27 İyul 2025 08:36
673
SİYASƏT
A- A+
Ermənistanda "toy"dur, Tramp administrasiyasının xəbəri yox  

Ermənistanda "toy"dur, Tramp administrasiyasının xəbəri yox  

Cənubi Qafqaz həmişə dünyanın böyük dövlətlərinin, güc mərkəzlərinin maraqlarının toqquşduğu region olub. Uzun illər davam edən Azərbaycan-Ermənistan münaqişəsinin "ideya" müəlliflərinin də bu regionu öz nüfuz dairəsində saxlamaq istəyən dövlətlərin olduğu heç də təzə söhbət deyil. 

2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra regionda geosiyasi vəziyyətin dəyişməsi, Azərbaycanın müstəqil siyasət yürütməsi Cənubi Qafqazda marağı olan dövlətləri demək olar ki, çıxılmaz vəziyyətə salıb. Baxmayaraq ki, məlum iki ölkə arasında sülh danışıqlarına "vasitəçilik" etmək arzusunda olan dövlətləri regionda sülhdən çox öz siyasi maraqları, regiona kimin nəzarət edəcəyi düşündürdüyü heç də sirr deyil. Əslinə qalsa, vaxtilə münaqişəyə cəlb olunmuş Azərbaycan və Ermənistan arasında barışın olmasını istəməyən qüvvələr regionda sülhə nail olmaq istəyənlərdən çoxdur və onlar Prezident İlham Əliyevlə baş nazir Nikol Paşiniyanın Əbu-Dabi görüşündən sonra daha da fəallaşıblar. 

Ermənistanı daim öz nəzarətlərində saxlayıb Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyən dövlətlər Qarabağ münaqişəsindən bu ölkədə hakimiyyət dəyişikliyi üçün yetərincə istifadə ediblər. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını azad etməsi bəzi dövlətlərin oyuncaqları əllərindən alınan uşaq kimi cığallıq etmələrinin, Azərbaycana qarşı qərəzli mövqe tutmalarının əsas səbəbi oldu. Qarabağ ermənilərini geosiyasi maraqlarının qurbanına çevirən qüvvələr öz mənfur niyyətlərindən əl çəkmək istəmədilər. Aydın məsələdir ki, kənar qüvvələrin hakimiyyətə gətirdiyi qüvvələr də elə kənardan gələn sifarişləri can-başla yerinə yetirməyə məhkum idilər.

Sirr deyil ki, uzun illər Ermənistanda hakimiyyət dəyişikliyi üçün sifarişləri ermənilərin ideoloji mərkəzi kimi fəaliyyət göstərən Erməni Qriqoryan Kilsəsi qüsursuz icra edib. Təsadüfi deyil ki, XX əsrdə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilməsinin bir qayda olaraq ideya müəllifi və ideoloji rəhbəri həm də erməni kilsəsi olub. Birinci Qarabağ savaşında xalqımıza qarşı törədilən soyqırımların, məscidlərin və mədəni tarixi abidələrimizin məhv edilməsinin ilhamvericisi məhz erməni kilsəsi idi. 

2018-ci ilin yazında Paşinyan hakimiyyətə gələndə Erməni Qriqoryan Kilsəsinin fəaliyyətinin təftiş ediləcəyini söyləmişdi. Sözsüz ki, baş nazirin bu niyyəti kilsə rəhbərliyi üçün arzuolunan deyildi. Bununla da hakimiyyəti ortaqsız idarə etmək niyyətində olan Paşinyanla kilsə arasında soyuq müharibə başladı. 44 günlük müharibədən sonra II Qaregin Paşinyanı sərt tənqid edərək məğlubiyyətin tək səbəbkarı kimi onu göstərdi. N.Paşinyan isə elan etdi ki, dövlətin kilsəyə yardımı dayandırılacaq. Əks halda verilən yardımın auditi aparılacaq.

Faktiki olaraq erməni kilsəsi 2020-ci ildən sonra dini məkandan çox, ultramillətçilərin, revanşistlərin cəmləşdiyi, Paşinyanı devirməyə çalışan qüvvələrin qərargahı kimi fəaliyyət göstərir. Təbii ki, keşiş Baqratın, keşiş Ktritç Nersisyanın Paşinyan hakimiyyətinə qarşı təşkil olunan hücumların təşkilatçısı da II Qaregindir. 

