03 Aprel 2024 09:20
431
DÜNYA
A- A+
Fransada yenidən tətillər və nümayişlər başlayır

Fransada yenidən tətillər və nümayişlər başlayır

 

Fermerlərin ardınca indi də müəllimlər etiraza qalxırlar

 

Ölkədə 3 aya yaxın davam etmiş kütləvi fermer etirazlarından sonra Fransa yenidən tətillər və nümayişlər təhlükəsi ilə üzləşib. Fransa həmkarlar ittifaqları Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı hakimiyyəti tətillərlə hədələyirlər. Təşkilatların nümayəndələri qeyd ediblər ki, bütün tədbirlərin rəvan keçməsi üçün hökumət pul ödəməli olacaq.
Xəstəxanalarda, ictimai nəqliyyatda və muzeylərdə çalışan işçilər tətillərə başlayacaqlarını bildirirlər. Onların narazılığı məzuniyyət zamanı işləmək perspektivindən qaynaqlanır. Əməkdaşlar həmçinin Olimpiya Oyunları zamanı işləmək üçün bonuslar, uşağa qulluq üçün müavinətlər və iş vaxtından artıq çalışmaq üçün ödəniş tələb edirlər. Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransa paytaxtında keçiriləcək. Yarışları 16 milyona yaxın insanın canlı izləyəcəyi gözlənilir. Əgər həmkarlar ittifaqları öz planlarını həyata keçirmək qərarına gəlsələr, bu, Fransa hakimiyyətinin onsuz da aşağı düşmüş reputasiyasına böyük zərbə vuracaq.
Bu arada Fransada kollec və liseylər üzrə ilk həmkarlar ittifaqı (Snes-FSU) müəllimləri yenidən tətilə çağırıb. Bildirilir ki, Snes - FSU orta və ali məktəblərin müəllimlərini səfərbər olmağa səsləyib. Bundan sonra Snep-FSU, SUD Education, CGT Educ'action və FNEC-FP FO kimi bir neçə həmkarlar ittifaqları da tətil və nümayiş çağırışına qoşulublar. Tətilçilər dövlət məktəblərində "səviyyə qruplarının" ləğvini, məktəblərə daha çox resurs ayrılmasını tələb edirlər. Müəllimlər həmçinin lüzumsuz islahatların ləğv olunmasını, maaşlarının artırılmasını istəyirlər.
Paris bölgəsindəki Seine-Saint-Denis departamentində "səviyyə qruplarının" yaradılmasına qarşı çıxan müəllim heyətinin təhsil üçün fövqəladə plan tələbi diqqət mərkəzində olacaq. Ötən həftənin sonunda  təhsil naziri Nikol Bellube həmin departamentin 12 deputatından 9-nu qəbul edib. Deputatlar bildiriblər ki, nazir müəllimlərin etiraz hərəkatının miqyasını düzgün qiymətləndirmir.
Son bir həftə ərzində naməlum şəxslər 400-ə yaxın təhsil müəssisəsinə təhdid mesajları göndərib. Bunu Nikol Bellube BFMTV-nin efirində deyib: "20 təhsil bölgəsində 400-ə yaxın təhsil müəssisəsi təhdidlərə məruz qalıb. Bu, çox böyük rəqəmdir və qəbuledilməzdir".
O qeyd edib ki, təkcə ötən həftə Parisdə 150-dən çox məktəb təhdid edilib.
Nazir bundan əvvəl təhlükə altında olan təhsil müəssisələrinin mühafizəsi üçün göndəriləcək mobil təhlükəsizlik qüvvələrinin yaradılmasından danışıb. Eyni zamanda bu bölmənin işçiləri məktəblərdə "uzun müddət" qala biləcəklər.
Fransızların böyük əksəriyyəti ölkədə təhlükəsizliklə bağlı vəziyyətin getdikcə pisləşdiyi fikrindədir. Bu fikir "Le Figaro" qəzetinin sifarişi ilə Fiducial/Odoxa xidmətinin apardığı sosioloji tədqiqatın nəticələrində əksini tapıb. Sosioloji rəy sorğusunda iştirak edən vətəndaşların 92 faizi Fransada təhlükəsizliklə bağlı vəziyyətin getdikcə daha da pisləşdiyini bildirib.
Bundan başqa, fransızların 60 faizi evlərinin təhlükəsizliyini gücləndirmək qərarına gəlib. Onların 33 faizi binalarının giriş qapılarında kod olan mühafizə sistemləri quraşdırıb, 26 faizi evlərini siqnalizasiya ilə, 24 faizi videonəzarət kamerası ilə təchiz edib, 21 faizi isə gözətçi iti alıb. Eyni zamanda hər beşinci fransalıdan biri özü ilə bibər qazı balonu gəzdirir.
Respublikanın daxili işlər naziri Jerald Darmanen ölkənin misli görünməmiş terror təhlükəsi ilə üz-üzə olduğunu bildirib. Fransanın Baş naziri Qabriel Attal isə Milli Müdafiə Şurasının iclasından sonra ölkədə terror təhlükəsi səviyyəsinin ən yüksək dərəcəyə qalxdığını bəyan edib. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!