Ermənistan FHN-in başçısı topdansatış bazarında terror aktı versiyasını istisna edib
Ermənistan FHN-in başçısı “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayışın terror aktı olması versiyasını istisna edib.
AZƏRTAC Ermənistan mediasına istinadla xəbər verir ki, fövqəladə hallar naziri Armen Pambuxçyan bunu bazar ertəsi günü keçirdiyi brifinqdə deyib.
“Partlayışın videosuna baxanda aydın görünür ki, heç bir terrordan söhbət gedə bilməz. Ona görə ki, əvvəlcə hansısa bir alışma olub, sonra tüstü yaranıb, bundan sonra partlayış baş verib”, - deyən nazir əlavə edib ki, bunun ardınca alov həmin mənbədən tezalışan materiallara sıçrayıb.
Son məlumata görə, İrəvandakı “Surmalu” ticarət mərkəzində bazar günü baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Ermənistan FHN-dən onu da bildiriblər ki, 15 nəfər itkin düşmüş sayılır.
Bu gün səhər baş nazir Nikol Paşinyan hadisə yerinə gəlib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan və Gürcüstan universitetləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub...
28 Noyabr
Serbiya Prezidenti Azərbaycan şirkətinin layihələndirdiyi yolun təməlqoyma mərasimində iştirak edib ...
28 Noyabr
Sankt-Peterburqda “Leninqradın qəhrəmanları: Vətənin müdafiə olunmasında azərbaycanlıların şücaəti” ...
28 Noyabr
“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı müzakirə edilib
28 Noyabr
SOCAR-ın Türkmənistandakı nümayəndəliyinin açılışı olub
28 Noyabr
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə...
28 Noyabr
“Azərbaycan dövlətçilik tarixində görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin xidmətləri” adlı kitab...
28 Noyabr
Qəzza sektorunda humanitar atəşkəs iki gün uzadıla bilər
28 Noyabr
Milli Məclis Ermənistan parlamentinin spikerinin son açıqlamasına münasibət bildirib
28 Noyabr
Rusiyada COVID-19 virusuna yoluxma həftə ərzində 32,8 faiz artıb
28 Noyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Zəfərin Xankəndi zirvəsi14 Noyabr 2023

Zəfərin nidası, Qələbənin möhürü09 Noyabr 2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad...08 Noyabr 2023

Qələbələr Komandanı07 Noyabr 2023

Milli hədəf05 Noyabr 2023

“Dəmir yumruğ"un polad sipəri03 Noyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!