18 Yanvar 2025 08:55
122
SİYASƏT
A- A+
Ermənistan ordusunda xaosun yeni dalğası başlayıb

Ermənistan ordusunda xaosun yeni dalğası başlayıb


Paşinyan hərbi xidmətdən yayınma hallarının artdığını etiraf edib


Ermənistanda silahlı qüvvələrdə böyük problemlərin yaşanması davam edir. Ümumiyyətlə, ölkədəki durum erməni ordusunda qanunsuzluqların hökm sürdüyünü, korrupsiya və rüşvətxorluğun getdikcə daha geniş miqyas aldığını göstərir.  

Bunu ölkənin baş naziri Nikol Paşinyan da etiraf edib. O bildirib ki, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur: "Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır". 

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 15-də hökumətin iclasında çağırış yaşında olan gənclər arasında "qəfil" xəstəliklərin kütləvi şəkildə baş verməsi ilə bağlı narahatlığını ifadə edib. Paşinyan bu məsələni Müdafiə Nazirliyinin çağırışçıların tibbi məlumatlarının uçotu üçün nəzərdə tutulan elektron sistemin tətbiqi layihəsinin müzakirəsi zamanı qaldırıb. Yeni layihəyə əsasən, çağırış komissiyaları "Armed" adlı sistem vasitəsilə vətəndaşların tibbi məlumatlarına çıxış əldə edəcək. Bu sistem çağırış yaşına çatan şəxslərin uşaqlıqdan başlayaraq xəstəlik tarixçəsini izləməyə və hərbi xidmət dövründə "qəfil" aşkar edilən xəstəlik halları ilə bağlı manipulyasiyaları müəyyən etməyə imkan verəcək. 

Ermənistanın baş naziri hərbi xidmətdən yayınmanın sosial və psixoloji təsirlərinə də toxunub. O qeyd edib ki, hərbi xidmətdən qanunsuz azad edilmə gənclərin psixoloji vəziyyətinə mənfi təsir göstərir və onların rəqabət qabiliyyətini azaldır. Maraqlıdır ki, Nikol Paşinyanın özü hərbi xidmətdə olmayıb. 

Gənclər isə ordudan yayınmağın yeni metodlarını tapıblar. Belə ki, indi Ermənistan gəncləri cinsi azlıqlara mənsub olmaları barədə hərbi komissarlıqlara arayış təqdim edərək hərbi xidmətdən yayınır, sonra isə ölkəni tərk edirlər.

Ermənistan ordusu təkcə çağırışçıların sayının sürətlə azalmasına görə problem yaşamır, bu ölkənin silahlı qüvvələrinin maddi-texniki təchizatında da əvvəlki kimi böyük çətinliklər mövcuddur. Eyni zamanda orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənməkdə davam edir.

Sosial şəbəkələrin Ermənistan seqmentində silahlı qüvvələrin hərbi hissələrində zabitlərdən yuxarı vəzifəyə təyin olunmaq, tabor komandiri olmaq üçün 7000, bölük komandiri vəzifəsinə təyin olunmaq üçün 2500-4000, müqaviləli hərbi xidmət üçün isə 1000-2000 ABŞ dolları  məbləğində rüşvət tələb edildiyi bildirilir. Yayılan məlumatlarda o da  iddia edilir ki, yerindən asılı olaraq qiymətlər dəyişilə bilər. Yəni "yaxşı" yerə təyinat almaq üçün yüksək məbləğdə rüşvət tələb olunur. Maraqlısı odur ki, Ermənistan Müdafiə Nazirliyi bununla bağlı yayılan məlumatlara heç bir  reaksiya vermir.

Ermənistanın ombudsmanı Anahit Manasyan isə deyib ki, orduda nizam-intizamdan kənar münasibətlər nəticəsində intihara və digər neqativ hallara səbəb olan mühitlə bağlı bir çox problemlər yaranıb. Onun sözlərinə görə, vətəndaşların vəzifələrindən danışmaq zəruridir, amma bu cür halları istisna etmək üçün mütləq dövlətin vəzifələrindən danışmaq lazımdır: "Ola bilsin ki, bu istiqamətdə irəliləyiş var, amma çox ciddi nöqsanlar qalmaqdadır və bu istiqamətdə işləmək lazımdır. Vətəndaşların hərbi xidmətdən yayınması bir çox hallarda silahlı qüvvələrdə hökm sürən davranışlarla bağlıdır. Buna görə də dövlət orduda qanundan kənar münasibətlərin, intiharların, hərbçilərin bir-birinə qarşı pis rəftarının istənilən təzahürlərinin aradan qaldırılması üçün hər şeyi etməlidir".

Qeyri-döyüş şəraitində ölən hərbçilərin valideynləri dəfələrlə etiraz aksiyası keçirərək övladlarının ölümü ilə bağlı cinayət işlərinin obyektiv araşdırılmamasına etiraz ediblər. Diqqətə çatdırılır ki, iqtidarın nəzarətində olan telekanallar, hakimiyyətyönlü media əsgərləri Müdafiə Nazirliyinin arzusuna uyğun olaraq özlərini öldürən intiharçılar kimi təqdim edirlər. Bu vəziyyətdə valideynlər üçün ən yaxşı çıxış yolu övladlarını orduda xidmətə göndərməkdən yayındırmaq, mümkün olduğu halda onları ölkə xaricinə qaçırmaqdır.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sevilə-sevilə baxılan ekran əsərlərinin müəllifi

11:28
18 Yanvar

Xarici səfərdən Azərbaycana dönən vətəndaşın meymunçiçəyi virusuna yoluxduğu məlum olub  

11:25
18 Yanvar

Hökumə Əliyevanın atasının müraciəti əsasında cinayət işi başlanılıb  

11:13
18 Yanvar

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir

10:30
18 Yanvar

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

10:28
18 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

10:19
18 Yanvar

Kiyevə raket hücumu olub, ölənlər var

10:10
18 Yanvar

Britaniya parlamentində 20 Yanvar qurbanları ilə bağlı təşəbbüs irəli sürülüb

09:59
18 Yanvar

Keçmiş məcburi köçkün: Böyük sevinc və qürur hissi ilə Cəbrayıla qayıdırıq

09:41
18 Yanvar

Cəbrayıl sakini: Bizə bu xoş günləri yaşadan Prezidentimizə minnətdarıq

09:30
18 Yanvar

Viktor Orban Trampın prezidentliyi dövründə ikitərəfli münasibətlərdə “qızıl dövr”ü gözləyir

09:22
18 Yanvar

Amerikalı konqresmenlər 20 Yanvarla bağlı bəyanat veriblər  

09:17
18 Yanvar

Böyük Qayıdış: Cəbrayıl şəhərinə daha 42 ailə yola salınıb

09:13
18 Yanvar

Gürcü analitik: Prezident İlham Əliyevin bəyanatı iki qonşu ölkənin necə yaşamalı olduğuna nümunə ola bilər  

09:10
18 Yanvar

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Baş nazir İrakli Kobaxidze ilə görüşünü geniş işıqlandırıb  

09:09
18 Yanvar

Ermənistan ordusunda xaosun yeni dalğası başlayıb

08:55
18 Yanvar

Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi

08:50
18 Yanvar

Qubada 20 Yanvar şəhidləri yad edilib

08:45
18 Yanvar

Paşinyan ikibaşlı oyun oynayır

08:40
18 Yanvar

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpası olacaq

08:35
18 Yanvar

Cənubi Qafqazda təsir dairəsi yaratmaq siyasəti

08:30
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!