00:48
630
İDMAN
A- A+
Futbol bayramı başlayır

Futbol bayramı başlayır

 

Qətər-2022 mundialı bu gün start götürür

 

Bu gün - 2022-ci il 20 noyabr təqvim günü - dünya futbol ictimaiyyətinin 4 il gözlədiyi idman bayramına Qətərin Əl-Hor şəhərindəki 60 min tamaşaçı tutumu olan "Al-Bayt" arenasında Qətər-Ekvador oyunu ilə start verilir. Futbol üzrə dünya çempionatını keçirən ilk ərəb ölkəsi kimi tarixə düşən Qətər dekabrın 18-dək diqqət mərkəzində olacaq.
Monarxiya bu hüququ hələ 2010-cu ildə alıb. Bu müddət ərzində turnirə hazırlığa nə qədər vəsait xərcləndiyini dəqiqliklə söyləmək çətindir. Hesablamalarda qeyri-müəyyənliyə səbəb Qətər hökumətinin dünya çempionatı ərəfəsində xərclədiyi pulların böyük əksəriyyətinin qeyri-futbol infrastrukturuna - yeni metropoliten sisteminin, hava limanının və yolların, 100-ə yaxın hotel və istirahət mərkəzlərinin tikintisinə sərf olunmasıdır. Bu investisiya layihələrinin əksəriyyəti Qətər hökumətinin qəbul etdiyi və ölkənin 2030-cu ilə qədər milli inkişaf və modernləşmə üzrə iddialı strategiyası olan "Qatar National Vision 2030" proqramının bir hissəsidir.
Mütəxəssislərin fikrincə, istənilən halda bu, 1930-cu ildən bəri keçirilən bütün dünya çempionatları arasında ən bahalısı olacaq.
Müxtəlif ekspert hesablamalarına və hesabatlarına görə, Dohanın ümumi xərcləri 200 milyard dolları keçəcək. Müqayisə üçün qeyd edək ki, əvvəllər futbol üzrə  ən bahalı dünya çempionatları 2014-cü ildə Braziliyada, 2018-ci ildə isə Rusiyada keçirilən mundiallar olub və bu yarışların hər biri təşkilatçılara təxminən 15 milyard dollara başa gəlib.
Şeffild-Hallam Universitetinin idman maliyyəsi üzrə eksperti Den Plamli "Alman dalğası" radiostansiyasına müsahibəsində deyib ki, 2010-cu ildə Qətər 2022-ci il Dünya Çempionatına evsahibliyi etmək üçün seçiləndə potensial xərc artıq 65 milyard dollar təşkil edirdi. Bəzi son hesablamalar isə hazırda onun indi 200 milyard dolları keçə biləcəyini deməyə əsas verir. Bu, hazırda rekord məbləğdir.
Öz növbəsində, Amerikanın idman maliyyəsi üzrə məsləhətçi şirkəti olan "Front Office Sports" Qətərdə keçirilən dünya kubokunun xərclərini 220 milyard dollar həcmində qiymətləndirib. Qətər-2022 Ali Komitəsinin davranış və miras üzrə baş katibi Həsən Əl-Təvadi isə infrastruktur xərclərinin 200 milyard dollardan artıq olacağını bildirib.
Plamli hesab edir ki, Qətərin nail olmaq istədiyi əsas qazanclar qeyri-kommersiya xarakterlidir: "Dünya çempionatına evsahibliyi etmək üçün əsas motivasiya beynəlxalq münasibətlərdir. Bu, həm də müdafiə və təhlükəsizlik strategiyası kimi "yumşaq güclə" bağlıdır. Pul Qətər üçün heç də problem deyil. Aydındır ki, Doha  Dünya çempionatına evsahibliyi etməyə qadirdir və bununla bağlı itkiləri ödəməyə hazırdır. Bir çox cəhətdən DÇ-2022  maliyyə anomaliyasıdır".

