18 May 2024 11:56
282
CƏMİYYƏT
A- A+

Faktiki hava: Qar örtüyünün hündürlüyü Şahdağda 5, Qaxda 2 santimetr təşkil edib  

 

Mayın 18-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, düşən yağıntının miqdarı Qəbələdə 42, Astarada 26, Qaxda 22, Qobustanda 21, Oğuzda 20, Şəkidə 16, Şamaxıda 15, Daşkəsən, Qusarda 14, Şahdağda 13, Zaqatalada 12, Biləsuvarda 12, Qrızda 11, İsmayıllı, Qubada 9, Sabirabad, Lənkəranda 8, Lerik, Yardımlı, Xaltan, Kürdəmir, Göygöl, Balakən, Mingəçevir, Neftçala, Altıağac, Bərdə, Tərtər, Zərdab, İmişli, Ağdam, Şahbuz, Beyləqan, Yevlax, Ağstafa, Ağsu, Şabran, Gədəbəy, Naftalan, Gəncə, Şəmkirdə 7 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 2 millimetrədək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 5, Qaxda 2 santimetr təşkil edib.

Mayın 17-də saat 23:14 radələrində Şəkidə (Kişçay) diametri 25, mayın 18-də saat 02:00 radələrində Zaqatala rayonu Torpaqqala kəndinə diametri 25-30, Əliabad kəndinə isə diametri 15 millimetr olan dolu düşüb.

Goranboy, Naftalan, Tərtər, Şamaxı, Göyçay, Qrız, Lerikdə duman müşahidə edilib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11°, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 12°, dağlıq rayonlarda 2-5° isti, yüksək dağlıq ərazilərdə isə 7°-dək şaxta olub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video