27 Iyul 2024 08:20
209
SİYASƏT
A- A+

Ermənistan Qərbin planlarını icra edir

 

Rəsmi İrəvanın hərbi təxribatları bu ölkənin yenidən müharibəyə hazırlaşdığını göstərir

 

"Son günlər Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatları genişləndirib. Məhz bu təxribatlar fonunda "Avropa Sülh Fondu" Ermənistana hərbi dəstək məqsədilə 10 milyon avro verir, o cümlədən ABŞ Ermənistan hərbçiləri ilə birgə hərbi təlimlər keçirir, Ermənistanın Müdafiə Nazirliyində ABŞ generalı oturur".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, Qərbin monitorinq qrupu adı altında dislokasiya olunmuş hərbçiləri Ermənistanın törətdiyi təxribatları izləyir və tapşırıqlarını verirlər. Bütün bu analogiya Ermənistanın sülh və əməkdaşlıq niyyətindən uzaq olduğunu və Qərbin ssenarisi üzrə oturub-durduğunu göstərir. Qərb Ermənistanı tam nəzarəti altına almağa çalışır, həmçinin bu ölkədə uzun illər mövcud olmuş Rusiyaya qarşı planlar cızmaqda davam edir. Ermənistan isə Qərbin bu planlarını icra edir. Bu ölkə heç vaxt  suverən olmadığından mütləq şəkildə güclü dövlətlərə sığınmağa çalışır. Ermənistan uzun illər  himayədarları hesabına Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Amma Azərbaycan güclənərək 2020-ci ilin sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayaraq torpaqlarını işğaldan azad etdi. "Məhz torpaqlarımızı işğaldan azad etməyimiz Qərb yönümlü siyasi kurs aparan Paşinyana yeni taktika seçməyə imkan verdi. Ona görə də Fransadan, Hindistandan öldürücü silahlar alır və  Qərbdən maliyyə dəstəklərindən yararlana bilirlər. Təbii ki, bu da uzun illər düşmən münasibətdə olmuş və son bir ildə normallaşmaya gedən münasibətlərimizin yenidən gərginləşməsinə yol açır. Burada sual meydana gəlir. Ermənistan sülh istəyirmi? Bu gün Ermənistanın hərəkətləri heç də sülhə və münasibətlərin normallaşmasına aparmır. Əslində, iki ölkə arasında sülhün meydana gəlməsi üçün çətin və həll olunmayan məsələlər yoxdur. Çünki Azərbaycanın tələbi beynəlxalq hüquqa əsaslanır və dayanıqlı sülhün əldə olunması üçün vacibdir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycanın tələbi Ermənistanın konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddialarından rəsmi şəkildə əl çəkilməsidir. Bu müddəanı konstitusiyada saxlaması Ermənistana gələcəkdə də heç nə verməyəcək. Sadəcə onlara yenidən revanşizm üçün əsas verə bilər. Əgər Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmaqla bağlı səsləndirdiyi fikirlərdə səmimidirsə, gələcəkdə təhlükə yarada biləcək heç nə gündəmdə qalmamalıdır. O cümlədən Minsk qrupunun ləğv edilməsi ilə bağlı bir yerdə razılaşaraq ATƏT-ə müraciət olunması ilə bağlı tələbimiz də aktualdır. Minsk qrupu onsuz da arxivə göndərilmiş bir missiyadır, çünki bu qrup üzərinə götürdüyü vəzifəni illər ərzində icra etmədi. O cümlədən bu gün keçmiş Minsk qrupuna daxil olan üç dövlət öz aralarında problemlər yaşayır və bir qrupda təmsil oluna bilməyəcəklərini özləri bəyan ediblər.

A.Badamov vurğulayıb ki, Azərbaycan və Ermənistan birgə ATƏT-ə müraciət etməli və bu qrupun rəsmi olaraq ləğv olunmasını tələb etməlidirlər: "Təəssüf ki, Ermənistan Azərbaycanın bu ədalətli tələblərini icra etmək əvəzinə silahlanır və öldürücü silahlarla şərti sərhəddə təxribatları intensivləşdirir. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan sülh istəmir və yenidən müharibəyə hazırlaşır. İkinci Qarabağ müharibəsində 44 gündə ərazilərimizi işğaldan azad etdik. Bu gün isə Ermənistan silahlandığı kimi, Azərbaycan Ordusunun da hərbi gücü artır. Əgər biz 44 gündə 10 min kvadrat kilometr ərazimizi işğaldan azad edə bilmişiksə, indi bir həftə ərzində İrəvanda ola bilərik".

Deputat bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda yenidən islahatlar aparılıb, kadrların peşəkarlıq səviyyəsi artırılıb, yeni Komando hərbi birləşmələri yaradılıb, daha müasir silahlar alınıb. Bu gün ordumuz qarşısına qoyulan hər bir hərbi tapşırığı qısa zaman kəsiyində, uğurla icra etmək iqtidarındadır. Bu baxımdan, yenidən müharibə başlanarsa, Ermənistan bir dövlət kimi böyük faciə ilə qarşılaşacaq.

 Müsahibimiz sonda Azərbaycanın heç vaxt müharibəni dəstəkləmədiyini, sülh təşəbbüsləri ilə çıxış etdiyini, amma Ermənistan müharibə istəyərsə, onlara daha müasir bir müharibəni yenidən yaşatmağa hazır olduğunu vurğulayıb.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video