10 İyul 2024 14:55
431
DÜNYA
A- A+
"F-35" pilotları üçün III nəsil dəbilqə hazırlanıb

"F-35" pilotları üçün III nəsil dəbilqə hazırlanıb

 

ABŞ-nin "Collins Aerospace" şirkəti "F-35" qırıcı təyyarəsi pilotları üçün üçüncü nəsil dəbilqəni təqdim edib. 10 illik tərtibatdan sonra hazır olan "Genesis III" və ya "HMDS Gen 3" adlanan dəbilqə 400 min dollar dəyərindədir. Tərtibatçılar qiymətin özünü doğruldtduğunu iddia edirlər. Çünki bu dəbilqə təyyarəni pilot üçün sözün həqiqi mənasında şəffaf edir, onun görüntüsünü heç nə məhdudlaşdırmır.

"F-35"in xarici səthində hər tərəfdən dəbilqəyə görüntü ötürən altı kamera quraşdırılıb. Beləliklə, pilot 360 dərəcə ətrafındakı bütün məkanın birləşmiş rəqəmsal vizualizasiyasını görür. İstəyə görə idarəetmə elementlərini də şəffaf etmək, yerə qədər məkanı görmək mümkündür. Həmçinin gövdədə infraqırmızı kameralar yerləşdirilib ki, bu da tam qaranlıqda görmə imkanı verir. Lakin görüş sahəsi cəmi 30-40 dərəcədir. Dəbilqənin inteqrasiya edilmiş hədəfləmə sistemi göz hərəkəti ilə səmada və yerdə hər hansı obyekti qeyd etməyə imkan verir. O, saatda 1000 kilometrə qədər sürətlə katapult zamanı yüklənməyə dözür.

"HMDS Gen 3"ün mənfi cəhəti ondan ibarətdir ki, bu, sırf fərdi məhsuldur - konkret pilotun başının 3D skanerdən keçirilməsi tələb olunur. Düzgün görüntü çıxarılmasını təmin etmək üçün gözlər arasındakı məsafə və gözlərdən vizora qədər məsafə çox diqqətlə ölçülür. Çəkisi 2.3 kq olan dəbilqənin içərisində çox mürəkkəb avadanlıq var və onun başa ideal oturması çox vacibdir.

Dəbilqə hazırlandıqdan sonra pilot onun “girov”una çevrilir. O, saç düzümünü dəyişə bilməz, üzü dava və ya xəstəliklərdən zərər çəkməməlidir, hətta kökəlmək olmaz. Hər 120 gündən bir baş və dəbilqənin uyğunluğu yoxlanılır, əks halda vizualizasiya sistemlərinin etibarlı işinə zəmanət vermək mümkün deyil.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Neftçi" yeni baş məşqçisinin gəlişindən nə qazandı?

11:34
22 Oktyabr

Mahir Emreli: "Vurduğum qol mənə böyük motivasiya verdi"

11:34
22 Oktyabr

Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib YENİLƏNİB

11:30
22 Oktyabr

Səfirlik nümayəndəsi: Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh nəticəsində yeni nəqliyyat dəhlizləri yarana bilər  

11:29
22 Oktyabr

Azərbaycanla Belçika arasında minatəmizləmə ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə edilib

11:26
22 Oktyabr

FHN: Bakı şəhəri və Abşeron rayonunda su basmış ərazilərdən 31 vətəndaş təxliyə edilib 

11:24
22 Oktyabr

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

11:22
22 Oktyabr

Britaniyanın Lordlar palatasının üzvləri Ulu Öndərin məzarını ziyarət ediblər

11:21
22 Oktyabr

Azərbaycan neftinin qiyməti artıb

11:19
22 Oktyabr

Azərbaycan parlamentində 19 məsələnin müzakirəsinə başlanılıb

11:16
22 Oktyabr

Əksər bölgələrdə yağıntılı hava şəraitində fasilə yaranıb

11:15
22 Oktyabr

Mask aksiya iştiraçkısına 1 milyon dollarlıq çek verdi

10:59
22 Oktyabr

Venesuelada keçmiş sənaye naziri həbs edilib

10:51
22 Oktyabr

"Ayaks" bu hücumçunu Bakıya gətirmir - AÇIQLANDI

10:44
22 Oktyabr

“Crew Dragon”-un Yerə qayıdışı yenidən təxirə salınıb

10:42
22 Oktyabr

Mask ABŞ-nin gələcəyi ilə bağlı proqnoz verdi

10:35
22 Oktyabr

Pekində Çin şirkətləri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

10:32
22 Oktyabr

Ölkə ərazisində müşahidə olunan faktiki hava

10:31
22 Oktyabr

Ağ Evdən açıqlama: BRİKS bizim üçün təhlükə deyil

10:14
22 Oktyabr

FHN: Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, 8 vətəndaş təxliyə edilib

10:07
22 Oktyabr

DİN: Hava şəraiti ilə əlaqədar xidmətə əlavə qüvvə və naryad qrupları çıxarılıb  

09:49
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!