18 May 2024 09:25
1798
Mədəniyyət
A- A+

Fərdi yaradıcılıq sərgisi açılıb

 

Mayın 17-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Əməkdar rəssam Həmzə Sadiqovun 75 illiyi münasibətilə fərdi yaradıcılıq sərgisi açılıb.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş "Rənglərin harmoniyası" adlı sərgidə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva rəssamın həyat və yaradıcılığından bəhs edib. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov yubilyarı təbrik edərək bildirib ki, Əməkdar rəssam Həmzə Sadiqovun taleyi, həyatı həmişə vətənə bağlı olub. Bunu təkcə yaradıcılığında deyil, çalışdığı vəzifələrdə, fəaliyyətində də hər zaman sübut edib.
Həmzə Sadiqovun ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin davamlı inkişafı, xalqımızın rifahı naminə apardığı mübarizənin ön cərgələrində olduğunu diqqətə çatdırdığını deyən Anar İbrahimov Sədərək döyüşlərindəki fədakarlıqlarını yüksək qiymətləndirib. Həmzə Sadiqovun yaradıcılığını təhlil edən Ali Məclisin sədr müavini Əməkdar rəssamın realizm üslubunda yaratdığı əsərlərin Naxçıvana yeni bir baxışla baxmağa böyük imkan yaratdığını bildirib. Anar İbrahimov rəssamın yaradıcılığından hələ çox gəncin ilham alacağına əminliyini ifadə edib, Həmzə Sadiqova yeni yaradıcılıq uğurları arzulayıb.
Əməkdar rəssam Həmzə Sadiqov əməyinə verilən diqqətə görə minnətdarlıq edib və tədbirin ona yeni yaradıcılıq stimulu verdiyini  bildirib.    Sonra sərgiyə baxış olub. 
Sərgidə Əməkdar rəssam Həmzə Sadiqovun müxtəlif janrlarda ərsəyə gətirdiyi 60-a yaxın əsəri nümayiş olunub. Əsərlərdə Naxçıvan motivi üstünlük təşkil edir.

Elçin CƏFƏROV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video