21 Avqust 2024 16:22
230
DÜNYA
A- A+

Fransanı “iflic vəziyyəti”ndən çıxarmaq üçün Milli Assambleya yenidən buraxılmalıdır 

 

Milli Assambleyanın yenidən buraxılması parlament seçkilərinin nəticələrindən sonra Fransanı siyasi iflic vəziyyətindən çıxarmaq üçün yeganə mümkün siyasi həll yoludur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Birlik (RN) partiyası sədrinin müavini Edviq Diaz söyləyib. “Biz artıq yeni seçkilərə hazırlaşırıq”, - deyə Milli Assambleyada Yeni Xalq Cəbhəsi və makronistlərdən sonra 3-cü blokun nümayəndəsi qeyd edib. O, həmçinin, bildirib ki, Baş nazirin kimliyindən asılı olmayaraq, funksiyası bloklanacaq və Fransa siyasi iflic vəziyyətində qalacaq. O, makronistlərin Milli Assambleyada yaratmağa cəhd etdikləri koalisiyanın da baş tutmayacağını diqqətə çatdırıb. Deyib ki, Assambleyadakı qrupların fərqli məqsədləri var.

“Emmanuel Makrona deyirəm ki, o, Milli Assambleyanı yenidən buraxmalıdır”,- deyə Edviq Diaz əlavə edib.

Onun sözlərinə görə, avqustun 23-dən Yeliseyə dəvət edilən digər siyasi partiyaların və parlament qruplarının rəhbərləri kimi, Marin Lö Pen və Jordan Bardellanın da iştirak edəcəkləri iclasda yeni Baş nazirin təyin olunması ilə bağlı müzakirələr aparılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video