05 Dekabr 2023 17:17
300
DÜNYA
A- A+

Fermerlərin etirazları səbəbindən Kişineuda nəqliyyatın hərəkəti çətinləşib

 

Point.md saytı xəbər verir ki, moldovalı fermerlər Kişineuda prezidentura (prezident sarayı) və parlamentin binası qarşısındakı Stefan çel Mare bulvarında nəqliyyatın hərəkətini bağlayıblar.

Ölkə rəhbərliyinin kənd təsərrüfatı sektoruna biganəliyinə etiraz etmək üçün fermerlərin peyin torbalarını oraya qoymağa cəhd etməsindən sonra etirazçılarla polis arasında toqquşma baş verib.

Bundan sonra fermerlər traktorlarda Stefan cel Mare prospekti ilə hərəkət ediblər.

Həmin ərazidə avtomobillərin hərəkəti çətinləşib.

Bundan əvvəl bildirilmişdi ki, etirazçılar hökumət binasını kənd təsərrüfatı texnikası ilə mühasirəyə almaq istəyirlər.

Fermerlər müflis olduqlarını deyirlər və hakimiyyətdən problemin həllini tələb edirlər. Artıq parlamentarilər və dövlət başçısı fermerlərlə görüş keçirib, lakin sonuncuları nəticələr qane etmir. 

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video