27 Fevral 2024 08:20
337
SİYASƏT
A- A+
Erməni faşizminin daha bir qanlı cinayətinin üstü Xocalıda açıldı

Erməni faşizminin daha bir qanlı cinayətinin üstü Xocalıda açıldı

 

İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə 13 kütləvi məzarlıq aşkarlanıb

 

Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə indiyə qədər 13 kütləvi məzarlıq aşkarlanıb. Fevralın 21-də erməni faşizminin daha bir qanlı cinayətinin üstü isə Xocalı şəhərində açılıb. 
Belə ki, şəhərin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olunub. İlkin araşdırmalara əsasən, ərazidə  aşkarlanmış insan qalıqlarının ən azı 4 nəfər şəxsə (onlardan 1 nəfərin azyaşlı şəxsə məxsus olması ehtimal edilir)  məxsus olması, onların işgəncələrə məruz qalması, əllərinin kəndirlə bağlanması və xüsusiyyətlərinə görə ən azı 25 il əvvəl basdırılması müəyyən edilib.

 

Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb

 

Son iki yüz il boyu milli düşmənçilik zəminində Azərbaycan xalqına qarşı qətliamlar, soyqırımları törədən erməni faşistləri bu qanlı əməllərini Birinci Qarabağ müharibəsində də davam etdiriblər. Hələ 1992-ci il fevralın 26-na - Xocalı soyqırımına qədər  erməni qatilləri azərbaycanlılara qarşı ard-arda kütləvi qətliamlar törədiblər. Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax rayonunun Bağanis Ayrım kəndinin, keçmiş Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. 1992-ci il fevralın 26-da Xocalı sakinlərinə qarşı bəşər tarixində bənzərinə rastlanmayan soyqırımı həyata keçirib. Bu qətliam nəticəsində 613 xocalılı xüsusi amansızlıqla qətlə yetirilib. 8 ailə yer üzündən silinib. Həmin gün girov götürülən 1275 Xocalı sakini erməni qatilləri tərəfindən amansız işgəncələrə məruz qalıblar. Erməni qatilləri xalqımıza qarşı Başlıbel, Ağdaban, Ballıqaya və sair kimi faciələr yaşadıblar. 
Birinci Qarabağ müharibəsi dövründə içərisində yüzlərlə uşaq olmaqla, 4 minə yaxın azərbaycanlı itkin düşüb. Qeyd edək ki, torpaqlarımız işğaldan azad olunandan sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur. Və belə müraciətlərdən sonra təkcə Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb.
Ötən illər ərzində Ermənistan tərəfi taleyi naməlum olan vətəndaşlarımızla bağlı heç bir məlumat verməyib. Vətən müharibəsindən sonra da Azərbaycanın Ermənistana qarşı əsas tələblərindən biri Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minədək azərbaycanlı haqqında məlumatı, eləcə də kütləvi məzarlıqların koordinatlarını verməsi barədədir. Ermənistan isə hələ də bu tələbləri yerinə yetirməyərək xalqımıza qarşı törətdiyi cinayətlərindən  boyun qaçırmağa çalışır. 

 

Erməni qatillərinin qanlı əməlləri 

 

Ancaq işğaldan azad edilən ərazilərimizdə ard-arda aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın qanlı cinayətlərini də təkzibolunmaz faktlarla ortaya qoyur. 
Məlum olur ki, erməni qatilləri Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürdükləri Azərbaycan vətəndaşlarını beynəlxalq hüququn tələblərinə uyğun olaraq Azərbaycana qaytarmaq əvəzinə, onlara insan ağlına gəlməyən tükürpərdici işgəncələr verərək qətlə yetiriblər və kütləvi şəkildə basdırıblar.  Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru erməni terrorunun daha bir təzahürü olan minalardan təmizlədikcə, Ermənistan tərəfindən həyata keçirilən çoxsaylı müharibə cinayətləri də bir-bir ortaya çıxır. Kəlbəcərin Başlıbel, Zallar, Xocavəndin Edilli, Ərəkül, Xocalının Fərrux, Şuşanın Daşaltı, Ağdamın Sırxavənd, Sarıcalı Füzulinin Yuxarı Seyidəhmədli kəndlərində, eləcə də Şuşada həbsxana ərazisində kütləvi məzarlıqlar aşkarlanıb. 
Bu il fevralın 21-də isə Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkarlanıb. 
Kütləvi məzarlıqlarda həm mülki, həm də hərbi şəxslərə aid qalıqlar aşkarlanır. Bu qandondurucu faktlar göstərir ki, Ermənistan əsir və girov götürdüyü azərbaycanlılara qarşı həm insanlıqdan uzaq, həm də beynəlxalq hüquqazidd cinayətlər törədib. Və qatil ermənilər amansızlıqla qətlə yetirdikləri vətəndaşlarımızın qanını itirmək üçün onları kütləvi məzarlıqlarda basdırıblar, cinayətlərinin heç zaman gün üzünə çıxmayacağından əmin olublar. Ancaq Azərbaycanın 44 günlük müharibədəki qələbəsi erməni terrorunun izlərini də ortaya çıxarıb. 
Dəhşətli gerçəkliklərdən biri də budur ki, beynəlxalq ictimaiyyət hələ də Ermənistanın faktlarla sübut olunan hərbi cinayətlərinə göz yumur, itkin vətəndaşlarımızın taleyinin müəyyən olunması istiqamətində Ermənistana heç bir təzyiq göstərmir. 