 

Futbol çempionatlarının "mirası"

 

Amma bu, həqiqətən də maliyyə anomaliyası olsa belə, indiki çempionat da bütün keçmiş mundiallarda olduğu kimi, "miras" məsələsini həll etməlidir. İdeya bundan ibarətdir ki, hər hansı belə turnir özündən sonra bütün cəmiyyətin həyatında uzunmüddətli irəliləyişlər saxlamalıdır və bu inkişaf dörd həftəlik futbol bayramı üçün sərf olunan böyük maliyyə xərclərinə haqq qazandırmalıdır. Bu, əksər dünya çempionatları üçün əsas çətinliklərdən biridir, lakin Qətər məsələsinə gəldikdə, xüsusilə ciddi şübhələr ortaya çıxır.
Ən aşkar problemlərdən biri stadionlardır. Dünya çempionatının oyunlarına evsahibliyi edəcək səkkiz oyundan yeddisi turnir üçün xüsusi olaraq sıfırdan tikilib. Qətər hakimiyyəti stadionların tikintisinin 6,5 milyard dollara başa gəldiyini bildirir. Lakin dünyanın ən yaxşı futbolçuları evlərinə qayıdanda, cəmi 2,8 milyon nəfər əhalisi olan bir ölkənin bu qədər böyük idman arenalarına ehtiyacı olmayacaq.
Yerli mütəxəssislərin dediyinə görə, üç stadionda futbol matçlarının keçirilməsi davam edəcək, qalan beşi isə ya söküləcək, ya başqa məqsədlər üçün yenidən qurulacaq, ya da tutumları xeyli azaldılacaq.
Liverpul Universitetinin futbol maliyyəsi üzrə eksperti Kiran Maquayr isə hesab edir ki, buna baxmayaraq, gələcəkdə Qətər Avropa Liqası və ya Çempionlar Liqasının finalları kimi böyük futbol yarışlarına evsahibliyi etmək təklifini əsaslandırmaq üçün yeni infrastrukturdan istifadə edəcək.

 

Dünya kubokunun real dəyəri - əmək miqrantlarının həyatı

 

Lakin Dünya çempionatının xərci məsələsi son on ildə Qətərdə stadionların tikintisində çalışan miqrant işçilərin aqibətini ikinci plana çəkir. 2010-cu ildə dünya kuboku yarışını keçirmək hüququ qazandıqdan sonra Qətər xarici işçilərə münasibətinə görə insan haqları təşkilatlarının geniş tənqidi ilə üzləşib.
2016-cı ildə Amnesty International (AI) Dohanı 2022-ci il Dünya çempionatının əsas arenalarından biri olan "Xəlifə" beynəlxalq stadionunun tikintisində məcburi əməkdən istifadə etməkdə ittiham edib. Bundan əlavə, son on ildə Qətərdə minlərlə fəhlə miqrantın həlak olduğu barədə məlumatlar var.
2021-ci ilin fevralında  Böyük Britaniyanın "The Guardian" qəzeti yazıb ki, 2010-20-ci illərdə Qətərdə Hindistan, Pakistan, Nepal, Banqladeş və Şri-Lankadan olan 6500 miqrant işçi dünyasını dəyişib. İnsan haqları üzrə ekspertlər vurğulayırlar ki, ölənlərin əksəriyyəti  məhz Dünya çempionatı səbəbindən ölkəyə gəlib.
Qətər hakimiyyəti son illərdə əmək qanunvericiliyində müəyyən islahatlar həyata keçirib, lakin insan hüquqları müdafiəçilərinə görə, bu sahədə problemlər aktual olaraq qalır.

 

FİFA yenə böyük qazanc götürəcək

 

Bu arada, Beynəlxalq Futbol Federasiyasına (FIFA) gəldikdə, nə əmək miqrantlarının ölümü, nə də Qətərdə Dünya çempionatının təşkili və keçirilməsinə çəkilən xərclər onun yekun qazancına təsir göstərməyəcək. Bu baxımdan ekspertlər əmindirlər ki, bu turnir də 2018-ci ildə Rusiyada keçirilən əvvəlki Dünya çempionatı kimi, FİFA üçün böyük maliyyə qələbəsi olacaq.
"FİFA üçün Dünya çempionatı hər dördillik dövr ərzində fəaliyyətini maliyyələşdirmək üçün pul qazanmaq və gəlir əldə etməkdən ibarətdir", - deyə Plamli bildirib. Mütəxəssis xatırladıb ki, FİFA-nın DÇ-2018-dən əldə etdiyi gəlir gözləntiləri xeyli üstələyib. FİFA üçün Qətər turnirindən də analoji uğur gözləyin. Bu, ev sahibi ölkəyə çoxlu pul bahasına başa gələ bilər, lakin çempionatın uğurunu təmin etmək FİFA-nın marağındadır və yəqin ki, fantastik xərclər bu beynəlxalq qurumu çox da narahat etmir.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!