Yoxsulluq səviyyəsi artıb və davam edən iqtisadi tənəzzül hakimiyyətin reytinqini sıfra yaxınlaşdırıb
Ermənistanda iqtisadiyyatdan tutmuş siyasət və digər sahələrə qədər vəziyyətin daha sürətlə pisləşməsi özünü qabarıq göstərir.
Hakimiyyət əleyhinə yönələn etirazların sayının artması və artıq Nikol Paşinyanın istefasının əsas tələb kimi qoyulması mövcud iqtidarın durumunu xeyli ağırlaşdırır. Əsasən qeyd olunur ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının yubadılması fonunda Ermənistanda ötən il iqtisadi göstəricilər yaxşıya doğru dəyişməyib. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artıb və iqtisadi tənəzzülün davam etməsi ilə birlikdə hakimiyyətin reytinqi sıfra yaxınlaşıb.
Ölkədə cari ilin ilk ayından etibarən inflyasiyaya görə əhalinin maaşlarından pul saxlanaraq, müxtəlif fondlara və dövlətin xeyriyyə layihələri üçün nəzərdə tutulmuş büdcəsinə verilməyə başlanılıb. İndi dövlətin bir sıra qanunvericilik dəyişiklikləri səbəbindən ölkədə kəskin bahalaşma gözlənilir.
Dünən İrəvanda ictimai nəqliyyat haqlarının bahalaşmasına etiraz olaraq boykot aksiyasına başlanılıb. Bundan əvvəl yerli hökumətin qərarına əsasən, ictimai nəqliyyatda minimum gediş haqqı 100 dramdan 150 drama qaldırılıb. Gediş haqqının 100 drama endirilməsi tələbi ilə keçirilən etiraz aksiyasına Ermənistanın Ağsaqqallar Şurasının "Ana Ermənistan" fraksiyasının üzvləri, İrəvanın keçmiş meri Ayk Marutyan və "Ermənistan" fraksiyasından olan erməni millət vəkili Qarnik Danielyan da çıxıblar.
Məlumata görə, bahalaşma qərarının əleyhdarları vətəndaşları ictimai nəqliyyatda əvvəki kimi 100 dram gediş haqqı ödəməyə çağırıblar.
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib ki, 2024-cü il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməsi üçün son müddət 2025-ci il mayın 1-dən noyabrın 1-nə köçürülüb. "Həyat üçün ölkə" Partiyasının həmtəsisçisi, keçmiş əmək və sosial məsələlər naziri Mesrop Arakelyan deyib ki, Ermənistanda indiki formada tətbiq edilən universal bəyannamə sistemi iqtisadi inkişafa və ya vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına olan ümidlər kontekstində faydasızdır. Ona görə də ümumi boykota getmək və bəyannamənin məcburi təqdim edilməsinin ləğvinə nail olmaq lazımdır: "Ermənistan hakimiyyəti beynəlxalq təcrübəyə istinad edir, lakin onların təbliğ etdikləri universal bəyannamə sistemi əksər ölkələrdə qəbul edilən modeldən xeyli fərqlənir. Onun sözlərinə görə, hakimiyyətin nəzərində Ermənistan vətəndaşları vergiləri gizlədə bilən potensial cinayətkarlardır. Burada sadə vətəndaşların həyatını yaxşılaşdırmaq istiqamətində nəzərə çarpan heç bir tendensiya yoxdur".
Sabiq nazir əlavə edib ki, indi bəyannamələr doldurulmamalıdır, çünki boykot edib imza toplamaqla qanunu ləğv edə bilərik: "Əgər son tarix buraxılsa, kimin doldurub, kimin doldurmadığını öyrənənə qədər bildiriş prosesi təxminən iki ay çəkəcək. Bəyannamə bildirişin alındığı tarixdən 30 gün ərzində doldurula bilər və yalnız bundan sonra onu doldurmasanız, 5 000 dram cərimə gələcək. Mən cəmiyyətin emosiyaya əsaslanmayan qərar verməsini istəyirəm. lakin əminliklə və dəqiqliklə bildirirəm ki, bu məcburi bəyannamə hamımıza qarşı yönəlib.
O, hesab edir ki, Ermənistan hakimiyyətinin elementar iqtisadi bilikləri yoxdur, əks halda belə bir addım atmazdılar. Çünki onların məqsədi daha çox vergi toplamaqdırsa, o zaman bunu belə etmək mümkün olmayacaq: "Nikol Paşinyan öz ətrafına iqtisadi bilikləri zəif olan insanları toplayıb və bu, təhqir deyil. Məsələn, mənim kimya sahəsində biliyim yoxdur, amma mən Kimya İnstitutunda işləmirəm və orada yüksək vəzifə tutmuram. 25 faizi yoxsul olan və aylıq gəliri 40 min dramdan çox olmayan 2,3 milyon insanı bir sistemdə birləşdirmək ağlabatan deyildi. Hakimiyyət çox yaxşı bilir ki, ölkəni kim talan edir. Hökumətdəkilər bu gün onlarla uğurlu əməkdaşlıq edirlər. Gedin onları ovlayın".
Arakelyan vurğulayıb ki, Ermənistanda bu qalmaqallı qanunun qəbulundan əvvəl bank sirrini əldə etmək yalnız məhkəmənin qərarı ilə mümkün idi: hətta baş prokurorun da bank sirrini əldə etmək imkanı yox idi, amma bu gün vergi idarəsinin ən aşağı vəzifəli məmuru istənilən vətəndaşın hesabından çıxarış edə bilər.
Göründüyü kimi, müharibədəki məğlubiyyətdən sonra Ermənistan özünə gələ bilmir. Ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan ölkə sonu görünməyən tənəzzül dövrünü yaşayır. Əhalisinin əvvəlki maaşla yaşaması mümkün deyil. Siyasi ziddiyyətlər paralel şəkildə digər sferalardakı mövcud problemləri dərinləşdirib. Ermənistanda iqtisadiyyat faktiki olaraq iflic olub, əhalinin səfaləti isə artıb.
Elçin CƏFƏROV,
"Azərbaycan"
Misli Premyer Liqası: "Zirə" son dəqiqədə vurduğu qolla qalib gəlib
Ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunacaq
Ağ Evin qarşısında silahlı şəxs güllələnib
Misli Premyer Liqası: “Şamaxı” doğma meydanda “Sabah”ı məğlub edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva “Xəyal etmək azadlığı” sərgisində iştirak ediblər
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
“Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” - seminar
Zelenski: Ukraynaya edilən hava hücum silahlarının tərkibində 82 mindən çox xarici komponent var
İtaliyada orduya daha 30-40 min hərbçi cəlb olunacaq
Dünya ikincisi olan Azərbaycan şahmatçısı: Gümüş medalı anama həsr edirəm
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanın cənub bölgəsində zəlzələ olub - YENİLƏNİB
İsmayıllı rayonunda zəlzələ olub
Bu gün 59 minə yaxın XI sinif şagirdinin buraxılış imtahanı verəcəyi gözlənilir
QMİ sədri və nümayəndə heyəti Belçikada iftar süfrəsində iştirak edib
Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib
Misli Premyer Liqası: "Qarabağ" liderliyini möhkəmləndirib
Fələstin mediası Ceyhun Bayramovun İƏT Nazirlər Şurasının iclasındakı çıxışını işqlandırıb
Bakıda Beynəlxalq Qadınlar Günü münasibətilə veloyürüş keçirilib
Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!