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanla Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qaregin arasında münasibətlər daha da gərginləşib. Baş nazir kilsənin rəhbəri İkinci Qaregini vəzifədən getməyə və "kilsəni xalqa qaytarmağa" çağırıb. Kilsə isə Paşinyanı Ermənistan dövləti və xalqının birliyini pozmaqda günahlandırır. Beləcə, söz savaşı artıq pik həddə çatıb.

Bu yerdə diqqətçəkən daha bir məqam da var. 87 konqresmen ABŞ Prezidenti D.Tramp administrasiyasına müraciət edərək ermənilərin "Dağlıq Qarabağ"a qayıtmasına dəstək verməyə çağırıblar. Müraciəti ABŞ Konqresində Ermənistanla dostluq qrupunun həmsədrləri Frank Paloni, Qas Bilirakis, Bred Şerman və Devid Valadaonun rəhbərliyi ilə hər iki partiyadan olan konqresmenlər imzalayıblar. Qarabağdakı separatçı rejimin keçmiş ombudsmanı Qeğam Stepanyan "Azadlıq radiosu"nun erməni xidmətinə açıqlamasında konqresmenlərin bu məktubunun Amerika Erməni Milli Komitəsinin (ANCA) fəaliyyəti sayəsində reallaşdığını bildirib. Məktubun erməni diasporu tərəfindən hazırlandığı mətnindən də aydın görünür. ABŞ Konqresinin 87 üzvü dövlət katibi Marko Rubioya ünvanladıqları məktubda Qarabağ ermənilərinin "Dağlıq Qarabağdakı ata-baba yurdlarına təhlükəsiz, ləyaqətli və kollektiv qayıdışının təmin olunması üçün səylərin artırılmasını" tələb ediblər. Müraciətdə vurğulanır ki, Azərbaycanın 2023-cü il sentyabr hərbi əməliyyatları nəticəsində təqribən 120 min Qarabağ ermənisi evlərini tərk etmək məcburiyyətində qalıb. Məktubda həmçinin "Qarabağdakı mədəni irsin və mülki infrastrukturun məhv edildiyi, bunun da ermənilərin geri dönüşünə mane törətdiyi" iddia olunur. 

44 günlük Vətən müharibəsi ərəfəsində, eləcə də həmin dövrdə Qarabağda təxminən 50 min civarında erməninin yaşadığı barədə erməni mənbələrində kifayət qədər məlumata rast gəlmək olar. Heç əsas məsələ rəqəmlərdə də deyil. Konqres üzvlərinin adından imzalanmış sənəddə Qarabağdan "köçürülən xristian əhalisi", "dağıdılan kilsələr və monastırlar" kimi fikirlərin təkrar-təkrar vurğulanması təkcə reallığın təhrifı yox, eyni zamanda münaqişəyə dini xarakter verməyə yönəlmiş təhlükəli bir cəhddir. Təbii ki, bu, heç də təsadüfi deyil - məktub daha çox erməni kilsəsini Paşinyandan qorumaq məqsədi ilə elə "kilsə xadimləri" tərəfindən də hazırlanıb.

ABŞ-də erməni lobbisinin demokratlara daha yaxın olması məlumdur. Hakimiyyətdə isə bu gün respublikaçılardır. Amma hiyləgər erməni lobbisi D.Trampın, yəni respublikaçıların mövqelərinin zəifləyəcəyini düşünürlər. Burada məqsəd həm də indiyədək erməni diasporundan alınan pullar hesabına qeyri-şəffaf korrupsiya sxemləri qurmuş konqresmenlərin ifşa olunmaq qorxusudur. Menendez artıq həbsdədir, Adam Şiffi də həbs gözləyir (Trampın Şiffi oğru və fırıldaqçı adlandırması, onun həbs cəzası almalı olduğunu bildirməsi və s.).

Konqresmenlərin müraciətinin ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi çıxışından məlum hissənin videosunu paylaşmasından sonra üzə çıxması da təsadüfi deyil. Şübhəsiz ki, uzun illər cəzasız qalan fırıldaqçı və korrupsioner konqresmenlər Tramp administrasiyasının bu "bataqlığı" qurudacağını və cəzalandırılacaqlarını anladığından ABŞ Prezidentinin bütün, o cümlədən sülh təşəbbüslərini gözdən salmağa çalışırlar.

Hələlik, ABŞ adminstrasiyasından müraciətə münasibət bildirilməyib. Buna baxmayaraq, Ermənistanda revanşistlər bayram içindədirlər. Azərbaycan isə öz müstəqil siyasətini heç bir kənar təsirə baxmadan davam etdirir.


Elşən QƏNİYEV,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!