 

Qanımız yerdə qalmadı

 

Ancaq İlahi ədalət yerini tapdı. Erməni faşizminin qurbanına çevrilən vətəndaşlarımızın qanı yerdə qalmadı, qisasları layiqincə alındı.  Necə ki Vətən müharibəsində işğalçını məhv edərək torpaqlarımızı azadlığına qovuşdurmuşuq, 23 saatlıq antiterror tədbirləri sayəsində separatçıların quldur yuvasını dağıdaraq suverenliyimizi tam bərpa etmişik, eləcə də Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürdüyü minlərlə vətəndaşımızı dəhşətli işgəncələrlə qətl edən erməni faşistlərini qanun qarşısında cavab verməyə məcbur etmişik. Xalqımızın qanına susayan qatil ermənilər - Vaqif Xaçatryan, Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan... kimi ünsürlər indi Bakı həbsxanasında törətdikləri cinayət əməllərinə görə mühakimə edilirlər. 
Gec-tez Robert Koçaryan, Serj Sarkisyan kimi uşaq qatilləri də haqq, ədalət, qanun qarşısında cavab verəcəklər. 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Medianın İnkişafı Agentliyi SOCAR-ın zavodunda baş verən yanğınla əlaqədar jurnalistlərə müraciət edib  

10:42
11 Noyabr

Kuala Lumpur şəhərinin qubernatoru Azərbaycanda səfərdədir

10:39
11 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb

10:38
11 Noyabr

Lixtenşteyn Knyazlığının Baş naziri Azərbaycanda səfərdədir  

10:38
11 Noyabr

COP29 müddətində H1 və H2 ekspress avtobusları Bakı hava limanı istiqamətində fasiləsiz fəaliyyət göstərəcək  

10:37
11 Noyabr

İraq Prezidentinin Azərbaycana səfəri başlayıb

10:36
11 Noyabr

İndoneziya COP29-da xüsusi nümayəndə ilə təmsil olunacaq

10:35
11 Noyabr

CNN: İlon Mask Tramp administrasiyasında vəzifə tutmayacaq  

10:06
11 Noyabr

Monteneqro Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır  

09:48
11 Noyabr

Finlandiya Prezidentinin Azərbaycana səfəri başlayıb  

09:47
11 Noyabr

İtaliya mətbuatı COP29-dan yazır  

09:46
11 Noyabr

Almaniyanın bir sıra media orqanları COP29-a dair məqalə və reportajlar yayımlayıb  

09:45
11 Noyabr

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Azərbaycana səfərə gəlib  

09:45
11 Noyabr

Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib

09:27
11 Noyabr

Belçikanın Baş naziri Azərbaycana səfərə gəlib

09:26
11 Noyabr

TDT-nin Baş katibi COP29-da iştirak üçün Azərbaycana gəlib

09:25
11 Noyabr

İtaliyanın Baş naziri COP29-da iştirak edəcək

09:24
11 Noyabr

Bu gün Bakıda COP29 başlayır

09:22
11 Noyabr

COP29 qlobal iqlim konfransı ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq təşkil edilib

23:46
10 Noyabr

Butan Krallığının Baş naziri Azərbaycana səfərə gəlib

23:12
10 Noyabr

Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır  

22:25
10 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!