12 May 2025 22:09
497
DÜNYA
A- A+
Ərdoğan: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik hədd keçildi

Ərdoğan: “Terrorsuz Türkiyə” hədəfinə doğru yolda kritik hədd keçildi

Türkiyə ölkə gündəmindən terror problemi məsələsini tamamilə çıxarmaq hədəfinə doğru qətiyyətlə irəliləyir. Bu gün “Terrorsuz Türkiyə” yolunda kritik mərhələ geridə qalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən hökumətin iclasının yekunlarına dair bəyanatla çıxış edib.

Türkiyə lideri PKK-nın buraxılması ilə bağlı qərardan sonra yeni bir səhifənin açılacağına ümid etdiyini bildirib. “Terrorçular silahları yerə qoyacaqlarını bəyan ediblər. Bu qərarı önəmli hesab edirik. Terrorçu təşkilat tamamilə aradan qaldırıldıqdan sonra yeni bir səhifə açılacaq. İmperialistlərin planlarına ölümcül zərbə vurulacaq. Qalib gələn Türkiyə və türk xalqı olacaq”, – deyə o vurğulayıb.

Ərdoğan bəyan edib ki, Türkiyənin dövlət qurumları, o cümlədən xüsusi xidmət orqanları bu prosesin gedişini diqqətlə izləyəcəklər.

Türkiyə Prezidenti, həmçinin beynəlxalq gündəmlə bağlı məsələlərə də toxunub, o cümlədən Ukraynadakı vəziyyətə münasibət bildirib. Ərdoğan xatırladıb ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb.

“Bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə də danışığımız oldu. Əziz dostum ABŞ Prezidenti Donald Trampın münaqişələrin diplomatik yolla həllinə yönəlmiş səylərini dəstəkləyirik. 2022-ci ildə tərəflər Rusiya-Ukrayna böhranını həll etməyə çox yaxın idilər, lakin bu baş tutmadı. Hazırkı mərhələdə Rusiya, Ukrayna, Amerika və Avropa danışıqların yenidən başlanmasının zəruriliyində ortaq mövqe nümayiş etdirirlər. Türkiyə bu prosesə töhfə verməyə, öz meydanını təqdim etməyə hazırdır”, – deyə Ərdoğan bildirib.

O əlavə edib ki, bu məsələdə yeni imkanlar səhifəsi açılıb. Ümid edib ki, bu dəfə fürsət əldən verilməyəcək.

Ərdoğan, həmçinin Cənubi Asiyada Pakistan və Hindistan arasında baş verən son gərginliklə də bağlı fikirlərini bölüşüb. O, İslamabad və Yeni Dehli arasında əldə olunan atəşkəs razılaşmasından Ankaranın məmnunluğunu ifadə edib. “Gərginliyin artdığı bir vaxtda biz qardaş Pakistanı açıq şəkildə dəstəklədik. Təxribatlara yol verilməməsinə çağırırıq. Biz həm sevincli, həm də kədərli günlərində İslamabadın yanında olacağıq”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, Prezident Administrasiyasının binasında keçirilən Nazirlər Kabineti iclası zamanı zala Türkiyə bayrağı formasında 102 güldən ibarət buket qoyulub. Bu təşəbbüs Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçelidən gəlib. O, buketi Türkiyənin “terrorsuz ölkə” hədəfinə doğru qət etdiyi yolun rəmzi” kimi təqdim etdiyini bildirib. Partiya sədri vurğulayıb ki, “ölkədə 47 il davam edən qanlı terror səhifəsi artıq bağlanmalıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!